İkinci dəfə evlənən Abbas özünə 3 gün toy edəcək: "Vağzalı səslənməyəcək"

İkinci dəfə evlənən Abbas özünə 3 gün toy edəcək: "Vağzalı səslənməyəcək"

Əməkdar artist Abbas Bağırov toyundan danışıb.

BiG.AZ xəbər verir ki, ifaçı bu haqda “Hər şey daxil” verilişində məlumat verib. A.Bağırov bildirib ki, toyunda vağzalı səslənməyəcək:

“3 gün toy edəcəyəm. Oğlan toyum mayın 23-də olacaq. Bəy-gəlinli toyumda yalnız ailə üzvlərim iştirak edəcək. Həmin toyda az adam olacaq. Çünki adi qapıda vağzalı səsləndirməyə razı deyiləm. Vağzalı elə mənim ürəyimdə səslənir, bu mənə bəs edir. Əsas insan xoşbəxt olsun, xırda şeylər boşdur. Yəni standartlardan uzaq insanam. Bir çox toylar görmüşəm, istədim ki, fərqlənəm".

Onu da əlavə edək ki, ifaçının kişi toyu mayın 23-də paytaxt restoranlarının birində keçiriləcək. Qız toyu isə Gəncədə baş tutacaq.

Qeyd edək ki, bu, Abbasın ikinci nikahıdır. Onun birinci evliliyindən bir qızı var.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1033 Tarix: 19.05.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol