VİDEO: "Qalsaydı Zakirin mayda 21 yaşı olacaqdı ..." - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ

VİDEO: "Qalsaydı Zakirin mayda 21 yaşı olacaqdı ..." - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ"Zakiri mən böyütmüşəm, heyf ondan" - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ

Bir neçə gün əvvəl cəbhədə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Nazim oğlu Cəfərov torpağa tapşırılıb.

APA TV-nin xəbərinə görə, onunla vida mərasimi doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində keçirilib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, yüzlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.

Şəhidin nəşi məsciddən qəbiristanlığadək avtomobillə deyil, çiyinlərdə aparılıb.

Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin qardaşı Camal Cəfərov zakirlə qürur duyduqlarını bildirib: "Həmişə telefonla danışmışıq. Bizə deyirdi özünüzü qoruyun. Biz ondan nigaran idik, o bizdən. Çox sevirdi vətənini".

Şəhidin dayısı Zakiri özünün böyütdüyünü söyləyib: "Zakiri mən böyütmüşəm. Nə deyim... Söz tapmıram. Heyf ondan".

Zakir Cəfərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecinin məzunu idi. Dəfn mərasiminə Zakirin müəllimləri və tələbə yoldaşları da qatılmışdı. Müəllimi onunla bağlı xatirələrini bölüşüb: "Zakir çox dəcəl, dəcəl olduğu qədər də Vətən, millət sevər gənc idi. Əslən ağdamlı olsa da, Qarabağı heç görməmişdi. Amma həmişə deyərdi ki, mən Ağdamda hərbi xidmət edəcəyəm. Könüllü olaraq oranı seçdi. Gəldi kollecə, hamıdan halallıq aldı və getdi. Elə bil ürəyinə dammışdı..."

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 33651   Tarix: 28 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sevdanın Barcelonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barcelonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 72
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 480
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 720
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 494
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 1003
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 928
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 573
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 242
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 354