Jurnalistlər üçün üçüncü bina da tikilə bilər – AMAŞOV

Jurnalistlər üçün üçüncü bina da tikilə bilər – AMAŞOVJurnalistlər üçün tikilmiş ikinci binanın iyulun 22-də istifadəyə veriləcəyi artıq bəllidir.

BiG.AZ xəbər verir ki, artıq media mənsubları elan olunmuş qaydalar çərçivəsində müvafiq sənədləri komissiyaya təqdim edir və bir çoxları elə düşünür ki, bu, sonuncu şansdır, bununla da media mənsubları üçün bina tikintisinə son qoyulacaq. Lakin Mətbuat Şurasınən sədri, millət vəkili Əflatun Amaşov ümidverici açıqlama ilə çıxış edib.

MŞ sədri "Yeni Müsavat"-a verdiyi müsahibədə jurnalistlər üçün üçüncü binanın da tikilə biləcəyini deyib.

O, hazırda jurnalistlərin istifadəsində olan birinci bina ilə bağlı dövlət başçısına xahişini və onun da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını xatırladıb:

"Mənim üçün çox xoşdur ki, bu məsələni xahiş kimi qaldırdım və cənab prezident çox böyük addım atdı. Cənab prezidentlə görüşdə müəyyən məsələlərdən danışdıq. Eyni zamanda jurnalistlərin sosial durumunda hansı problemlərin olması ilə prezident maraqlandı. Bir sıra jurnalistlərin evsiz olduğu, kirayələrdə, yataqxanalarda qalması haqqında söhbət gedəndə təkliflərimiz oldu. Cənab prezident məsələyə çox diqqət və qayğı ilə yanaşdı. Məhz həmin gün cənab prezident birinci binanın tikilməsi ilə bağlı sərəncam imzaladı. Tezliklə binanın yeri müəyyənləşdi və tikinti başlandı. Bu evlər Azərbaycan prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada veriləcək. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467