İlhamə Quliyevanın oğlu məhkəmədə ifadə verdi: "Səsyazmaları əlimə keçdi..."

İlhamə Quliyevanın oğlu məhkəmədə ifadə verdi: "Səsyazmaları əlimə keçdi..."Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə mərhum İ.Quliyevanın oğlu Orxan Nadirov ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, M.Hüseynova ilə heç bir düşmənçiliyinin olmadığını deyib:

"Mən Mehriban xanımda heç bir təqsir görmürəm. Saxta vəsiyyətnamə məsələsini, onlar arasında səsyazmanı mənə Vüqar Bəkirov dedi. Səsyazmada Mehriban xanım guya Vüqardan dərman istəyib. İlhamə Quliyevaya verilən dərman isə vitamin C olub. Daha sonra bu haqda Vüqar mərhum anama bildirdi. İstintaq dövründə verdiyim ifadə zamanı hirsli olmuşam. İlhamə Quliyeva rəhmətə gedəndə bəzi nüanslar ortaya çıxdı və mənə hər şey aydın oldu. Burada zəif bənd Mehriban Hüseynova oldu. Rəhmətlik İlhamə xanım özündən tez çıxırdı. Anama zəng edəndə telefonumu açmırdı. İlhamə Quliyeva ilə münasibətlərimiz korlanmışdı".

O.Nadirov ifadəsində bildirib ki, borcla bağlı Binəqədi Rayon Polis İdarəsində onun barəsində cinayət işi açdırmaq istəyiblər:

"Vüqar məni şərləmək istəyirdi. Onun mənimlə düşmənçiliyi vardı. Vüqar həbs ediləndən sonra mən çox şeyləri bildim. Lakin əvvəllər o, mənimlə başqa cür danışırdı. Vüqar həbs ediləndə, onunla bağlı səs yazıları əlimə keçdi. Vüqar bu işi Mehribanın etdiyini deyirdi, amma səs yazından sonra məlum oldu ki, o, bunu təhrik edib".

O, M.Hüseynovun İ.Quliyeva ilə bağlı olan videogörüntüsü haqda da danışıb:

"Vüqar deyirdi ki, Mehriban xanım anamın huşunu itirmək istəyirdi. Vüqar bununla bağlı səs yazısını anama təqdim etdi. İlhamə Quliyeva isə bunu eşidəndən sonra əsəbiləşib, Mehriban xanımı evdən qovdu. Həmin videogörüntü mən evə gəlməmişdən əvvəl çəkilib. Mən gələndə artıq hadisə baş vermişdi. İstintaqda qərəzli ifadə vermişəm".

Proses oktyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2623   Tarix: 27 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403