Azərbaycanda bu universitetlər də BAĞLANACAQ - ADLAR

Azərbaycanda bu universitetlər də BAĞLANACAQ - ADLARSon günlər Azərbaycan mətbuatı ard-arda universitetlərin bağlanması xəbərləri ilə silkələnir.

BiG.AZ xəbər verir ki, əvvəlcə Azərbaycan Təfəkkür Universitetinin, bu gün isə Qafqaz Universitetinin bağlanması tələbələr, abituriyentlər və valideynlərdə müəyyən qorxuya səbəb olub. Artıq hər kəsi düşündürən bir neçə sual var ki, bunların başında da "Görəsən, növbə hansı universitetindir?" sualıdır. Bu qapadılmalar heç şübhəsiz ki, ilk əvvəl bağlanan universitetlərin tələbələrində, daha sonra isə abituriyentlərdə soyuq duş effekti yaratdı. Şübhəsiz ki, bəzi valideynlərin "Övladım Təfəkkür, yaxud Qafqaz Universitetində oxuyacaq" kimi xəyalları da puç oldu. Yuxarıda qeyd etdiyimiz kimi, bu dəqiqə hər kəsi düşündürən, səksəkədə saxlayan isə növbədə hansı universitetlərin bağlanacağı ilə bağlıdır.

Təhsil üzrə ekspert Kamran Əsədov universitetin bağlanma səbəblərinə toxunaraq bildirdi ki, Azərbaycan cəmiyyəti gözəl universitet anlayışını 1990-cı illərdən sonra qazanıb. 90-cı illərdə, Azərbaycan təzə müstəqillik qazananda isə əlində müəyyən imkanı, müəyyən elmi dərəcəsi olan bəzi şəxslər bina götürüb, universitet açırdı:

"Təzə yarandığı və kadrlara ehtiyac olduğu üçün ölkə müəyyən qədər həmin şəxslərlə razılaşırdı. Lakin Prezident son illərdə ölkədə rəqabətə davamlı universitetlərin fəaliyyət göstərməsi ilə bağlı mühüm addımlar atdı. Azərbaycan Diplomatik Akademiyasının, Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin filialının yaradılması ilə bağlı qərarlar buna əyani misaldır. Həmin dövrdə yaranan ali təhsil müəssisələri ilə son vaxtlar yaranan universitetlər arasında ciddi fərqlər var. Həmin dövrdə yaranan universitetlərin böyük əksəriyyəti hətta maddi texniki imkanları olmamasına baxmayaraq kadrlar hazırlayırdı. Daha sonra həmin müəssisələr ləğv edildi".
Kamran Əsədov hesab edir ki, son bir həftədə bağlanan iki universitet Azərbaycan təhsil məkanında sonuncu da olmayacaq: "İsanların son illər özəl universitetlərə olan inamı onsuz da itib. Bu inamın itməsinə əsas zərbə Beynəlxalq Universitetin bağlanması oldu. Həmin ali təhsil müəsisəsinə hər kəs qəbul olunurdu. İnsanlar Dağıstandakı universitetə qəbul olur, 1 il sonra köçürmə yolu ilə ölkəyə qayıdırdılar. Məhz Təfəkkür Universitetinin bağlanmasının arxasında da, bu dururdu. Bu kimi universitetlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanları ilə öz plan yerlərini doldurmurdular. Onlar Dağıstandan, Ukraynadan, Rusiyadan köçürülmələrlə bu plan yerlərini həyata keçirirdilər. Təhsil Nazirliyi 2016-cı ildən etibarən tələbələrin ali təhsil müəsisələrinə köçürülməsini elektron qaydada həyata keçirməyə başladı və ilkin tələb də ondan ibarət idi ki, yalnız qəbul imtahanında yetərli bal toplayanlar köçürmə prosesində iştirak edə bilərlər. Deməli, həm tələbə qəbulunda yetərli bal qəbulu apara bilməyənlər gəlirdən məhrum edilmiş oldu, həm də köçürmələrdən bu həyata keçirilə bilmədi. Bu isə onların maddi gəlirlərinin aşağı düşməsi ilə nəticələndi. Təəssüflər olsun ki, bu gün Azərbaycan universitetlərinin hamısının gəliri yalnız tələbələrin təhsil haqlarının hesabına formalaşır. Onlar hər hansı qrant layihələri, ixtiralar, kəşflər hayata keçirə bilmirlər. Ona görə də, Təfəkkürün bağlanması qaçılmaz idi. Bu proses davam edəcək".

K.Əsədov bildirib ki, "Qafqaz" universitetinin bağlanacağını 6-7 ay əvvəldən məlum idi:
"Əlbəttə, Qafqaz Universiteti digər özəl ali təhsil müəsisələri kimi deyildi. Onun həm maddi texniki bazası, həm də tələbə kontingenti var idi. Bundan başqa yüksək reytinqə də malik idi. Sadəcə, Türkiyədə 15 iyunda baş verən dövlət çevrilişinə cəhd bu universitetin də taleyini həll etmiş oldu. Türkiyə Eyitim Bakanlığının həmin təhsil müəsisəsinin diplomlarının tanınmaması ilə bağlı açıqlaması faktiki olaraq bu universitetin bağlanacağına işarə idi. Ancaq mənim fikrimcə, bu universitetin binası Beynəlxalq Universitetin binası kimi fəaliyyətsiz qalmayacaq. Çünki Bakı şəhərinin baş planına əsasən ali təhsil müəsisələri şəhərdən kənara köçürüləcək. Ola bilər ki, yeni yaranacaq olan Mühəndis Universiteti bu buraya köçürüləcək. Hesab edirəm ki, növbəti rəqabətə davam gətirə bilməyərək, bağlanacaq universitet Kooperasiya Universiteti olacaq. Bundan başqa Bakı Slavyan Universiteti ləğv ediləcək və dillər universiteti ilə birləşdiriləcək, Turizm və Menecment Universiteti ləğv edilərək İqtisad Universitetinə birləşdiriləcək, yaxın günlərdə Azərbaycan Texniki Universiteti ləğv edilib, Memarlıq və İnşaat Universitetinə birləşdiriləcək, özəl universitetlərdən Odlar Yurdu Universitetinin də bağlanacağını düşünürəm"./publika/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9508   Tarix: 19 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678