
Öz müştəriləri üçün xidmət imkanlarını günü-gündən yaxşılaşdıran Unibankdan xoş xəbər var.
Artıq Unibank filialını tapmaq daha ASAN oldu. Bankın 1 saylı ASAN Kommunalda (Həsən
Əliyev 36) yeni filialı fəaliyyətə başlayıb. Daha əlçatan və digər xidmətlərin mövcud olduğu bir
ünvanda yerləşən filial, müştərilərinə geniş bank xidmətləri təklif edir. Filial müştərilərə kassa
hesablaşma əməliyyatları, kredit verilməsi, əmanətlər, pul köçürmələri, plastik kartlarının
sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar daxil olmaqla, bütün bank
xidmətlərini göstərir. Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından
faydalanmaq istəyən hər kəs Unibankın ASAN Kommunalda yerləşən filialına müraciət edə
bilər.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının
xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi
olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank
xidmətlərinin əksər hissəsindən Unibank Mobile-ın (http://unibank.az/az/private-clients/unibank-mobile/) köməyi ilə istifadə
edə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az/ ) və yaxud
facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank)
əldə etmək olar.
Unibank-hər kəsin bankı!
Şikayətiniz varsa Whatsapp: 050 5165251
Bölmə: Xəbərlər Oxunub: 608 Tarix: 19.05.2017