İnsan ömrünü qısaldan 4 ən ziyanlı məhsul

İnsan ömrünü qısaldan 4 ən ziyanlı məhsul

Alimlər sübut edib ki, insanın sağlamlığı onun qəbul etdiyi qidadan birbaşa asılıdır. Düzgün və sağlam qidalanma insanın sağlamlığını qoruyur, həyatını uzadır.

BiG.AZ saglamolun.az-a istinadən bildirir ki, alimlər insan sağlamlığını korlayan və nəticədə ömrünü qəsaldan 4 məhsulun adını açıqlayıblar.

Bu məhsullar bunlardır:

- Qırmızı ət. Mütəxəssislər qırmızı ətin istehlakını həftədə 1 dəfəyə qədər azaltmağı tövsiyə edir. Bunun əvəzinə qidalanmada quş və balıq ətinin miqdarını artırmaq olar. Bu ət növləri daha faydalı sayılır.

- Şəkər

Əvvəllər belə hesab olunurdu ki, aterosklerozun əsas risk fakoru yağlı qidaların çoxlu miqdrda qəbuludur. Lakin son araşdırmalar göstərib ki, əslində aterosklerozun və damar problemlərinin əsas səbəbi piylər deyil, şəkərdir. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün ilk səbəbi sayılır.
Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində 25 qr-dan artıq şəkəri (təxminən 6 çay qaşığı) istehlak etməyi tövsiyə etmir. Lakin gizli şəkər də (kolbasa-sosis məmulatlarının, şirin qazlı içkilər və s. məhsulların tərkibində) nəzərdə tutulmalıdır.

- Emal olunmuş ət

Mütəxəssislər kolbasa-sosis məmulatlarını insan sağlamlığı üçün olduqca ziyanlı hesab edir və bu kimi məhsullarından tam imtina etməyi və ya yalnız nadir hallarda (bayramlarda, özəl günlərdə) istehlak etməyi tövsiyə edirlər.

- Duz

Ümumdünya Səhiyyə Təşkilatının yeni duz istehlakının norması belədir: gün ərzində 2 qr duz. Əvvəllər bu norma daha yüksək idi. Lakin müasir insanların az hərəkət etməyini və fiziki işlə az məşğul olduğunu nəzərə laraq ÜST mütəxəssisləri normanı azaldıblar.
Burada da gizli duz nəzərə alınmalıdır. Belə duz çörəkdə, ət məhsullarında, hətta şirniyyatlarda var. Bu səbəbdən mütəxəssilər yeməkləri duzsuz bişirməyi və ya onlara az miqdarda duz əlavə etməyi tövsiyə edirlər.
f Paylaş
Bölmə: Sağlam ol Oxunub: 6415 Tarix: 18.04.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Bushmeyster
Bushmeyster 19.04.2017
duzdu


 
Aida_ali
Aida_ali 19.04.2017
qendle cay icmirem. duz istifade etmirem .et arada bir urek isteyende en cox sevdiyim terevez yemekleri


 
cangudan007
cangudan007 19.04.2017
Yeyin için keyf edin)))
☆☆☆☆

 
Picasso
Picasso 18.04.2017
Omru insanin emelleri coxaldib azalda bilir mence bele seyler Allahin insana verdiyi omru saglam veya qeyri saglam yasamaga imkan verir sadece olaraq


 
Uzunsacliqiz
Uzunsacliqiz 18.04.2017
Qırmızı et-ac millet üçün ürek tesellisidir.Et yeyirem.
Şeker-qend istifade etmirem,şirniyyat ise çox yeyirem.
Emal olunmuş et-ele nadir hallarda istifade edirem.
Duz-çox duzlu yeye bilmirem.Hetta xiyara,pomidora duz elave etmirem.
Bunlar araşdırmadır razılaşıram ziyandır.Amma ömrü Allah verir.
Yeniden Big.Az-da

 
Padishah
Padishah 18.04.2017
Ay sizi Allah saxlasin ziyana qalsa gerek hechne yemeyek.Gedek meshede bananla dolanaq sonra desinlerki meshede mauqli tapilb.Tarixe mauqli kimi hekk olunaq :)))


 
tansu
tansu 18.04.2017
nolduyeee ele her sey ziyandı
Eyyub Yaqubov yagış

 
nezrin2000
nezrin2000 18.04.2017
bu gedisle heftede bir defe et yeyen sevinecek
Gul_rengi
Gul_rengi 18.04.2017
Duz en zererli qidadi mence ancaq vaz kecmekde olmur