Prezidentin xəbərdarlığından sonra icra başçısı geri çəkildi

Prezidentin xəbərdarlığından sonra icra başçısı geri çəkildiYasamal rayonu ərazisində, Həsənbəy Zərdabi küçəsində yerləşən "Ovçular evi"nin ərazisində çoxmərtəbəli kompleksin tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin verdiyi icazə qüvvədən salınıb. Onun yerində park salınacaq.

BiG.AZ xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"a Bakı şəhər İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, Bakı sakinləri üçün salınacaq yeni istirahət məkanının adı "Mədəniyyət park"ı adlanlandırılacaq və onun tikintisi bir neçə aya yekunlaşacaq.

Xatırladaq ki, bir neçə gün öncə KİV-də "Ovçular evi"nin dağıdıldığı, ətrafındakı ağacların qırıldığı, onun yerində isə çoxmərtəbəli binanın tikintisinin planlaşdırıldığı ilə bağlı yayılan xəbərlər paytaxt sakinlərinin marağına səbəb olub. Mətbuatda həmçinin, bu binanın Milli Məclisin deputatları üçün nəzərdə tutulduğuna dair informasiyalar yayıldı. Lakin prezident İlham Əliyevin müdaxiləsindən sonra tikinti dayandırıldı və tikinti işlərini həyata keçirən şirkət barəsində cinayət işi açıldı. Habelə şirkət ağacların kəsilməsinə görə 130 min manat cərimələndi. Hazırda ağır texnika vasitəsilə 54 çoxillik şam ağacnın kütləvi şəkildə məhv edildiyi ərazi metal hasarla əhatəyə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raquf Mirzəyev bildirib ki, Mətbuat prospektində ağacların kütləvi şəkildə məhvinə dair məlumat nazirliyin qaynar xəttinə aprelin 13-də daxil olub: "Nazirliyin əməkdaşları əraziyə baxış keçirdikdən sonra 27 fərqli ağacın bioloji ziyan aldığını, daha 52 ağacın isə məhv edildiyini aşkarlayıblar".

R.Mirzəyevin sözlərinə, araşdırma zamanı müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və "A-3 Sənaye Tikinti Korporasiyası" MMC tərəfindən orada tikinti işlərinə başlanılıb: "Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib. Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası" MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 min 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 min 760 manat cərimə kəsilib".

Bütün bunlardan başqa, 30 min üzvü olan "Ovçular Cəmiyyəti"nin taleyi sual altında qalıb.

Birliyin sədri Füzuli Əşrəfov açıqlamasında bildirib ki, onlara Xaqani küçəsində yer ayrılıb: "Daha ətraflı məlumatı yaxın günlərdə paylaşacağıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1436   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 348
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 169
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 594
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 209
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 611
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 356
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 884
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 808