Kişilər MÜTLƏQ oxusun: qadınların sevmədiyi tiplər

Kişilər MÜTLƏQ oxusun: qadınların sevmədiyi tiplərKişilər çox vaxt qadınların mürəkkəb varlıq olmasından, onları heç cür başa düşə bilmədiklərindən şikayətlənirlər.

Əslində isə qadınları başa düşmək o qədər də çətin deyil. Onlar çox vaxt sevmədikləri xasiyyəti mütləq dolayı yolla da olsa, kişilərə bildirirlər. Qadının nə istədiyini bilmək üçün sadəcə müxtəlif situasiyalarda onun reaksiyalarına, sözlərinə fikir vermək lazımdır.
Ancaq qadınların nə olursa olsun, sevmədikləri kişi tipləri də var.

BiG.AZ kishi.az-a istinadən həmin kişilər haqqında məlumatı oxucularına təqdim edir. Qadınların sevgisinin qazanmaq istəyirsinizsə, aşağıdakı xüsusiyyətlərdən uzaq olun.
1. İşinə nifrət edən kişilər
Demək olar ki, hər birimiz günün əksər hissəsini iş yerində keçiririk. Bəs bilirsiniz ki, nifrət etdiyiniz iş yerində keçirilən uzun saatlar qədər münasibətinizi korlayan ikinci bir amil yoxdur. Çünki çox vaxt nə qədər istəməsək də, işdə olanları evimizə, ailəmizə də daşıyırıq. İşdəki mənfi auranı evə daşıyan həyat yoldaşı isə heç bir qadının arzuladığı "ağ atlı şahzadə" deyil. Bu halda qadınınız onsuz da sizə kömək edə bilməyəcək. Əmin olun ki, öz qayğılarınızla onun əhval-ruhiyyəsini korlamağınız heç birinizi xoşbəxt etməyəcək.
2. Anası barədə çox danışan kişilər
Anasını sevən, onun fikirlərinə xüsusi diqqət yetirən, hər mövzunu anası ilə əlaqələndirən kişilər və anasını heç sevməyən, tez-tez ondan şikayət edən kişilər. Qadınlar bu tiplərin heç birini sevmirlər. Onlar sizin ananıza hörmət edirlər. Ən azından ona görə ki, sizi o böyüdüb. Ancaq əmin olun ki, hər dəqiqədən bir ananızı tərifləməyinizə, və ya əksinə, ondan şikayətlənməyinizə heç bir qadın uzun müddət dözməz.
3. Tez-tez tərif eşitmək istəyən kişilər
Sizin ona ağıllı, əyləncəli, yaraşıqlı olduğunu deməyiniz kifayət deyil. O, bunu başqa insanlardan da eşitmək, hiss etmək istəyir. Nəinki istəyir, hətta bunun üçün dəridən qabıqdan çıxır. Bu artıq kişinin tərgidə bilmədiyi xasiyyəti halına çevriləndə isə qarşı tərəf tez, ya gec buna sərt reaksiya verir.
4. Qadınınızın tanımadığı kişi dostlarınız
Davamlı olaraq e-maillə, telefonla kiminləsə danışan, mesajlaşan, tez-tez dostları ilə görüşən, amma bu görüşlərin heç birinə xanımını dəvət etməyən kişilər. Qadınlar kişilər üçün xüsusilə təhlükləlidir. Çünki bu zaman qadınınız düşünür ki, sizin üçün dostlarınızla vaxt keçirmək onunla vaxt keçirməkdən daha maraqlıdır və xanımınız maraqsız olduğu üçün siz onu dostlarınızla tanış etməkdən utanırsınız. Bu kimi davranışlarınız davamlı hal aldığı zaman qadınınız düşünür ki, siz mütləq onu aldadırsınız.
5. Qadınının xilaskarı olmağa çalışan kişilər
Söhbət özünü "qəhrəman" kimi göstərməyə çalışan kişilərdən gedir. Bu kişilər tez-tez qadınına ağıl verir, onu düşdüyü vəziyyətdən qurtarmağa, öz problemlərini bir kənara qoyub, qadınının problemini həll etməyə çalışırlar. Belə tip kişilər sadəcə onlara ehtiyac olduğunu hiss etmək istəyirlər. Bu cür sıxıcı və yorucu birini kim sevər!?
6. Qadınını hər şeyə, hamıya qısqanan kişilər
Bu qrupa hətta ən dözülməz kişi tipləri də deyə bilərik. Əmin olun ki, heç də bütün qadınlar qısqanc kişiləri sevmirlər. "Mən sevdiyimə görə qısqanıram", "Sənə güvənirəm, amma ətrafdakılara yox" kimi sözlərlə hələ də qadınınızı inandıracağınızı gözləyirsinizsə, yanılırsınız. Heç bir qadın onun davranışını, geyimini formalaşdırmağa çalışan, onu öz istəklərinə görə istiqamətləndirən bir kişi ilə uzun müddət birlikdə olmaq istəməz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2740   Tarix: 02 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704