Körpələrdə 6 yaş dişini süd dişi hesab etməyin!

Körpələrdə 6 yaş dişini süd dişi hesab etməyin!Ağız sağlamlığı ümumi sağlamlığımıza təsir edən çox əhəmiyyətli bir mövzudur. Buna görə sağlam diş və diş ətinin ilk addımı körpəlik dövründə başlayır.
Diş təmizləmə vərdişi qazandırılan uşaqların irəli yaşlarda sağlam dişlərə və diş ətinə sahib olduqları bildirilir.
İlk dişlər nə vaxt çıxır?
Süd dişləri dəyişkən olaraq orta hesabla 6 aydan sonra ümumi olaraq alt ön tərəfdən başlayaraq çıxar və təxminən olaraq 3 yaşda tamamlanır. Bu dövrdə uşağınızın ağzında cəmi 20 ədəd süd dişi alt və üst çənədə simmetrik olaraq yerləşir.

Süd dişləri çox önəmlidir
Cəmiyyətimizdə formalaşan "süd dişləri onsuz da dəyişəcək, ona görə çürüməsi və çəkilməsi əhəmiyyətli deyil' inancının əslində tamamilə səhv olduğunu vurğulamaq istərdik.

"Süd dişləri yeniyetmə çağına qədər uzanan müddətdə fəaliyyət göstərən dişlərdir. Quruluşları daimi dişlərə görə bir az daha fərqlidir. Çünki bədənimizdə olan hər şeyin bir vəzifəsi və sistemi olduğu kimi süd dişlərinin də öz vəzifəsi vardır. Əgər süd dişləri vaxtından erkən çürüyər və çəkilərsə yan dişlər genişlənəcək və altdan gələn daimi dişlərə yer olmayacağı üçün daimi dişlər çazpazlıq yaradaraq ortodontik müalicəyə ehtiyacı olacaq.

Həmçinin dişin vaxtında çəkilməməyi bir iltihaba səbəb olarsa, altdan gələn daimi dişin bərkiməsinə həmçinin uşağın ümumi sağlamlığına təsir edəcək. Bundan başqa süd dişlərinin altdan gələn daimi dişlərə rənbərlik etdiyini də nəzərinizə çatdırmaq istərdik. Ona görə uşaqlara ağız qulluğu vərdişinin qazandırılması və süd dişlərinin sağlamlığı çox əhəmiyyət kəsb edir. "

6 yaşdakı diş süd dişi deyil!
Uşaqlarda süd dişlərinin düşüb yerlərinə yeni daimi dişlərin çıxması, aşağı yuxarı süd dişlərindəki düzülmə ardıcıllığını təqib edən bir müddətdən ibarətdir. Burada diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli nöqtə, bir çox adamlar tərəfindən süd dişi sanılan 6 yaş dişinin varlığıdır. Süd dişlərinin çıxması tamamlandıqdan sonra təxminən 3 yaşdan 6 yaşa qədər diş qövslərində hər hansı bir hərəkət olmur. Uşaq 6 yaşına çatanda ilk daimi dişi olan 6 yaş dişi süd azı dişlərinin arxasında qövsdə öz yerini tutur. "

İlk çıxan dişlər kəsicilər
6 yaş dişlərindən sonra çıxan dişlər kəsicilər qrupudur. Ardıcıl olaraq birinci süd azıları, ikinci süd azıları və süd köpək dişləri tökülürlər. Köpək dişləri ən son çıxan dişlərdir və 11-13 yaş arası tamamlanır. Bunlardan əlavə 6 yaş dişlərinin arxasından 12 yaş ikinci davamlı azılar/dişlər və 20 yaş (16-24 yaş) 20 yaş dişləri yəni üçüncü böyük azı dişləri çıxır.

