ŞOK! Azərbaycanlı məşhurun adı beynəlxalq QALMAQALDA

ŞOK! Azərbaycanlı məşhurun adı beynəlxalq QALMAQALDABiG.AZ xəbər verir ki, Azərbaycanın məşhur modeli Nigar Talıbovanın adı beynəlxalq qalmaqalda hallanır.
Belə ki, ABŞ prezidenti Donald Trampın işdən çıxardığı kəşfiyyat generalı Maykl Flinnin adı bu dəfə türkiyəli Biznesmenlə evli olan azərbaycanlı seksual modellə hallanır. Bu barədə ABŞ-ın nüfuzlu "Mother Jones" jurnalının araşdırmasında deyilir.

Hazırda həm Konqresin xüsusi komissiyası, həm Federal Təhqiqatlar Bürosu Maykl Flinin həm Türkiyə hakimiyyətinin xeyrinə lobbiçilik fəaliyyətini, həm Rusiya ilə əlaqələrini araşdırmaqdadır.

"Mother Jones" yazır ki, Flinnlə bağlı qalmaqalların içərisində onun ötən il Trampın seçki komandasının əsas müşavirlərindən biri olduğu halda Türkiyə hakimiyyətinin maraqlarının müdafiəçisi kimi çıxış edərək üst-üstə 530 min dollar aldığı daha çox diqqəti cəlb edir. Amerika qanunvericiliyinə görə xarici ölkələrin maraqlarını təmsil etmək qanunsuz deyil, bir şərtlə ki, lobbiçilik müqaviləsini vaxtında Ədliyyə Nazirliyində qeydiyyatdan keçirəsən. Flinn isə Türkiyənin xeyrinə lobbiçilik edəndə müqaviləni qeydiyyatdan keçirməyib.

Sənədlərə əsasən Flinni Türkiyə hakimiyyətinin xeyrinə lobbiçilik etmək barədə müqaviləni Hollandiya konsaltinq şirkəti "İnovo BV" ilə 2016-cı ilin avqustunda bağlayıb. Həmin firma Türkiyə-Amerikan Biznes Şurasının sədri Ekim Alptekinə məxsusdur. Müqaviləyə əsasən Flinn Pensilvaniyada mənzillənən və Türkiyə üçün "bir nömrəli terrorçu" statusunu daşıyan Fətullah Gülən barədə araşdırmalar aparmalı, kompromatlar toplamalı idi.

Alptekinin vəkilləri isə deyir ki, "İnovo BV" firması İsrailin "Ratio Oil Explorotion" qaz şirkətin təmsil edirdi və onun Flinnlə müqaviləsinin məqsədi İsrailin Türkiyəyə təbii qaz ixracı üçün lobbiçilik idi. Ancaq bu ilin martında Alptekin özü jurnalistlərə açıqlamasında Flinnlə müqavilə bağladığını təsdiqləyib, bunun Türkiyə və regionla bağlı geosiyasi analiz aparmaq, Türkiyəyə investisiya qoymaq istəyən energetika şirkətləri üçün biznes mühitini araşdırmaq məqsədi daşıdığını deyib. Habelə Alptekin onun Hollandiyadakı firmasının Türkiyə hakimiyyəti ilə hər hansı əlaqəsinin olmadığını bildirib.

Buna baxmayaraq "İnovo BV" ilə bağlanmış müqavilə sayəsində ötən il sentyabrın 19-da Maykl Flinn Alptekinin Nyu-Yorkdakı "Essex House" otelində Türkiyədən olan rəsmilərin də iştirakı ilə təşkil etdiyi toplantıda olub. Həmin toplantıda Gülənin oğurlanmasından söhbət gedib. Hərçənd hər iki tərəf bunu təkzib edir.

Flinnin FTB-yə təqdim etdiyi sənədlərə əsasən o, ötən il sentyabrın 9-dan noyabrın 14-nə qədər "İnovo BV" firmasından üç dəfəyə olmaqla cəmi 530 min dollar alıb. Alptekinin amerikalı vəkillərinin bildirdiyinə görə, bu pulların heç biri Türkiyədən göndərilməyib. Bu ilin aprelində Alptekin Hollandiya mətbuatına deyib ki, Flinnin layihəsi üçün pullar onun arvadının və İsrailin təbii qaz şirkəti "Ratio Oil Exploration"un hesabından ödənilib. Ancaq İsrail şirkəti Alptekinlə hər hansı əlaqələrinin olduğunu təkzib edib.

Bəs Alptekinin arvadı kimdir? Jurnal yazır ki, bu, azərbaycanlı model, bir vaxtlar iki digər modellə birlikdə Türkiyənin "Adrenalin" adlı populyar olmayan pop-qrupunda solist olan Nigar Talıbovadır (Nigar Alptekin).

"Mother Jones" bildirir ki, Ekim Alptekin ötən həftə Amerika-Türkiyə münasibətlərinə həsr olunmuş konfransda iştirak etmək üçün Vaşinqtonda idi. Jurnalın əməkdaşı ondan Flinnə ödənilmiş pulların mənbəyi və arvadının bu işdəki rolu barədə soruşub, lakin biznesmen suallara cavab verməyib. Flinnin vəkili də məsələ ilə bağlı şərh verməkdən imtina edib.

"Ola bilsin Alptekin doğrudan da arvadının və İsrail energetika şirkətinin pullarını Flinnin xəlvəti lobbiçilik fəaliyyəti üçün ödəyib. Lakin həmin pulların mənbəyinin təsdiqlənməsi Flinnlə bağlı təhqiqat aparan FTB əməkdaşları üçün görüləcək işlərin siyahısındadır"-jurnal yazır.

Qeyd edək ki, son günlər Trampın və onun komandasının üzvlərinin Rusiya ilə şübhəli əlaqələrinə dair həm Konqresin kəşfiyyat komitələri, həm FTB tərəfindən aparılan təhqiqat dərinləşib. Senatın kəşfiyyat komitəsi Trampın seçki qərargahından bütün sənədləri, o cümlədən elektron yazışmaları və telefon danışıqlarını təqdim etməyi tələb edib.

Xatırladaq ki, Türkiyə iş adamına ərə gedən Nigarın bu evlilikdən 3 övladı var.

ŞOK! Azərbaycanlı məşhurun adı beynəlxalq QALMAQALDA


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2342   Tarix: 30 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hər gün yuxudan ayılanda..." Səkinə İsmayılova KÖVRƏLDİ

"Şöhrət" ordenli xalq artisti Səkinə İsmayılova -a müsahibə verib. Sənətkar son günlər ordumuzun əldə etdiyi qələbə xəbərlərinə hədsiz sevindiyini dilə gətirib. Bildirib ki, hər dəfə hansısa ərazimiz erməni işğalından azad ediləndə, sevincindən uşaq kimi ağlayır. "Ordumuzun uğurların

14.10.2020 1187
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567