"Əvvəlcə bacısını döydü, sonra balta ilə üstümə..." - Əri ilə Facebookda tanış olan aparıcı Lalə

"Əvvəlcə bacısını döydü, sonra balta ilə üstümə..." - Əri ilə Facebookda tanış olan aparıcı LaləTeleaparıcı Lalə Əlimuxtarovanın Milli.Az-a müsahibəsi.

- Lalə bilirəm ki, işləriniz çoxdur. Televiziya və restoranlardan birində davamlı olaraq fəaliyyət göstərirsiniz. Evdə məişət qadını olursunuz, bundan əlavə də bir övladınız var. Ona ayırmağa zamanınız olurmu?

- Övladım anadan olandan sonra bir az nisbətən işlərdən uzaqlaşmışdım, amma yenidən iş başındayam. Övladıma həmişə vaxt ayırıram. Qızımın dayəsi də var, o mənsiz heç bir yerə onu aparmır. Siz bilirsiniz ki, teleaparıcının bir qazanc yeri də toylardır, toylarım olanda gedirəm, olmayanda isə evdə oluram. Lider TV-də "Köklə sazı" adlı verilişi artıq yekunlaşdırdıq, hazırda yeni işlər axtarışındayam.

- İllərdir Lider televiziyasının simasısınız. İllər öncə "Ay ev yiyəsi" adlı çox baxımlı verilişiniz var idi. Niyə bu layihənin davamı gəlmədi?

- Demək olar ki, 7 ildir ki, Lider TV-nin simasıyam. Bu veriliş 5 illik müqavilə ilə açılmışdı. 5 il müddət bitəndən sonra veriliş bağlandı. Sözün düzü nə rayon qaldı, nə də ki, müğənni. Bəzən söz-söhbətlər olur ki, baxımlı kanal, baxımsız kanal. Onu deyə bilərəm ki, Lider TV ən baxımlı kanal kimi illər öncə fəaliyyətə başlayıb. Kanal verilişə görə baxılır, kanala görə verilişə baxmırlar.

- Hər dəfə bir müğənni ilə bölgələrə gedirdiniz. Məşhurları yolda tanımaq asandır yoxsa efirdə?

- Bir çox məşhur korifey sənətkarlardan tutmuş, indi hamı üçün əlçatmaz olan ulduzlar vaxtilə qonağım olub. Hələ heç biri deməyib ki, vaxtım yoxdur, çəkilmirəm və s. Mənim verilişimə bir müğənni 1 dəfə yox, 2-3 dəfə çəkilib. Bəlkə də başqa teleaparıcı olsaydı müğənnilərlə yola getməzdi, amma mən onların hər kaprizinə dözmüşəm. Elə rahatlıqla qapı döyürdük ki, bilirdim ki, üzümüzə xoş niyyətli insan qapı açacaq. Siz təsəvvür edin ki, hətta Samir Bağırov da "Ay ev yiyəsi" verilişində olub."Mən ulduzam, gedə bilmərəm" ifadələrini eşitməmişəm.

- Getdiyiniz yerlərdə təhlükə ilə üzləşmisiniz?

- Bəzən elə qapıları döymüşəm ki, insan içkili olub, amma onu elə yola gətirmişəm ki, yumşalıb. Teleaparıcı olmaq həm də insan psixologiyasını bilmək deməkdir. Təkcə bir dəfə problemim olub ki, üstümə balta çəkiblər. O zaman da qonşular aranı qızışdırmışdılar. Qızın qardaşına demişdilər ki, bacın dünən nişanlanıb, bu gün artıq efirə çıxıb. Halbuki qızın heç görüntüsü belə kadra düşməmişdi. Oğlan ilk öncə bacısını döyüb al-qan etdi, sonra həmin balta ilə üstümə gəldi. Qorxumuzdan qaçıb qonşuda gizlənmişdik. Amma səhəri gün məsələ həll olundu və bizdən üzr istədilər. Amma o an qaçmasaydım, balta mənim başıma da dəyə bilərdi.

- Bəs sizin özünüzə necə, evdəkilər bu sahəyə gələrkən qadağa qoymuşdular?

- Efirdə olmaq anamın arzusu olsa da, amma atam məni teleaparıcı kimi görmək istəmirdi. Çox keçmədi ki, atam da yumşaldı. Çünki o dostlarımın, tanışlarımın mənə qarşı olan münasibətini görmüşdü. Atam sonralar mənə deyirdi ki, yaxşı ki, bu sahədəsən. Həqiqətən də hər insan bu sahədə baş çıxara bilməz.

- Bəs həyat yoldaşınız necə?

- Həyat yoldaşımla tanış olanda artıq mən bu sahədə idim. O teleaparıcı olmağımı çox normal qəbul etdi. Mənə çox güvənir, elə buna görədir ki, bizim aramızda qısqanclıq yoxdur. Bu sahədə əsas güvəndir.

- Tanışlığınız necə olub?

- Mən Xəzər TV-də "Ulduzlu xəzər" adlı maqazin verilişinin aparıcısı idim. Yoldaşım da məni efirdən görüb bəyənmişdi. Həmişə məni efirdə görəndə anasına deyirdi ki, ana mən bu qızı alacam. Elə oldu ki, bir həftəlik mənə facebook səhifəsi açıldı.Biz orada tanış olduq, 1 həftədən sonra facebook səhifəsini bağladım. Ömrümdə bir dəfə facebook səhifəm olub, o da bir həftəlik. 2 il bir-birimizi tanıyandan sonra ailə həyatı qurmağa qərar verdik. Hazırda Melis adlı bir qızımız var.

- Facebook-da sizə çox insan yazıb yəqin. Ona necə inandınız?

