Baş Polis İdarəsində müəmmalı ölüm

Baş Polis İdarəsində müəmmalı ölüm

Gəncə Şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib.

BiG.AZ xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.\APA\
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1234 Tarix: 11.01.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
A_F_I_N_A
A_F_I_N_A 12.01.2017
Xeberin Muellifi, Melumat ucun Cox Sag ol.