Bakıda xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb etdilər - FOTOLAR

Bakıda xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb etdilər - FOTOLARSonsuzluq problemindən əziyyət çəkən Budaqova Səltənət İbrahim qızı həyat yoldaşı Qasımov Cabir Sabir oğlu ilə birlikdə 26.01.2017-cı il tarixində Sumqayıt şəhərində fəaliyyət göstərən "Şəfqət" klinikasına müraciət edib.

BiG.AZ xəbər verir ki, xəstəxanada müalicə zamanı istifadə müddəti keçmiş dərmanlar infeksiya yolu ilə qadının qanına vurulub.

S.Budaqova bu iddia ilə "Bizim Yol"a etdiyi müraciətində çıxış edib.

"Mən klinikanın baş həkimi Fikrət Baxşəliyevə müraciət etmişdim. O da məni UZİ-yə göndərdi. Daha sonra biz müalicə üçün 7 gün xəstəxanaya gəlməli idik. Həmin gündən müalicəyə başladıq. İkinci dəfə gedəndə iynələrin adını bilmək üçün boş qablarını özümlə götürdüm. Qarnıma, damarlarıma 4 ədəd vaxtı keçmiş iynə vurulub. Birindən başqa 3 ədədinin ampulası məndə var. Evdə baxanda gördüm ki , birinin 2015-ci il iyul ayında, digərinin isə 2016-cı ilin aprel ayında istifadə müddəti bitib.

Artıq növbəti dəfə xəstəxanaya gedəndə tibb bacısından şpristə çəkilən iynənin boş şüşəsini ona götərib dedim ki, bunun istifadə müddəti bitib. Qız mənə dedi ki, bu onluq bir iş deyil, baş tibb bacısına müraciət edim. Mən özümlə gətirdiyim ampulaları ona göstərib dedim ki, bu 3 gün öncə də təkrar olunub",-deyə S.Budaqova bildirib.

Onun sözlərinə görə, xəstəxanda olan insanlar hadisədən xəbər tutmasın deyə, digər xəstələri otaqdan çıxarıblar: "Otaq dolu xəstə idi. Onları otaqdan çıxarıb, qapını bağlayıb həyat yoldaşımla məni içəridə saxladılar. Dedilər ki sizi təmənnasız müalicə edəcəyik, pulunuz geri qaytarılacaq, amma səs salmayın".

İynələrin qanına vurulduğuna görə narahat olan qadın deyir ki, daha sonra klinikanın baş həkimi Fikrət Baxşəliyevlə görüşüb. Məlum olub ki, bu hadisə xəstəxanada bir neçə dəfə baş verib: "Fikrət Baxşəliyev əvvəl söhbətdən yayındı, sonra dedi ki, bu hal bizim xəstəxanada ilk dəfə deyil, bir neçə dəfə olub. Qızların səhlənkarlığıdır, onları cəzalandırmışıq. Uşağınız olana qədər sizi pulsuz müalicə edəcəyik. Ancaq söhbət burada qalsın. Hər şeyi verən Allahdır. Mənə təmənnasız müalicə lazım deyil. Mən vicdanımı pula satmaram".

S.Budaqova "Şəfqət" klinikasının baş həkimini və onu müalicə edən tibb bacılarınının məsuliyyətlə cəlb olunmasını istəyir: "Məsələ ictimailəşərsə, qurbanların sayı çoxalmaz. Bu hadisə ilə bağlı mənim telefonumda baş həkim Fikrət Baxşəliyevin və onun tibb bacılarının səs yazıları var. Bu hadisəni tam araşdırmaq üçün məndə olan səs yazılarını fakt və sübut üçün istifadə etmək olar".
S.Budaqova bildirir ki, ona 260 manat dəyərində maddi zərər dəyib: "Baş həkim bizə dəymiş maddi zərəri ödədi. Amma bizim sağlamlığımıza təhlükə var. Mən ondan şikayətçiyəm. Müvafiq qurumlara müraciət edəcəm".

Vətəndaşın şikayəti əsasında "Şəfqət" klinikasına baş həkimi Fikrət Baxşəliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, S.Budaqovanın şikayəti həqiqətə uyğun deyil.

Qeyd edək ki, "Şəfqət" özəl tibb klinikasında ilk dəfə baş verən xoşagəlməz hal deyil. Ötən il də xəstəxanada Ağdam rayon sakini Sevinc Mirzəyeva adlı bir qadına səhv diaqnoz qoyaraq uşaqlıq orqanını çıxarıblar.

Bakıda xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb etdilər - FOTOLARBakıda xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb etdilər - FOTOLARBakıda xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb etdilər - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2163   Tarix: 18 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 130
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 276
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294