- Xeyr, mənə elə bir mesaj gəlmişdi. Xahiş etdi ki, gəl görüşək. Təbii ki, görüşə tək yox, rəfiqəmlə getdim. Gördüm ki, həqiqətən də gözəl insandır.

- Heç fikirləşmədiniz ki, gələcəkdə daha da yaxşı qismətiniz çıxa bilərdi?

- Heç onu fikirləşmədim. Mən heç onun qazancını, pulunu soruşmadım. Mənə pullu həyat yox, rahat həyat lazım idi. Pullu həyatım ola bilərdi, amma rahat yaşayışım olmazdı. Hazırda həyat yoldaşım hər iki həyatı mənə yaşadır.

- Lalə, həyatınızdakı xoş hadisələrlə yanaşı ard-arda valideynlərinizi itirməyinin də stressini yaşadınız. Onların həyatınızdan getməyi ilə nəyi itirdiniz?

- 2 il ərzində mən həm həm anamı, atamı, həm də nənə və babamı itirdim. Anamın ilini verəndən sonra atam dünyasını dəyişdi. Anam ürəyindən əməliyyat keçirmişdi, hər an gözləyirdik ki, ölə bilər. Amma atamın ölümü heç ağlımıza da gəlmirdi. Evin böyük övladı mənəm, məndən sonra bir bacım və qardaşım var. Həm anam, həm də atam nə iş görərdilərsə ilk öncə mənimlə məsləhətləşərdilər. Onların həyatdan getməsi ilə mən dayağımı itirdim. Qız övladına atanın dayağı mütləq lazımdır. Sağlığında ikən atama çox güvənirdim, fikirləşirdim ki, heç kim mənə bir söz deyə bilməz. Çünki arxamda atam var idi (kövrəlir). Onlar haqqında keçmişdə danışmaq mənə çox əzab verir...

- Lalə, bir zamanlar ən reytinqli maqazin verilişinin aparıcısı olduğunuz halda, hazırda kənardan susqun şəkildə şou-biznesi izləyirsiniz. Olmaya şou nümayəndələrindən incimisiniz?

- Hiss etmirəm ki, mən kənarda dayanmışam. Sadəcə indiki teleaparıcıların əksəriyyəti maraqsız olub. Özümü "şou-biznes" deyilən aləmdə ucuzlaşdırmaq istəmədim. Təbii ki, bu sahənin də barmaqla sayıla biləcək isimləri var. İndiki bir çox teleaparıcılardan fərqli olaraq mən efirə çıxanda özümü və tamaşaçılarımı fikirləşirdim. İndi isə deyirlər ki, efir olsun, toy olsun. Hal-hazırda televiziyada olan maaş belə onları maraqlandırmır. Ağlıma belə gəlmirdi ki, toy aparım, efirdə olum. Qarşılarında müsahibə aldıqları insanları belə tanımırlar. Bizim dövrümüz artıq getdi. O qədər eyibləri var ki, sadalamaqla bitməz. Bəlkə də kənardan etdikləri hərəkət onlara xoş gəlir, amma bu səviyyəsizlikdir.Qısa geyinib, ayağını ayağının üstünə qoymaqla teleaparıcı olmur. Həmin dediyim teleaparıcılara müğənnilər efirə görə yaltaqlanır. Sabah efir olmasa heç bir müğənni onsuz da yanında olmayacaq. Efirdə bir-birinə "canım-ciyərim" deyirlər, amma bir-birinin arxasınca danışırlar.

- Bəs siz hansı müğənnilərlə dostluq edirsiniz?

- Mən illərdir Faiq Ağayev, Rəhim Rəhimli və Röya Ayxanla dostluq edirəm. Onlar mənimlə efirə görə dost olmayıblar. Samira, Sevda Sanaliyeva və s. müğənnilər də mənim dar günümün dostlarıdır. Mən çox xoşbəxtəm ki, dostlarım təmənnalı, efir dostu deyil. Həmişə dar günümdə mənim yanımdadılar.

- Pop diva Aygün Kazımova ilə illər öncə münasibətiniz pozulmuşdu. Hazırda münasibətləriniz nə yerdədir?

- Aygün Kazımova heç mənim türklər demiş "umrumda deyil". Həmçinin də mən onun. Vaxt olub ki, müsahibə də almışam, amma indi münasibətimiz yoxdur. Rəhim Rəhimli, Röya illər öncə Aygünlə barışanda dedim ki, bu səmimi dostluq deyil. Proqnozum o zaman düz çıxmışdı. İnanmıram ki, bizim münasibətimiz nə zamansa bərpa olunsun. Bəlkə də gözəl xanımdır, mərddir, dostluğu var, amma o mənim qəlbimi qırıb.

- Münasibətlərinizin pozulmasına kim səbəb oldu?

- "Ulduzlu xəzər" mənim ilk verilişim idi. O vaxtı bir çox məşhurlar mənə dəstək oldular. Aygün Kazımovadan dəstək istəyəndə mənə demişdi ki, nə vaxt verilişin baxımlı olar, mən sənə müsahibə verərəm. Çox keçmədiki veriliş populyar oldu. Bundan sonra Xalq artisti adı alanda, ad günlərində məni dəvət etdilər, amma getmədim. Mənim ona heç vaxt işim düşməyib və inşallah düşməz də. Allah onun yolunu açıq etsin!

- Heç üz-üzə gəlmirsiniz?

- Toy aparanda görmüşəm, təqdim də etmişəm. Heç "çox sağ ol" da deməyib. Biz çox gec-gec üz-üzə gəlirik. Çox kinliyəm, heç doğmamdan da küssəm, barışmıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 25473   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104