Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalıOrqanizmi qışa necə hazırlamalı.

BiG.AZ xəbər verir ki, isti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar soyumağa başlayır. Bütün canlı təbiət, o cümlədən insanlar soyuqlar düşdükcə təbii olaraq üşüyür. Küləklərin artması və yağan yağışlar zəif orqanizmi olan və xəstə insanları daha çox narahat edir. Nəzərə alsaq ki, payız mövsümündə bir çox xroniki xəstəliklər baş qaldırır və insanlar kəskin respirator virus xəstəliklərinə qarşı daha həssas olurlar. Deməli onların bu mövsümə hazır olmaları gərəkdir. Bu hazırlıq insanın bədənini, payız və qış aylarının soyuğuna, xəstəliklərinə qarşı qoruyucu rol oynamalıdır.

"Sağlam bədəndə sağlam ruh olar" prinsipindən yararlanmaq bu baxımdan çox doğru səslənir. Siz də həm bədəninizin, həm də ruhunuzun sağlam olması üçün bəzi qaydalara əməl etməlisiniz. Bu qaydalar sizin immun sisteminizi möhkəmləndirəcək və xəstəliklərə qarşı müqavimətinizi atrıracaqdır. Bəs bu qaydalar hansılardır?
1. Gündəlik qəbul etdiyiniz qidaların 70-80%-i meyvə və tərəvəzdən ibarət olmalıdır.
2. Qəbul etdiyiniz meyvə və tərəvəzlər yerli və təbii üsullarla becərilmiş olmalıdır.
3. Qəbul etdiyiniz qidaların 20%-i turş olmalıdır.
4. Tərəvəzlər yalnız bişirildiyi gün yeyilməlidir.
5. Tərəvəzləri qızartmaq əvəzinə buxarda bişirilsə, daha yaxşı olar.
6. Ən keyfiyyətli yemək süfrəsi səhər açılmalıdır.
7. Günorta yeməyi orta ağırlıqda olmalıdır.
8. Axşam yeməyi zəif olmalıdır.
9. Sakitləşdirici musiqi sədaları altında yemək daha məqsədə uyğun sayılır.
10. Yay aylarında bol meyvə və tərəvəz yeyilməlidir.
11. Hər bir meyvə və trəvəz öz mövsümündə yeyilməlidir.
12. Rafinadlaşdırılmış qidalardan uzaq durmaq lazımdır (şəkər, un, düyü).
13. Gündəlik həyat tərzinizdə hərəkətiniz azdırdsa, qidanızı da azaltmalısınız.
Yuxarıda yazılanlardan başqa immun sisteminizi artırmaq üçün daha bir-neçə məsləhətə əməl etməniz lazımdır:
– Yuxu sisteminizi normaya salmaq lazımdır. Unutmaq lazım deyil ki, qarşıdan qış gəlir və qışda sizin gecə yuxunuz çox olacaq.
– Gününüzü rejimə salsanız yaxşı olar. Eyni saatda yuxudan durmaq, eyni saatda yemək və s.
– Zehni işlə məşğul olan adamlar arada bir dərindən nəfəs almalıdır.
– Sakit olmağa çalışmaq lazımdır. Ətrafdakıların hər sözünə diqqət yetirmək lazım deyil.
– Stressdən qaçın və sakit həyat tərzinə üstünlük verin.(immunitet.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1717   Tarix: 25 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 853
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 540
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1097
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 955
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1050
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23323
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 828
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1321
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 852