DİQQƏT: Qazın qiyməti yenidən ARTIRILACAQ! – SOCAR-dan AÇIQLAMA

DİQQƏT: Qazın qiyməti yenidən ARTIRILACAQ! – SOCAR-dan AÇIQLAMA"SOCAR istər ölkə daxilində, istərsə də ölkə xaricində öz fəaliyyətini çox uğurla həyata keçirir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası nəticəsində biz 2015-ci ili zərərlə başa vurduq".

BiG.AZ xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, 2016-cı ilin audit olunmuş 6 aylıq maliyyə hesabatlarına əsasən SOCAR hesabat dövründə 550 mln. dollar məbləğində mənfəət əldə edib:

"Dövlətin bizə verdiyi böyük dəstək nəticəsində ölkə daxilində təbii qazın qiymətinin manatın devalvasiyası nəticəsində ucuz, şirkətin maya dəyərindən aşağı qiymətə satışını nəzərə alaraq Tarif Şurası tərəfindən təbii qazın qiymətində artım həyata keçirilib. Təbii qazın qiymətinin artmasının əhalinin əksər hissəsinə təsirinin azaldılması üçün ilkin olaraq müəyyən olunan illik 1500 kubmetrlik limit 1700 kubmetrə qədər artırılıb. Bütün bunlar qiymət artımının ümumi abonentlərin əksər hissəsinə təsirinin qarşısını alıb. Təbii qazın qiymətinin artırılması SOCAR-ın əsas məhsulu olan təbii qazın satışından əldə olunan gəlirlərin qismən artırılmasına imkan yaradıb. Çünki devalvasiya nəticəsində biz Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından xüsusi ilə daxili tələbatı təmin etmək üçün külli miqdarda – təxminən istehlakın yarısı səviyyəsində dollar ifadəsində təbii qazı satın alırıq. Buna görə də manatın devalvasiyasına qədər alınan malların ölkədaxili satışı ilə manat ifadəsində olan satışımızda çox da böyük olmayan zərər yarandığı halda həmin zərər digər xam neftin satışı ilə əldə olunan gəlir hesabına tam örtülürdü. Amma həm neftin qiymətinin aşağı düşməsi, həm də manatın devalvasiyası bizi məcbur etdi ki, biz dövlət, aidiyyatı qurumlar qarşısında təbii qazın qiymətinin artırılması məsələsini qaldıraq. Ən azı bizə başa gələn xərclər səviyyəsində təbii qazın satışı təmin olunmalı idi. Burada da müxtəlif differensasiya olunmuş qiymətlər tətbiq olundu. Əsas istehlakçımız olan elektrik enerjisinin istehsalını həyata keçirən "Azərenerji" ASC üçün satdığımız qazın qiyməti təxminən 120 manat çərçivəsində, Naxçıvana satdığımız qaz 75 manat çərçivəsində, əsas kommersiya qurumlarına satılan qaz isə 200 manat və illik 1700 kubmetr qaz istehlak edən əhali təbəqəsi üçün 100 manat olaraq qaldı. Bu qiymət artımı və həmin dövrdə manatın dollara kursunun 1 manat 60 qəpik kursunda SOCAR-ın bu əməliyyatda nə zərərinin, nə də mənfəətinin sıfır zərərsizlik bir nöqtəsi kimi tanınıb. Təbii ki, manatın dollara nəzərən məzənnəsi dəyişdikcə, bizim riskimiz artır. Təbii qazın alışından yaranan bu fərq bizim maliyyə nəticələrinə mənfi təsir göstərəcək. 2016-cı ilin maliyyə audit hesabatı tam hazır olmasa da biz ümid edirik ki, SOCAR-ın ümumi maliyyə təsərrüfat fəaliyyətinin nəticələri bizi qorxudacaq səviyyədə olmayacaq. Ən azı 6 ayda 550 milyon dollarlıq mənfəət olduğu halda, ümid edirik ki, il ərzində həmin mənfəət qorunub saxlanacaq".

"Aidiyyəti qurumlara müraciət edəcəyik"

"Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz ki, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir", – deyə vitse-prezident bildirib.
Manatın devalvasiyasının SOCAR üçün əlavə zərər yaratdığını deyən S. Qasımov bildirib ki, ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür: "Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizminin işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir danışıq aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək"./APA/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5574   Tarix: 18 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 130
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

25.04.2024 598
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 217
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98