Sevdiyi qızı qaçırana 10 il cəza verildi, amma...

Sevdiyi qızı qaçırana 10 il cəza verildi, amma...Sevdiyi qızı qaçırmaqda təqsirli bilinən Siyəzən rayon sakini, 1994-cü il təvəllüdlü Əkbər Əlirzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ xəbər verir ki, Əkbər Əlirzayev 11 mart 2014-cü il tarixdə 1998-ci il təvəllüdlü Vəfa Məmmədovanı (ad və soyad şərti verilib - red.) evlənmək məqsədilə qaçırıb.

Sevdiyi qızı qaçırmaq planı
Bu məqsədlə o, saat 14.30 radələrində Vəfa Məmmədovanın hazırlıq məşğələsinə getdiyi Siyəzən şəhəri, H.Əliyev küçəsi, 29 saylı binanın 3-cü blokunun birinci mərtəbəsində gözləyib.
Vəfa Məmmədova ingilis dili müəlliməsi Ofelya Mürsəlovanın yaşadığı 56-cı mənzilə keçmək istəyərkən Əkbər Əlirzayev onun qolundan tutaraq buraxmayıb və taksi sürücüsü olan tanışı Nurlan Ağayevi olduğu ünvana çağırıb. Əkbər Əlirzayev Vəfa Məmmədovaya evlənmək üçün qaçırmaq istədiyini bildirib. Sonra o, qızı taksiyə əyləşdirib.

Əkbər Əlirzayev Nurlandan avtomobili Siyəzən şəhəri Xətai küçəsinə - "dəmir yolu" bazarının yanına sürməsini xahiş edib. Nurlan Ağayev də onları Əkbər Əlirzayevin dediyi yerə aparıb. Orada Əkbər Əlirzayev həmin yerə çağırmış olduğu başqa bir taksi sürücüsü – Tərlan Məmmədovun idarə etdiyi "VAZ 2105" markalı avtomobilə minməyi Vəfa Məmmədovadan tələb edib.
Əkbər Əlirzayev Vəfanı Tərlan Məmmədovun avtomobili ilə Bakı şəhərinə aparıb. Ertəsi gün, yəni martın 12-də Vəfa Məmmədovanın saxlanıldığı yer polis əməkdaşları tərəfindən müəyyən edilib.
Əkbər Əlirzayev və Vəfa Məmmədova polis əməkdaşları tərəfindən Siyəzən rayon polis şöbəsinə gətirilib. Elə həmin gün Vəfa Məmmədova valideynlərinə təhvil verilib, Əkbər Əlirzayev isə həbs edilib.
10 il cəza
İstintaq orqanı tərəfindən Əkbər Əlirzayevin barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Əkbər Əlirzayevin cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əkbər Əlirzayevin Vəfa Məmmədovanı qəsdən qaçırması sübuta yetirilib. Məhkəmə ona 10 il cəza kəsib.
Hökmdən narazı qalan Əkbər Əlirzayev apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, Vəfa Məmmədovanı zorla qaçırmayıb. Onun şikayətinə görə, Vəfa Məmmədovanın razılığını alandan sonra evlənmək məqsədilə qaçırıb.
Əkbər Əlirzayev qeyd edib ki, Vəfa Məmmədova da onu sevib. Amma valideynlərinin təzyiqi ilə onun barəsində ittihamedici ifadə verib. Bu səbəbdən Əkbər Əlirzayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sevdiyi qızı qaçırana bəraət

Əkbər Əlirzayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq sonda qərar elan edib. Məhkəmə Əkbər Əlirzayevin günahsız olmasını sübuta yetirildiyi qənaətinə gəlib. Buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.
Məhkəmə Əkbər Əlirzayevin barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bu qərardan narazı qalan prokurorluq kasasiya protesti verib. Prokurorluq protestində Əkbər Əlirzayevin həbs edilməsini tələb edib.
Prokurorluğun protesti araşdırılması üçün Ali məhkəməyə göndərilib. Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada prokurorluğun protesti təmin edilməyib. (Teleqraf.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3471   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589