Qripə qarşı peyvəndlərin qiyməti artıb

Qripə qarşı peyvəndlərin qiyməti artıbAzərbaycanda əhali arasında qrip əleyhinə peyvəndləmə işlərinin dövlət tərəfindən aparılması nəzərdə tutulmur.

BiG.AZ xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyeva bildirib ki, dövlət səhiyyə müəssisələrində qripdən başqa, bütün peyvəndlər tam pulsuz vurulur. Dövlət tərəfindən aparılan immunoprofilaktika tədbirləri isə əsasən, 6 yaşadək uşaqlar üçün həyata keçirilir. Amma qripə qarşı planlı peyvəndləmə işlərinin aparılması nəzərdə tutulmur:

"Çünki hər il virusun tipi dəyişir. Ola bilər ki, vaksin həmin virusa təsir göstərməsin. Bu səbəbdən Azərbaycanda hələ ki, qripə qarşı peyvəndləmə işlərinin aparılması nəzərdə tutulmur. Amma əhalinin müəyyən qismi öz istəyi ilə özəl klinikalarda peyvənd olunurlar".

A.Əliyeva bildirib ki, immunoprofilaktika məqsədi ilə istifadə edilən vaksinlər ölkəyə UNİCEF-in xətti ilə gətirilir və nazirlik tərəfindən tibb müəssisələrinə paylanılır. Qripə qarşı özəl klinikaların istifadə etdikləri peyvəndlər isə müxtəlif əzcaçı firmaların vasitəsilə gətirilir. Lakin ölkəyə gələn bütün vaksinlərin dövlət qeydiyyatı tələb olunduğu üçün onların hamısı SN-nin Analitik Ekspertiza Mərkəzində yoxlamadan keçirilərək qeydiyyata alınır:

"Qeydiyyata alındıqdan sonra özəl klinikalarda vaksinlərdən istifadə olunur. Hazırda özəl klinikalar qripə qarşı vaksiqripdən istifadə edirlər. Vaksiqriplər mövsümü qriplərə qarşı effektiv təsir göstərirlər".

A.Əliyevanın sözlərinə görə, peyvəndin aparılması üçün ən yaxşı dövr avqustun sonu, sentyabr ayı və oktyabrın əvvəlləridir:

"Əgər hər hansı şəxs bu müddətdə peyvənd olunursa, ola bilər ki, qripdən qorunsun. Amma indi peyvəndin aparılması məqsədəuyğun deyil".

Trend-in apardığı araşdırmadan məlum oldu ki, Bakıdakı özəl klinikaların əskəriyyəti qripə qarşı peyvənd aparmır. Digər klinikalar isə payızın əvvəlində peyvənd işi aparsalar da, hazırda peyvəndin qurtardığını bildirirlər.

Klinikalar arasında keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, ötən il bu müəssisələrin bəzilərində qripə qarşı peyvənd öncəsi həkim müayinəsinin aparılması (bu şərt daha çox uşaqlara aid idi) tələb olunsa da, bu il həmin şərtlər vacib deyil. Müraciət edənlər öz arzularına uyğun olaraq, peyvənddən əvvəl həkim müayinəsindən keçə bilərlər.

Peyvəndin qiymətinə gəldikdə isə, ötən illə müqayisədə qiymətlər artıb. Ötən il klinikalarda qripə qarşı peyvəndin ən aşağı qiyməti 12 manatdan başlayırdı və 20-25 manata da (10 manat həkim müayinəsinin qiyməti daxil olmaqla) peyvənd etdirmək mümkün idi. Lakin araşdırmalardan aydın oldu ki, bu mövsümdə ən ucuz peyvənd 30 manatdır (həm böyük, həm də kiçiklər üçün, bu qiymətə həkim müayinəsi daxil deyil). Ümumilikdə hazırda klinikalarda həkim müayinəsi olmadan yalnız peyvənd etdirmək üçün təklif olunan qiymətlər 30-42 manat arasında dəyişir. Həkim müayinəsindən keçmək istəyənlərdən isə əlavə olaraq, 30-40 manat ödəmək tələb olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 16 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589