"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısı

"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısı"Eurovision 2010" təmsilçimiz Safura Əlizadənin bacısı modelyer-dizayner və rəssam Fidan Əlizadə BiG.AZ-a müsahibə verib.

Xoş gördük sizi, artıq neçə vaxtdır burdasınız?

-Artıq 1 aydır Bakıdayam. Yavaş-yavaş burda işlərimi görməyə başlayıram. Yaxşı istirahət etmişəm. Düzdür bir az çətindir. Vətənimiz üçün çox darıxmışdım.

Çoxları düşünürdü ki, Fidan model kimi fəaliyyət göstərəcək. Amma belə olmadı.

-Tək model olmaq azdır. Amma dizaynerlik mənim peşəm və işimdir. Model kimi çəkilişlərdə olsam da , özümü model hesab etmirəm. Onu da qeyd edim ki, çoxu mənə bloqer deyir. Şəkil, video çəkmək bloqer olmaq deyil. Gələcəkdə Fidan Əlizadə adlı bir brend yaradacam. 3-cü kurs tələbəsiyəm.

"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısıTez-tez sizi türk müğənniləri və aktyorları ilə birlikdə şəkillərini görürük

-Mən onlarla dost kimi görüşmüşəm. Bizim ortaq tanışlarımız var. Gülşəni isə təsadüfi gördüm, çox gözəl insandır.

"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısıTürkiyədən serial və film təklifi gəlib?

-Yox belə bir təklif gəlməyib. Amma təklif gəlsə düşünərəm. İndi vaxtımın çox hissəsini "Möhtəşəm Yüz Yıl"a baxmaqla keçirirəm. Mən əvvəl vaxt edim baxa bilməmişdim. İndi ilk sezondan oturub baxıram.

Azərbaycanda moda sahəsi bir o qədər də inkişaf etməyib. Siz necə düşünürsünüz?

-İnkişaf etməyə doğru gedir. 2 ilə düzələcək.

"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısıBəs müasir gəncliyin geyimini bəyənirsiniz?

-İki il bundan öncə vəziyyət heç də ürəkaçan deyildi. Amma hazırda çox bəyənirəm. Hətta bəzən gözümü çəkə bilmirəm.

Çatışmayan hansı cəhətlər var?

-Çalışsınlar daha sərbəst olsunlar.

Amma çox sərbəst olduqda bəzən həddi aşırlar...

-O formada demirəm. Sadəcə olaraq bizdə çərçivə var və onu çoxları aşa bilmir. Sizin üçün misal gətirim. Əynimdə olan kostyumu alan zaman bir çox dostlarım dedi ki, bunu necə geyinəcəksən? Onlara cavabım belə oldu ki, mən çərçivəni aşıram. Bu mənim xoşuma gəlir. Fərqlənmək istəyirəm. Bir də onu vurğulumaq istəyirəm ki, dar geyim artıq dəbdə deyil. Geniş geyimlərə üstünlük versinlər.

Bizim gəncliyin kompleks və mentalitet deyilən bir qorxusu var. Bir şeyi etməmişdən öncə ətrafdakılar nə deyər düşüncəsinə qapılırlar. Sizcə, bunu dəf etmək mümkündür?

-Qeyd etdiklərini dəyişmək bir az çətin olacaq. Bunu yavaş-yavaş etmək lazımdır. Amma ifrat dərəcədə çılpaq geyimi mən də dəstəkləmirəm.

Yerli şou-biznes necə, sizi qane edir?

-Bizim məşhurları çox az izləyirəm. Ona görə də zövqlü və ya zövqsüz geyindiklərini deyə bilməyəcəm. Mən daha çox xarici ulduzları izləyirəm. Gigi və Bella Hadid bacılarını bəyənirəm.

"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısıBizim məşhurlar çox vaxt özlərini xarici ulduzlara bənzədirlər. Sizdə də belə bir istək olub.

-Heç vaxt olmayıb. Dostlarım məni kiməsə bənzədəndə deyirəm ki, mən Fidanam. Ona görə yox ki, mən özümü onlardan üstün tuturam. İnsan özünə Rihanna, Beyons və başqaları deyirsə, deməli o, özünü sevmir. Həmin ulduzları sevir. Ona görə də hər insan bədən quruluşundan asılı olmayaraq özünü sevməlidir.

Bayaq Bella və Gigi Hadid bacılarının adını çəkdiniz. Gələcəkdə Safura xanımla müştərək işinizin olma ehtimalı var?

-Yox belə bir ideya hələ ki, fikrimizdə yoxdur.

Xanımlar günün əksər hissəsini güzgü qarşısında keçirir. Sizdə də vəziyyət eynidir?

-Deməzdim ki, günümün çoxunu güzgü önündə keçirirəm. Gün ərzində xeyli selfi çəkdiyim üçün buna ehtiyac qalmır.

Sərvər Mehtiyev

"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısı"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısı"Çərçivəni aşıram və bu mənim xoşuma gəlir" - Safuranın bacısı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 7465   Tarix: 28 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452