Sabiq məmur oteldə qızlarla tutuldu - MTN işi

Sabiq məmur oteldə qızlarla tutuldu - MTN işiSabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BiG.AZ xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə başlayan prosesdə zərərçəkmiş şəxs qismində tanınmış Kərimov Neman Süleyman oğlu ifadə verib. O, Nərimanov Rayon Polis İdarəsinin cinayət axtarış bölməsində kiçik inspektor vəzifəsində işləyib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a deyib ki, zərərçəkmiş N.Kərimov məhkəmədə sərbəst şəkildə geniş ifadə verib. N.Kərimovun məhkəmədə dedikləri ilə istintaqa dedikləri arasında ziddiyyətlərin olduğunu deyən vəkil fasilədən sonra zərərçəkmişə suallar veriləcəyini deyib: "Ziddiyyətlərdən biri budur ki, N.Kərimov istintaqda Akif Çovdarovun adını çəkməyib. Amma məhkəmədə fərqli şəkildə danışıb və MTN-ə çağırılmasından A.Çovdarovun xəbərinin olduğunu, generalla görüşdüyünü deyib. Fasilədən sonra zərərçəkmişin istintaqa ifadəsinin elan olunmasını tələb edəcəyik. Bundan sonra ziddiyyətlərlə bağlı suallar veriləcək".

Sabiq polis əməkdaşı MTN-dən nə zərər çəkib?

N.Kərimov istintaqda zərərçəkmiş kimi ifadə verərkən deyib ki, 2009-cu ildə dayısı oğlu Elvin Mövsümov və 2 qız tanışı ilə birlikdə "Elit" otelinə istirahətə gediblər. O bildirib ki, tanımadığı şəxslər otelə gələrək özlərini MTN əməkdaşı kimi təqdim edib və dayısı oğlu ilə birlikdə onları nazirliyə aparıblar. Onu MTN-ə aparan şəxsin Vüqar Muxtarov olduğunu deyən zərərçəkmiş nazirlikdə polkovnik Səlim Məmmədov və Elçin Çıraqovun da oraya gəldiklərini söyləyib.

Zərərçəkmiş Elçin Çıraqovu Nərimanov Rayon Polis İdarəsində işləyərkən tanıdığını deyib: "MTN-nin Nərimanov rayon idarəsi və polis eyni binada yerləşirdi. Elçin Çıraqovla tez-tez qarşılaşırdım. Səlim Məmmədovu isə 2006-cı ildə Elçinin oğlunun ad günündə iştirak edərkən tanıdım. Səlim MTN-də mənə "Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz" dedi. Səlimdən bu sözün mənasını soruşdum, lakin o, gülərək "mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim" dedi".

MTN-ə çağırılma səbəbi haqda danışan Neman Kərimov bunları deyib: "Səlim Məmmədov dedi ki, Sevinc Məmmədova şikayət ərizəsi yazıb, ona 30 min manat borcum olduğunu deyib. Sevinc Məmmədova ABU-da təhsil alıb. Onu sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanımışam. Elşad Abdullayevlə də tanışlığım olub. Həqiqətən də Sevincdən borc olaraq 30 min manat almışdım. Nə səbəbə aldığımı isə hazırda xatırlamıram. Sabiq prokuror Mirələkbər Seyidov o vaxt məni otağına çağırdı. Sevinc məndən şifahi şikayət etmişdi. Mirələkbər Seyidov mənim yanımda Sevincə 10 min verdi ki, məndən şikayət etməsin. Sevincə cəmi 20 min manat borcum qaldı. MTN-də bu haqda soruşanda Səlim Məmmədov belindən "Makarov" tipli tapançanı çıxarıb mənə verdi ki, saxla. Lakin əlimi silaha vurmadım. Daha sonra Səlim Məmmədov sidiyimi test etdirdi. Səlim və Elçin ona 250 min verməsəm, silah və narkotiklə məni "yükləyib", həbs edəcəklərini dedilər. Sonra Sevinc gəldi. Ondan borc aldığımı təsdiqlədim. Qiyməti 80 minə saldılar. 30 mini Sevincə 50 mini onlara verməyimi istədilər".

Zərərçəkmiş N.Kərimov ifadəsində qeyd edib ki, dayısı Zakir Mövsümovdan 80 min alaraq onlara verib və nazirlikdən çıxıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3870   Tarix: 18 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179