Xalq şairinin prokuror oğlu İŞDƏN ÇIXARILDI

Xalq şairinin prokuror oğlu İŞDƏN ÇIXARILDI

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sayta faktı təsdiqləyib.

Qeyd edək ki, Azər Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 947 Tarix: 21.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol