"54 kiloyam, arıqlamaq istəyirəm" - Sevda / MÜSAHİBƏ

"54 kiloyam, arıqlamaq istəyirəm" - Sevda / MÜSAHİBƏMüğənni Sevda Yəhyayevanın BiG.AZ-a müsahibəsi :

- Sevda, sizi həmişə eyni formada görürük. Neçə ildir səhnədəsiniz, amma heç vaxt artıq çəkidən əziyyət çəkdiyinizi görməmişik. Bu sirrinizi bizimlə də bölüşün.

- Kökəlməyə meylli insanam. Bir ara kökəlirdim hətta. Amma xüsusi bir pəhriz də saxlamıram. Çörəyi çox sevirəm. Əvvəllər deyirdim ki, görəsən çörək yeməsəm nə baş verər? Amma 2-3 aydır ki, çörək demək olar ki yemirəm. Çünki gördüm ki, kökəlməyə doğru gedirəm. Ona görə çörəyi menyudan çıxardım.

- Hazırda çəkiniz nə qədərdir?

-54 kilo yarım. Ən maksimal çəkim 62 olub. Yeni ulduz müsabiqəsinə gələndə 18 yaşım var idi, 60 kilo çəkim var idi. Amma indi 54 kiloyam. Arıqlamq da istəyirəm.3 kilo arıqlasam əla olar.

"54 kiloyam, arıqlamaq istəyirəm" - Sevda / MÜSAHİBƏ- O vaxt "Yeni Ulduz" müsabiqəsinə gələndə sizə daha çox irad bildirirdilər. Hazırda sizə irad bildirən münsiflərlə üz-üzə gələndə münasibətiniz necə olur?

- Çox yaxşı münasibətimiz var. (gülür-red) O vaxt çox utancaq, təcrübəsiz idim. İlk dəfə idi səhnəyə çıxırdım. Amma o qədər utanırdım ki, özümü yığıb-yığışdıra bilmirdim. Təcrübəsizlikdən irəli gəlirdi. 12 il bundan öncə Faiq Ağayev, Murad Dadaşov, Aygün Kazımova, Oqtay Əliyev idi münsiflər heyətində... Faiq Ağayevlə Murad Dadaşov mənə inanırdı. Faiq Ağayev məni dəstəkləyirdi. Deyirdilər ki, Sevdanın potensialı və istedadı var. Azərbaycan estradasında məşhur ulduz olacaq. Onunla yanaşı mən özüm də inanırdım. Digər münsiflər isə mənə inanmırdı. Amma bunu da normal qəbul edirdəm. Çünki mən özümü göstərə bilmirdim.

- Amma çox dəyişdiniz...

- Çox dəyişdim, çünki buna məcbur idim. O qədər həyəcanla məşqlər edirdim ki... Məşqdə hər şey yüksək səviyyədə olurdu, amma səhnəyə çıxandan sonra əlim-ayağıma dolaşırdı. Özümü tapa bilmirdim. Daxilimdə o qədər əzab çəkirdim ki... Müsabiqədən çıxırdım, nə qədər ağlayırdım. Mənim təbiətim belədir. Çox sakit biriyəm, davakar deyiləm. Efirə çıxanda da heç kimlə dava-dalaş etmirəm. Elə insanlarla da ünsiyyətdə olmuram, nə dostluq edirəm, nə də münasibət qururam. Amma səhnənin də öz qayda-qanunları var. Təcrübə də çox böyük rol oynadı. 12 ildir professional səhnədəyəm. 12 il ərzində böyük işlər görmüşəm. Çəkdirdiyim kliplər, oxuduğum mahnılar, gördüyüm işlər yaşımdan çox böyükdür. Öz işimi sevirəm. Səhnədə olmağı, tamaşaçıya yaxşı keyfiyyətli iş təqdim etməyi sevirəm. Ola bilər ki, haradasa bahalı geyim görəndə onu almağa ürəyim gəlməz. Amma yaxşı bir mahnı olsa, elə-belə paltar geyinməyə razı olaram, təki o mahnı mənim olsun. İşimi bu qədər çox sevirəm.

- "Son söz" mahnısı sənin ən populyar mahnılarımdan biri idi. Nə qədər pul xərcləmişdin o mahnıya?

- Mahnının sözləri və bəstəsi İsmayıl Əsədova məxsusdur. İ.Əsədov özünün çəkisi olan bəstəkardır. Bu sferada ən yaxşılardan sayılır. Ümumiyyətlə qiymət açıqlamağı sevmirəm. Deməyim sirr qalsın.

- "Son söz" mahnısını səndən sonra Röya Ayxan da ifa etdi. Sən bir kəlmə ilə cavab verdin ki, Röyaya qurbandır. Səncə kimin ifası daha uğurlu alındı?

- Bu mahnını keçən il ifa etdim. Mahnı Röyanın da xoşuna gəlmişdi və mənə dedi ki, mən də oxumaq istəyirəm. Ona dedim ki, sənə qurbandır, oxu. Röya o mahnıya yeni nəfəs verdi, gözəl təqdim elədi. Mən Sevda Yəhyayeva kimi mahnını təqdim etmişəm, o Röya Ayxan kimi. Fərqli ifalardır və deyə bilərəm ki, ikimizdə də uğurlu alındı. Desəm ki, məndə uğursuz alındı, özümə haqsızlıq edərəm. Desəm ki, Röyada uğursuz alındı, düzgün olmaz. Röyanın oxuduğu hər mahnı hitdir. Röya oxuduğu mahnıya ürəyini qoyur, ona görə də sevilir. Röya mənim həmkarım həm də dostumdur, onun uğurlarına sevinirəm. Çox yaxşı edib oxuyub.

"54 kiloyam, arıqlamaq istəyirəm" - Sevda / MÜSAHİBƏ"54 kiloyam, arıqlamaq istəyirəm" - Sevda / MÜSAHİBƏ"54 kiloyam, arıqlamaq istəyirəm" - Sevda / MÜSAHİBƏ"54 kiloyam, arıqlamaq istəyirəm" - Sevda / MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3963   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1634
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1124
.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1323
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 657
.

Aygün Kazımovadan daha bir DİQQƏTÇƏKƏN YENİLİK

Xalq artisti Aygün Kazımova yeniliyi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça məclislərdəki çıxışına yenilik qatıb. Belə ki, ölkənin əsas ulduzu məclislərə rəqqaslarlar birlikdə gedir. Rəqsləri, musiqiçiləri ilə toy səhnəsini əsl konsertə çevirən Kazımovanın bu yeniliyi də maraqla qarşılanı

21.04.2024 9428
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 1039
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1297
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

16:44 64
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1049