DTX-ya yeni səlahiyyət verildi

DTX-ya yeni səlahiyyət verildiNazirlər Kabinetinin "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"nda dəyişikliklər edib.

BiG.AZ xəbər verir ki, qüvvədə olan qaydaya əsasən, Ölkədaxili Siyahı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin təqdimatı əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunur.

Dəyişikliyə əsasən isə Dövlət Təhlükəsizliyi Xidməti Ölkədaxili Siyahının müəyyən edilməsi sahəsində yeganə orqan statusu qazanıb, Xarici Kəşfiyyat Xidməti isə Ölkədaxili Siyahı ilə bağlı yalnız təqdimatla çıxış edə biləcək.

Başqa sözlə, Ölkədaxili Siyahı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin təqdimatı əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunur.

Bundan sonra kifayət qədər əsaslar müəyyən olunduqda və ya xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsaslı hesab edildikdə, Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı əsasında terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsində iştirak edən, həmin əməllərin törədilməsinə kömək və ya cəhd göstərən fiziki və ya hüquqi şəxslər, bu şəxslərin birbaşa və ya dolayısilə sərəncamında, sahibliyində və ya istifadəsində olan hüquqi şəxslər, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər Ölkədaxili Siyahıya daxil ediləcək.

Eyni zamanda xarici ölkələrin səlahiyyətli orqanlarının müraciətində qeyd olunan şəxslərin bu meyarlara uyğun gəldiyini güman etməyə kifayət qədər əsaslar olduqda, Dövlət Təhlükəsizliyi Xidməti həmin sənəddə göstərilən şəxslərin Ölkədaxili Siyahıya daxil edilməsi haqqında qərar qəbul edir. Dövlət Təhlükəsizliyi Xidməti bu qərarı qəbul edərkən, müraciət edən tərəfdən şəxsin bu meyarlara uyğun gəldiyini göstərən məlumatları, eləcə də müraciətdə göstərilən şəxsin ətraflı eyniləşdirmə məlumatlarını tələb edə bilər. Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsasında hər hansı şəxsi Ölkədaxili Siyahıya daxil etdikdə, fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və yaşadığı dövlətin, hüquqi şəxsin isə qeydiyyatdan keçdiyi və fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına bu barədə məlumat verir. Bu halda, Dövlət Təhlükəsizliyi Xidməti məlumatda göstərilmiş şəxsin bu meyarlara uyğun gəldiyini göstərən əsasları, eləcə də onun ətraflı eyniləşdirmə məlumatlarını sorğu edilən dövlətə göndərəcək.

İndiyə qədər Xarici İşlər Nazirliyi Sanksiyalar Komitəsi tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edib və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib. Dəyişikliyə əsasən, Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının 1999-cu il 15 oktyabr tarixli 1267 nömrəli qətnaməsinə və terrorçuluğa qarşı mübarizə sahəsində digər aidiyyəti qətnamələrinə əsasən təsis edilmiş sanksiyalar komitələri tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edəcək və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edəcək. Xarici İşlər Nazirliyi mütəmadi olaraq Birləşmiş Siyahısını nəzərdən keçirir və həmin Siyahıya düzəlişlər olduqda, dərhal Beynəlxalq Siyahıya müvafiq əlavə və ya dəyişiklik edərək, təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib. Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası bu siyahını dərhal təsdiq edir və rəsmi internet səhifəsində yerləşdirəcək.

Bundan sonra eyniləşdirmə məlumatlarının uyğunluğuna görə aktivləri səhvən dondurulmuş şəxs tətbiq edilmiş tədbirlərin aradan qaldırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlandırmalı, eyniləşdirmə məlumatlarını təsdiq edən sənədləri təqdim etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası müraciət daxil olduqdan 1 iş günü müddətində şəxsin eyniləşdirmə məlumatlarının uyğunluğunu yoxlayır və aktivlərin səhvən don-durulduğu aşkar edildikdə, dərhal aktivlərin azad olunması barədə qərar çıxarır və icra edilməsi üçün dondurulmanı həyata keçirən subyektə göndərir. Fiziki və ya hüquqi şəxslərin Ölkədaxili, Birləşmiş və Beynəlxalq siyahılardan çıxarılması onların bu siyahılara daxil edilməsi ilə əlaqədar yaranmış hüquqi nəticələri Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq aradan qaldırır. Fiziki və ya hüquqi şəxslər öz hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər.

Beləliklə, indiyə qədər qüvvədə olan Qaydaya əsasən, Ümumi Siyahı Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və BMT Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli qətnaməsinə əsasən təsis edilmiş "Əl-Qaida" və "Taliban"a qarşı Sanksiyalar Komitəsi tərəfindən BMT Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli və 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli qətnamələrinə uyğun olaraq müəyyən edilmiş barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və hüquqi şəxslərin Birləşmiş Siyahısına əsasən müəyyən edilmiş Beynəlxalq Siyahıdan ibarət olub. Dəyişiklikdən sonra Ümumi Siyahı Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müəyyən edilən Ölkədaxili Siyahıdan və BMT-nin aidiyyəti qətnamələrinə əsasən müəyyən edilən Beynəlxalq Siyahıdan ibarət olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1097   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089