DİQQƏT: Yol polisinin xəbərdarlığı bu gündən qüvvəyə minir
DİN Baş Dövlət Yol Polisi İdarəsinin bir həftə əvvəl elan etdiyi xəbərdarlıq bu gündən qüvvəyə minir.
BiG.AZ-ın məlumatına görə, avtomobilini icbarı sığorta etdirməyən sürücülər bu gündən cərimələnəcəklər.
Baş Dövlət Yol Polisi İdarəsinin bununla bağlı xəbərdarlığında deyilir:
"Yol hərəkəti haqqında" Qanununun tələblərinə əsasən, sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilməmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılmamalıdır. Bu Qaydaların, yəni "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.
Həmin Məcəllənin 122.1-ci maddəsinə müvafiq olaraq, qeyd olunan inzibati xətanın foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini nəzərə alaraq DİN Baş DYP İdarəsi avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, 07.06.2017-ci il tarixdən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq.
Bu səbəbdən icbari sığorta müqaviləsinin etibarlılıq müddətinə diqqət yetirməyi tövsiyə edir və xatırladırıq ki, mövcud qanunvericiliyə əsasən, nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin həmin xətanın aşkarlandığı gündən hesablanaraq 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə, avtonəqliyyat vasitəsinin sahibi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində inzibati xəta haqqında təkrar elektron protokollar tərtib ediləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1304 Tarix: 07 iyun 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Lido" restoranında MÜƏMMALI ÖLÜM
Bakıda restoranda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə Atatürk prospekti 69-da yerləşən "Lido" restoranında qeydə alınıb. Restorana gələn müştəri, 68 yaşlı Qızxanım Hüseynova qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılır
22.06.2026 241 İsrail ordusu Qəzza şəhərində əməliyyat keçirən iki HƏMAS terrorçusunu məhv edib
İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail Müdafiə Qüvvələri həftəsonu Qəzza şəhərində iki ayrı hava hücumu nəticəsində iki HƏMAS terrorçusunu məhv edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ilk zərbədə İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində Həmasın Qərbi Cəbəliya batalyonunu
22.06.2026 136 Kürdəmirdə 43 yaşlı kişi kanalda boğuldu
Kürdəmirdə 43 yaşlı kişi kanala düşərək boğulub. xəbər verir ki, rayonun Şüşün kənd sakini Rəşad Cəfərov kəndin ərazisindən keçən su kanala düşərək boğulub. R.Cəfərovun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır
22.06.2026 148 Türkiyədə əməliyyat: Əcnəbi sərnişinlərin mədəsindən 2.7 kiloqram narkotik aşkarlandı
Türkiyənin Batman vilayətində sərnişin avtobusunda narkotik daşımaqda şübhəli bilinən dörd xarici vətəndaş ələ keçirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitəsində olan sözügedən dörd əcnəbi sərnişinin davranışları asayiş keşikçilərində şübh
22.06.2026 190 Məşhur müğənni yenidən ana olmaq istəyir
Dünya şöhrətli müğənni Britni Spirs yenidən ana olmaq arzusunda olduğunu açıqlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı sənətçi bu barədə "Instagram" hesabında paylaşım edib. O, sarı rəngli libas və qara çəkmələrlə rəqs etdiyi videonu izləyiciləri ilə bölüşüb. Əlində balaca gitar
22.06.2026 166 Azərbaycanda bəzi çimərliklərdən istifadə QADAĞAN EDİLDİ
2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərin
22.06.2026 198 KDR-də Ebola virusuna yoluxanların sayı mini keçdi - ÖLƏNLƏRİN SAYI AÇIQLANDI
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı mini ötüb. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi sosial şəbəkə hesabında açıqlama yayıb. Ən son göstəricilərə görə, 1003 yoluxma halı rəsmən təsdiqlənib. Ölənlərin sayı 254-ə çatıb, 10
22.06.2026 172 Bakıda binanın zirzəmisində çürümüş kişi meyiti tapıldı
Bakıda çürümüş meyit tapılıb. xəbər verir ki, hadisə Nəsimi rayonuCavadxan küçəsi ev 29-un zirzəmisində qeydə alınıb. Orada çürüməyə məruz qalmış 55-60 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır
22.06.2026 208 İsrailin Livana hücumlarından sonra İranın Hörmüz boğazını yenidən bağlamasından sonra gəmilərin hərəkəti azalıb
Kpler analitik şirkətinin məlumatlarına görə, bazar günü boğazdan bir gün əvvəl aşkar edilən 26 gəmidən beşi keçib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, gəmiçilik məlumatlarına görə, İranın İsrail və ABŞ-ın müvəqqəti sülh müqaviləsini pozduğunu əsas gətirərək su yolunu yenidən bağladığın
22.06.2026 149