Uşaqların dişləri niyə çürüyür?
• Süd dişlərinin daimi dişlərə nisbətən daha çox üzvi maddəyə ehtiyacı vardır, bu səbəbdən çürüməyə daha çox yaxındırlar, daha asan və sürətli çürüyürlər.
• Uşaqlar, çürümənin erkən dövründə hiss edilə bilən soyuq-isti həssaslığı və yüngül ağrı kimi siqnalları vaxtında anlamırlar. Hadisəni ancaq dözülməz qədər ağrı olanda fərq edərlər ki, bu halda çox gec ola bilər.
• Uşaqlar ağız qulluğuna yetkinlər(böyüklər) qədər diqqət edə bilməzlər. Uşağın əl bacarığı, marağı və valideynlərinin mövqeyi diş fırçalama vərdişini təyin edir.
• Qeyri-düzgün qulluğa görə dişlər çürüməyə daha meylli olur.

Çürüklərin meydana gəlməsinin qarşısı alina bilər mi?
Çürüyun qarşısını tamamilə ala biləcək bir peyvənd ya da dərman hələki tapılmayıb, ancaq çürük sayını azalda biləcək vəsaitlər yetəri qədər var və istifadə edilir.

Fissür örtüyü: Azı çiynəmə səthində fissür deyilən kiçik çuxurcuqlar vardır. Fissür örtüyü vasitəsilə ilə çuxurcuqların üzəri bağlanılır və həmin nahiyəyə mikrob, yemək artığı və.s-nin sızmasına mane olur və beləliklə çürümənin qarşısı alınır. Bu əməliyyat 6 yaşından etibarən daimi azı və kiçik azı dişlərinə tətbiq oluna bilər.

Fluor tətbiqi: çürümənin qarşısını almaq üsullarından biri də zəifləməyə qarşı müqaviməti artırmaqdır. Dişlərə səthi fluor tətbiq etməklə bu müqavimət qazanılır.

Diş fırçalama: Ana və atalardan ən çox eşitdiyimiz şikayətlənmə uşaqlarının dişlərini fırçalamamağıdır. Uşaqların sonrakı yaşlarda bu vərdişi davam etdirməsinin ən asan və təsirli üsulu erkən yaşlarda diş fırçalamağa başlamasıdır.

Uşaqlar üçün necə diş fırçası və diş məcunu seçilməlidir?
Uşağın ağız böyüklüyünə uyğun, yumşaq və neylon tüklərdən hazırlanmış diş fırçaları istifadə edilməlidir. İndi satışda uşaqlar üçün xüsusi hazırlanmış fırça və diş məcunları vardır. Uşaqlar diş məcununun dadını çox sevirlər və fırçalama əsnasında onu uda bilərlər. Bu səbəbdən 3 yaşından kiçik uşaqlarda diş məcunu istifadə edilməməsi daha düzgün olardı. İstifadə olunmalı məcunun miqdarını isə bir noxud böyüklüyü qədər deyərək təsvir edə bilərik.

Uşaqlara diş fırçalama vərdişini necə qazandıra bilərik?
• Uşaqlar dişlərini fırçalayarkən ayrı bir diş fırçası ilə siz də öz dişlərinizi fırçalayın. Ona bir neçə dənə diş fırçası və diş məcunu alın. Bu fırça və məcun fərqli rənglərdə həmçinin müxtəlif cizgi qəhrəmanlarının şəkillərinin əks olunduğu fırça və məcun olsun.Seçimin çoxluğu onun diş fırçalama istəyini və motivasiyasını artıracaq.
• Əvvəl özünün dişlərini fırçalamasını gözləyin, sonra siz onun, oda sizin dişlərinizi fırçalasın.
• Evdə mütləq diş fırçalama lövhəsi yaradın və hər fırçalamadan sonra lövhə üzərində işarələmə edin.
• Duşa bir qum saatı yerləşdirin və hər fırçalama zamanı qum saatını tərs çevirərək vaxt təyinn edin.
Təxminən 2 dəqiqəlik diş fırçalama kafi olacaq.

Unutmayın ki, uşağınızın diş çürüyü haqqında heç bir məlumatı yoxdur. Ona yapışqan xüsusiyyətli olan şəkər, şokolad, biskvit yedirin və güzgüdə dişlərinin üzərinə necə yapışdığını göstərin. Daha sonra dişlərini fırçaladın və dişlərinin nə qədər gözəl, təmiz və ağ olduğunu yenidən güzgüdə göstərin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10575   Tarix: 05 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201