Detoks nədir ? - Dietoloq Tutu Zeynalovadan öyrənin

Detoks nədir ? - Dietoloq Tutu Zeynalovadan öyrəninSon günlərdə "Detoks" kəlməsini tez-tez eşidirik, bu dəbdir mi ? yoxsa… ?

Detoks orqanizmin toksinlərdən təmizlənməsi deməkdir. Bu barədə tanınmış dietoloq Tutu Zeynalova BiG.AZ-a məlumat verib:

"Biz istəsək də istəməsək də orqanizmimizdə toksinlər ( orqanizm üçün zərərli maddələr ) toplanır. Bu toksinlər istifadə etdiyimiz qidalardan başlayaraq kosmetik vasitələrə kimi hər şeydə bizi təqib edir. Və son zamanlar hər kəsin şikayət etdiyi xroniki yorğunluğun, cansız saçların, solğun dərinin səbəbi də məhz bu toksinlər deyil də nədir ? Və hər bir orqanizmin vaxt aşırı "reset" düyməsinin basılmasına ehtiyacı var ?
Detoksa nədən başlamaq lazımdır ?

Son zamanlar hər kəs əlində bir şüşə su , içində limon, xiyar "detoksdayam" deyir. Sonra da o suyun üstündən qızardılmış xörək, ya da şirniyyatla çay içir. Detoks bir tək su içməkdən ibarət deyil. Orqanizmdə hər tərəfli iməcilik etmək lazımdır. Həm orqanizmin, həm ruhunuzun , həm dərinizin detoks olmasını təmin etmək lazımdır. Bunun üçün öncə bir check-up müayinədən keçib hər hansı bir sağlamlıq probleminizin olub olmadığını müəyyən etmək zəruridir.
Detoks neçə gün davam etməlidir ?

Detoks 3-5 gün , maksimum 1 həftə davam edə bilər .
Detoks günlərində ancaq 1 qidadan istifadə etmək olarmı ?

Xeyr qətiyyən ! Mono qidalanma orqanizm üçün təhlükəlidir və vitamin mineral depolarına zərər verir
Detoks günlərində hansı qidalardan uzaq durmaq lazımıdır ?

Orqanizmə zərər verən bütün faktorlardan uzaq durmaq lazımdır. Ilk öncə siqaret və spirtli içkiləri, enerji içkilərin, meyvə şirələri və qazlı şirin içkiləri həyatınızdan çıxarmağınız vacibdir. Daha sonda qəhvə və qara çayın ıstifadəsi tövsiyyə olunmur.
Bəs nə içək ?

Su ! dünyada tapa biləcəyiniz ən gözəl içki sudur. Bundan əlavə bitki çayları istifadə etməkdə məqsədə uyğundur. Suyunuzu dadlandırmaq üçün və immun sisteminizi də gücləndirmək üçün suya limon, xiyar, nanə yarpaqları, portağal və s. əlavə edə bilərsiz.
Bəs ərzaqlardan hansıları rasiondan çıxartmalıyıq ?

Təbii ki, orqanizmdə təmizlikdən söhbət gedirsə bəyaz unu, fast – foodları, qızardılmış və yağlı yeməkləri rasiondan çıxartmaq vacibdir. Bundan əlavə duzun istifadəsini də minimuma endirmək lazımdır. Daha çox tərəvəzlərə, bol göyərtiyə, dənli bitkilərə üstünlük vermək tövsiyyə olunur. yeməklərin bişirilmə qaydası da vacibdir. çiy yeyilə bilənlərini çiy, digərlərini soyutma şəklində istifadə etmək məsləhət görülür və yaxşı – yaxşı çeynəmək J , tələsmədən yemək )).
Qeyd etdiz ki ruhumuzun da təmizlənməyə ehtiyacı var . bu necə olacaq ?

Bu günlərdə stressdən uzaq durmağa çalışmaq lazımdır. Ağır idman növlərindən uzaq durmaq, hər gün təmiz havada gəzmək , dincəlmək və yuxu saatı da önəmlidir. Detoks günlərində masaj və kontrast duş da faydalı olar .
Son olaraq oxuculara tövsiyyəniz

Özlərinə zaman ayırsınlar, sağlamlıqlarını sağlam ikən qorusunlar, sağlam qidalanaraq sağlamlıqlarına yatırım etsinlər və bu mövzuda mütəxəssislərdən məsləhət almağa çəkinməsinlər. Axı həyatda heç nə və heç vaxt bizim sağlamlığımızdan önəmli ola bilməz…".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 7810   Tarix: 17 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454