Hər bir qadının bilməli olduğu 7 qayda

Hər bir qadının bilməli olduğu 7 qaydaZəriflik hissedilməzdir, amma o, yerişdə, danışıq tərzində, hətta səsdə belə özünü göstərir. O, kişiləri yoldan çıxaran ən xırda təfərrüatlarda, hərəkətlərdə və xoş təbəssümdə gizlənib.
Qadın eleqantlığı haqqında yüzlərlə məqalə yazılıb, treninqlər keçirilib və çoxlu filmlər çəkilib.

BiG.AZ bu yazıda qadını zərif göstərən 7 vacib davranış qaydasını təqdim edir.

Zərifliyi dərk edin
İşlərin çoxluğundan biz tez-tez əllərimizi-qollarımızı çırmalayıb ora-bura qaçmalı oluruq. Və ya metroda ən sərt baxış müsabiqəsinin iştirakçısı kimi otururuq. Niyə belə olur? Çünki öz üz ifadəsini unudur, nəticədə isə inanılmaz dərəcədə qaşqabaqlı görünürük. Eleqant qadın isə hər saniyənin qədrini bilir və özünü dərk edir. Bu, faktiki olaraq onun həyat tərzidir. O, özünü gülmüsəməyə məcbur etmir, daim xoş görünməyə can atmır, amma öz obrazı barədə də unutmur. Özü də nəinki əhalinin gur olduğu, hətta tək olduğu yerlərdə də onlar hərəkətlərinə və üz ifadəsinə nəzarət edir. Səbəbi isə başqa cür özünü rahat hiss edə bilməməsidir. Onu da yadda saxlayın ki, qadının üzünün ifadəsi geyimindən daha vacib hesab olunur.

İncəliyi vərdişə çevirin
Bütün bu elementar vərdişlərə yiyələnməyə çalışın: Üz ifadəsini unutmayın, yerişinizə diqqət edin, qamətinizi düz saxlayın, hərəkətlərdə isə rəvanlıq hissi olmalıdır. Qulağınızda sırğa edin ki, zərifliyi öyrənmək və onu "inkişaf etdirmək" mümkündür. Bu, səhər saat yeddidə durmaq və ya hər axşam gəzintiyə çıxmaq kimidir.

O, özünü sevməyi bacarır
Əsl qadın heç kimə ehtiyac duymadan özünü sakitləşdirməyi, səssizliyi dinləməyi bacarır və saatlarla telefonun ekranına baxmaq əvəzinə şövqlə buludlara baxa bilər. O, özünü çox yormur. Belə qadın özünü sevir.
Onların başqalarının xoşbəxtliyi naminə və ya işdə uğur əldə edə bilmək üçün özünə əzab vermək kimi vərdişləri yoxdur. Çünki o, yaxşı başa düşür ki, sakit və dinc qadın həm şəxsi həyatda, həm də işdə daha çox uğur əldə edə bilir və onda hərşey alınır. O, ətarfını məhəbbət və müsbət aura ilə doldurur, itirdiyi enerjini vaxtında bərpa edə bilir.

Onu özündən çıxarmaq mümkün deyil
Əsl qadın hər problemi özünə dərd etmir, istənilən vəziyyətdə zarafat etməyi bacarır, taleyin zərbələrini qəbul etmir və onların qarşısında özünü itirmir. Axı həyat çox qısadır... Tale bütün insanları həyatın hansısa mərhələsində əzablarla sınağa çəkir, amma bütün qüvvənizi onlara sərf etsəniz, çox tez tükənərsiniz. İlk növbədə mənəvi rahatlığınız haqqında düşünün, onu heç nəyə dəyişməyin!

Diqqət mərkəzində olmaqdan qorxmur
Gözəl qadın nadir hallarda diqqətdən kənarda qalır. O, öz ünvanına səslənən komplimentləri, eləcə də heyranlıq dolu baxışları böyük məmnuniyyətlə qəbul edə bilir. O, ulduz xəstəliyinə tutulmur, özünü yaxşı tanıyır. Diqqət mərkəzində olmaq onu qorxutmur, həm də komplimentlərdən utanıb yersiz təvazökarlıq etmir. O, sadəcə, təşəkkür etməklə kifayətlənir. Çünki insanın özünü qiymətləndirməsi, öz dəyərini bilməsi vacibdir.

O, öz bədənində özünü rahat hiss edir
Əgər sizə də elə gəlir ki, qadın incə belli və gözəl əndamlı olmalıdır, onda bu mənasız fikri birdəfəlik unudun. Fikir vermisinizsə, kök qadınlar da eleqantlığı ilə seçilə bilir və çox şirin görünür. Amma yalnız o halda ki, onlar özlərini aldatmır və özlərini olduğu kimi qəbul edə bilir. Onlar arıq görünmək üçün ancaq qara paltarlar geyinmir, dar cinsləri zorla əyninə keçirmir. Dolu bədənli olmaq qəbahət deyil, özünüzü müasir modanın çərçivəsinə salmağa çalışmayın.

O, qaydalara görə deyil, vəziyyətə uyğun hərəkət edir
Son sirr: Təbii olun! Piknikə gedirsinizsə, dar pencək və dikdaban ayaqqabı geyinmək, isti havada ağır makiyaj etmək lazım deyil. Qadını yalnız dikdaban ayaqqabıların cəlbedici göstərdiyinə, müvəffəqiyyətin əsas sirrinin isə gur saçlar olduğuna və s. bu kimi cəfəngiyyatlara inanıb özünüzü çərçivələrə salmayın. Özünəinamlı qadın istənilən halda cəlbedici görünə bilər. Əgər saçlarınızın təmiz olduğundan əminsinzisə, onda rahatlıqla onu açıq qoya bilərsiniz. Dikdaban ayaqqabılarda gəzə bilmirsinizsə, özünüzə əziyyət verməyin. Və öz individuallığınızı klassik ağ-qara rənglərlə boğmayın.(publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5343   Tarix: 16 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364