Albinizm xəstəsi olan bacılar internetde ulduza çevrildi - FOTOLAR

Albinizim xəstəliyindən əziyyət çəkən 11 yaşlı əkiz bacılar Lara və Mara Bawar sosial şəbəkələrdə ulduza çevrilib.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bacılar məşhur fotoqraf Vinicius Terranovanın obyektivinə tuş gəlib. Fotoqraf Lara və Maranın "Flores Raras" ("Nadir rənglər") layihəsi üzrə şəkillərini çəkib.

Foto-layihədə Mara və Lara ilə yanaşı böyük bacıları 13 yaşlı Sheila da iştirak edib. Fotoqraf qara dərili Sheila ilə albinizm xəstəliyindən əziyyət çəkən bacıları bir araya gətirib və dünyaya rənglərin fərqini nümayiş etdirib. Bu çəkilişdən sonra bacılar "Nike", "Insanis" və "Bazaar Kids" kimi böyük şirkətlərdən reklam təklifi alıb:

"Biz hesab edirik ki, albinizm gözəldir. Biz öz saçlarımızı, dərimizi, gözlərimizin rəngini sevirik".

Qeyd edəki ki, Albinizm (lat. alba - ağ ) anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır.

Ruhi Muradova

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2126 Tarix: 20.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol