Bakının "avtoş" ordusu – VİDEO

Bakının Bakıda bu ilin 11 ayında 302 avtoxuliqan saxlanılıb.Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, saxlanılan avtoxuliqanlardan 51-i bu pozuntuya təkrarən yol verdiyi üçün inzibati məsuliyyətə cəlb olunub.Onun sözlərinə görə, saxlanılan avtoxuliqanların əksəriyyəti 20-30 yaşlarında olan tələbə gənclərdir.İdarə sözçüsü deyib ki, həmin tələbələr barəsində ölçü götürülməsi üçün onların təhsil aldqları təhsil müəssisələrinin rəhbərləri qarşısında vəsatət qaldırılıb.Bu ilin 11 ayında Bakıda "avtoş"ların iştirakı ilə 39 yol nəqliyyat hadisəsi qeydə alınıb.Həmin qəzalarda 21 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.Əsədov bildirib ki, avtoxuliqanlar daha çox Bakının "5 mərtəbə dairəsi" adlanan ərazisində, Zərifə Əliyeva, Hüseyn Cavid parklarının qarşısında, Babək və Nobel prospektlərində və Binəqədi şosesində cəmləşirlər.Onun sözlərinə görə, avtoxuliqanlar həmin ərazilərdəki video görüntülər və ərazidə xidmət edən yol patrul xidməti əməkdaşları tərəfindən müəyyən edilir.
"Bəzən avtoxuliqanlar avtomobilin dövlət nömrə nişanını çıxarmaqla məsuliyyətdən yayınmaq istəyirlər. Lakin video görüntülər vasitəsilə onların kimliyi müəyyən edilir və onlar saxlanılırlar", – Əsədov deyib.Hazırda qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, on günədək inzibati həbs tətbiq olunur.Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.Bəzi ekspertlər avtoxuliqanlığın cinayət əməli hesab olunması barədə təkliflər verib.[/justify]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 21146   Tarix: 19 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390