Ərini öldürüb bəraət alan qadın: "Uşağım həbsdə olduğumu..." - FOTO

Ərini öldürüb bəraət alan qadın: "Uşağım həbsdə olduğumu..." - FOTOÖtən ilin iyulunda Bakının Ramana qəsəbəsində münaqişə zəminində 32 yaşlı həyat yoldaşı Vüqar Kərimovu qətlə yetirməkdə ittiham edilən Nuridə Kərimovanın cinayət işi üzrə proses başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə N.Kərimovaya bəraət verilib və o, azadlığa buraxılıb.

BiG.AZ xəbər verir ki, azadlığa buraxılan Nuridə Kərimova ölkə.az-ın suallarını cavablandırıb.

- Nuridə xanım, özünüzü necə hiss edirsiniz?

- Bir az həyəcanlıyam.

- Övladınızı görmüsünüzmü?

- Bəli, görmüşəm.

- Hazırda uşaq kimdədir?

- Məndədir.

- Övladınız həbsdə olduğunuzu bilirdi?

- Xeyr, bilmirdi. Yanıma gətirəndə də xəstəxana adıyla gətirirdilər. O müddətdə övladımı bir-iki dəfə görmüşdüm.

- Keçmiş qaynatanızla münasibət necədir?

- Çox yaxşıdır. Allah onlardan razı olsun. Necə lazımdır, köməklik göstərdilər. Məhkəmədə də böyüklük edib dedi ki, Nuridənin heç bir günahı yoxdur. Allah ondan razı olsun. Hakim Əfqan Hacıyevdən də çox razıyıq, ədalətli qərar çıxardı. Həqiqətən də bu məsələdə mən təqsirkar deyildim, özümü müdafiə etmişdim. Bunu hakim də bildi, məhkəmədə iştirak edənlər də. Ona görə də vicdanlı qərar qəbul edildi.

- Doğrudanmı həyat yoldaşınızı öldürmək məqsədiniz yox idi? Ümumiyyətlə, hadisə necə baş vermişdi?

- Mənim onu öldürmək məqsədim yox idi. Özümü müdafiə edəndə, belə alındı.

- Müsahibədən öncə bildirdiniz ki, hazırda rayona gedirsiniz. Bundan sonra rayonda yaşayacaqsınız?

- Xeyr, müəyyən vaxtdan sonra valideynlərimin yanına qayıdacağam.

- Övladınızın ata babasıyla görüşməyinə icazə verəcəksiniz?

- O həm də onların övladıdır, görüşməyində heç bir problem yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2185   Tarix: 21 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Braziliyanı hava limanını su basdı - VİDEO

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar nəticəsində daşqın olub. BİG.AZ xəbər verir ki, daşqın zamanı Salqado Filho Beynəlxalq Hava Limanını su basıb və uçuşlar qeyri-müəyyən müddətə təxirə salınıb. Hadisə yerindən olan videonu təqdim edirik:

10.05.2024 131
.

"Artıq Azərbaycan ağıllı ev sistemləri istehsal edir" - Elmin Sadıqov - VİDEOMÜSAHİBƏ

Şirkətimiz smart sistem olaraq Azərbaycanda yeganə istehsalçı şirkət olan El Smartın qurğuları ilə təchiz edilib. Bizim məqsədimiz insanların təhlükəsizliyini təmin etməkdir. Bu sözləri "Smart system" şirkətinin rəhbəri və təsisçisi Elmin Sadıqov -a müsahibəsində deyib. "Evə təsir edə

10.05.2024 263
.

Tuneldə qəza belə görüntüləndi - VİDEO

Türkiyənin Bomonti-Dolmabahçe tunelində motosiklet sürücüsü idarəetməni itirərək qəza edir. BİG.az xəbər verir ki, qəzanin görüntüləri digər avtomobilin kamerası tərəfindən qeydə alınıb. Həmin videonu təqdim edirik:

10.05.2024 189
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 107 nəfərə çatıb, itkin düşənlərin sayının isə 128-ə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyinin açıqlama yayıb. Yağışların səbəb olduğu daşqınlarda həyat və mülk itkisi artmaqdadır. Daşqınların ölk

10.05.2024 113
.

Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. "Qafqazinfo" həmin görüşün videosunu təqdim edir:

10.05.2024 138
.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10.05.2024 277
.

Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir. Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə ala

10.05.2024 156
.

Sabah 24° isti olacaq - PROQNOZ

Mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanı

10.05.2024 232
.

Tunar oğlunun toyunda xanımı Ülviyyə ilə - VİDEO

Müğənni Tunar Rəhman oğlunun kiçik toyunda xanımı Ülviyyə ilə OLAY-ın kameralarına tuş gəlib. Cütlük Murad Arifin "Oğlum" mahnısının sədaları altında rəqs edərkən görüntülənib. Daha sonra Tunar anası ilə, Ülviyyə isə ifaçının atası Rəhman bəylə rəqs edib

10.05.2024 848