Azərbaycanın ən məşhur biznes ledisinin 20 yanvar ETÜDÜ- FOTOSESSİYA

Azərbaycanın ən məşhur biznes ledisinin 20 yanvar ETÜDÜ- FOTOSESSİYABiG.AZ TƏQDİM EDİR :

İndi mən dünyanın ən çox gül bağışlanan qadınıyam...

Mən də anam kimi ailə qurub yaxşı övladlar böyüdürdüm. Uşaqlar xəstələnəndə səhərə qədər yatmır, ərimə bir şey olanda qorxurdum. Mən də hamı kimi dar gündə kədərlənir, xoş gündə sevinirdim. Bayramlarda süfrə açırdım,qonaq-qaram olurdu. Ailəsinə bağlı adi arzuları olan bir qadın həyatı yaşayırdım. Belə də davam etməyi düşünürdüm.

Sonra arzularım dəyişdi. Hamısı birləşib böyükləşdi… Vətənimi müstəqil görmək istədim. Hər gün bir az daha çox sarıldı mənə bu arzu.Hər gün daha həsrətlə dikildi gözlərim Azadlıq meydanlarına.

Bir gecə Azadlıq cəlladları ölümü şəhərimizə göndərdilər. İşlərimi yarımçıq qoyub qardaşlarımıza arxa olmağa qaçdım. Anam deyirdi ki, kişilər nə qədər güclü olsalar da onlar həm də uşaq kimidilər. Çətin anlarda yanlarında olmaq,onları qorumaq lazımdı.Anam həm də deyirdi ki,kişilər arxalarından qadın hənirtisi eşidəndə ölümün qarşısını daha inadla kəsirlər.

Tələsik küçəyə çıxdım. Hər yan insan idi. Şəhərini, ölkəsini qorumaq və nəhayət ki, Azadlığını qazanmaq üçün ölümün qarşısına çıxan insanlar. Onlara qoşuldum. Biz o qədər çox idik ki, ölümün qaçmağa yeri qalmırdı. Nə qədər öldürürdü qurtarmırdıq. Nə qədər qan axıdırdı, torpaq həsrətlə o qanı ciyərlərinə çəkib azadlığımıza güc verirdi. Hər tində, hər küçədə uşaq, qoca, cavan, sinəmizi ölümün qarşısına verir, onu küçədən küçəyə, tindən-tinə daşıyıb, artıq doğulmaqda olan Azadlığımızı qorxudub kölə etməsinə imkan vermirdik.

Ölümün ölən gecəsi idi 1990-cı ilin 19 günlük o yanvar gecəsi. O gecə biz hər addımda ölümü bağrımıza sıxıb qanımızda

boğduq, qalanlarımız xoşbəxt, Vətənimiz Azad yaşasın deyə. O gecə biz ölümü özümüzlə birlikdə torpağa gömüb,ətrafında Azad,Müstəqil Azərbaycan ucalacaq böyük bir xiyaban yaratdıq...

Səhər göydən qərənfillər yağdı.Çoxlu qırmızı qərənfil.Örtdülər ölümün əməllərinin üstünü,yudular küçələrin qanını öz ləçəkləri ilə.Sonra divarlardan qara mərmər pəncərələr açıldı.Həmin pəncərələrdən o gecə Azadlıq cəlladını öz qanlarında boğan insanlar boylanmağa başladı. Göz qırpmadan Azərbaycanın Müstəqilliyinin əbədi məşəlinə keşik çəkən uşaqlı-böyüklü, kişili-qadınlı insan baxışları. Mən də onların arasındayam.O vaxtdan mən də ətrafımdakılar kimi bütün qalan işlərimi kənara qoyub öz pəncərəmdən hamımızın Azadlığını seyr edirəm...

Azərbaycanın ən məşhur biznes ledisinin 20 yanvar ETÜDÜ- FOTOSESSİYAAzərbaycanın ən məşhur biznes ledisinin 20 yanvar ETÜDÜ- FOTOSESSİYAAzərbaycanın ən məşhur biznes ledisinin 20 yanvar ETÜDÜ- FOTOSESSİYAAzərbaycanın ən məşhur biznes ledisinin 20 yanvar ETÜDÜ- FOTOSESSİYAAzərbaycanın ən məşhur biznes ledisinin 20 yanvar ETÜDÜ- FOTOSESSİYAAzərbaycanın ən məşhur biznes ledisinin 20 yanvar ETÜDÜ- FOTOSESSİYASaç-makiyaj: Elnur Həsənov

Geyim: "A Glamour"- Afaq İsmayılzadə

Foto: Orxan Aslanov

Layihə rəhbəri: Türkan Məmmədli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5097   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 447
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 945
.

Mətanət Əsədova ana olacağını açıqladı - VİDEO

Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb. Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib. "Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz"

22.04.2024 3380
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 235
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2771
.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 1867
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 650
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2184
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 777