Valehedici şəhər: Rio-de-Janeyro

Valehedici şəhər: Rio-de-JaneyroValehedici şəhər: Rio-de-JaneyroÜmumi məlumat
Rio-de-Janeyro San Pauludan sonra Braziliyanın ən iri şəhəridir, sahəsi 1260 kvadrat kilometrdir. «Valehedici şəhər» adlanan Rionun 13 milyondan çox əhalisi var. Onlar özlərini «karioka» adlandırır. Rio hər kəsin arzusudur. Şəhər çoxsaylı çimərliklər, müasir məhəllələr və tarixi abidələrlə zəngindir. Bundan əlavə, Rionun mərkəzindən bir neçə dəqiqə uzaqlaşdıqda siz tropik meşələrdə olacaqsınız. Şəhərin qeyri-adi aurası insanı cəlb edir, yaşamaq həvəsi oyadır və buranı tərk etmək istəmirsən. Bura, həmçinin təzadlar şəhəridir. Dağın döşündə şəhərin ən kasıb rayonları yerləşir, onlar favella adlanır. Favellalar kiçik dövlətlət hesab olunur və federal hakimiyyət onların işinə qarışmır. Bəzi favellalarda nə xəstəxana, nə məktəb, nə də adi rahatlıq var. Rio-de-Janeyro Braziliya karnavalı ilə məşhurdur. Şəhərdə çoxsaylı sambo məktəbi var ki, onlar hər il şən və rəngarəng karnavallar keçirir. Rionun həyatında idman, əsasən də futbol böyük rol oynayır.

Valehedici şəhər: Rio-de-JaneyroValehedici şəhər: Rio-de-JaneyroTarixi
Şəhərin tarixi XVI əsrdən başlayır. Yanvarın 1-i 1502-ci ildə portuqaliyalı Andre Qonsalviş kiçik köhfəz görür. Lakin o, hesab edir ki, həmin gördüyü buxta əslində, çayın mənsəbidir və onu «Rio» (çay) adlandırır. Portuqaliya sakinləri kəşf etdikləri adalar və materiklərə həmin gün onları qoruyan müqəddəsin adını verirdilər. 1 yanvar tarixinin xüsusi müqəddəsi olmadığından onlar Rio sözünə «de Janeyro», yəni yanvar əlavə edirlər. Buna görə də Rio-de-Janeyro, həmçinin «yanvar çayı» adlanır. 1763-cü ildə Braziliyanın paytaxtı Baiya artıq nüfuzunu itirməyə başlayır və Rio məşhurlaşır. 1808-ci ildə Portuqaliyanın yarısı Napoleonun əlinə keçəndən sonra bütün kral ailəsi Braziliyaya köçür, 1816-cı ildə isə Rio-de-Janeyro Portuqaliya imperiyasının paytaxtına çevrilir. 1872-ci ildə şəhər sakinlərinin sayı 250 minə çatır. 1959-cu ildə şəhər paytaxt statusunu itirir, lakin ölkənin ən görkəmli və gözəl guşələrindən biri olaraq qalır. Burada bir çox şirkətlərin baş ofisləri və Latın Amerikasının ilk hava limanı yerləşir.

Valehedici şəhər: Rio-de-JaneyroValehedici şəhər: Rio-de-JaneyroGörməli yerlər
Rioya səyahət edəsən və İsanın heykəlini görməyəsən, bu mümkün deyil. Həmin heykəl düz Korkovado dağının təpəsində yerləşir və nəinki Rionun, Braziliyanın əsas abidələrindən biridir. Gündə 300 mindən çox turist onu görməyə gedir, yeri gəlmişkən, oraya ölkənin ən qədim qatarında qalxırlar. Buradan şəhərə gözəl mənzərə açılır. Bu yaxınlarda həmin qatarın 114 yaşı oldu. Şəkər başı dağı Rionun ən yüksək zirvəsidir. Hündürlüyü təxminən 750 metrdir. Oraya çıxmaq yalnız 1912-ci ildə fəaliyyətə başlamış funikulyorla mümkündür. İlk dayanacaq 220 metrlik «Moru da Urka» yaylasında olur. Burada böyük amfiteatr, restoran və dükanlar var. Sonra 750 metrlik zirvəyə qalxıb şəhərin bütün gözəlliklərini seyr edə bilərsiniz. Tijuka şəhərindəki Milli park dünyanın ən iri meşəsidir. Sahəsi 32 kvadrat kilometrdir. Burada siz yalnız tropik iqlimdə rast gəlinən heyvan və bitkiləri görəcəksiniz. Həmçinin Rioda 600 bitki növü olan Botanika bağı, dünyanın ən böyük stadionu Marakanı görə bilərsiniz.

Valehedici şəhər: Rio-de-JaneyroŞopinq
Başqa bir ölkəyə səfər zamanı şopinq etmədən qayıtmaq mümkün deyil. Rio-de-Janeyro dünyanın digər şəhərləri kimi dükan və ticarət mərkəzlərilə zəngindir. Şəhərin mərkəzində bir neçə nəhəng ticarət mərkəzi yerləşir. Onlara Riu-Banku küçələrində və Kopakabana rayonunda rast gəlmək olar. Burada, həmçinin kiçik dükanlar da var, oradan müxtəlif geyimlər, suvenirlər, ev avadanlıqları və digər lazımi əşyalar tapmaq mümkündür. Bütün binaların alt mərtəbələrində dükanlar, kafelər, barlar yerləşir. Şəhər universal mağazalarla da zəngindir: Mesbla, Sirs, Bar-boza Freytas, Kazas Amerikanas, Kazas Pernambukanas və s. Suvenir kimi siz qırmızı ağacdan düzəlmiş əşyalar əldə edə bilərsiniz. Rioda H.Stern cəvahirat dükanlarını gəzmək xanımlara xüsusi zövq verəcək. 1945-ci ildən bu günədək H.Stern dünyanın ən öndə gedən daş-qaş mağazalarından biridir. Daş-qaş sevənlər İpanema rayonuna da baş çəkə bilər. Burada cəvahirat muzeyi yerləşir.

Valehedici şəhər: Rio-de-JaneyroMətbəx
Braziliya mətbəxi müxtəlifdir. Özündə ilk baxışdan bir-birinə zidd üç komponenti birləşdirir: Avropa, Afrika və Hindistan kulinar ənənələrini. Ölkədə ən çox populyar xörək qara lobya, ət məhsulları, tərəvəz, un və ədviyyatın qarışığından hazırlanan «feyjoada»dır, həmçinin «tutu» adlı xörəkdə var ki, yanında ət və lobya olan qatı puredir. Bundan əlavə, braziliyalılar «sarapatel» - qızardılmış qaraciyər və «karne-du-sol» ət xörəyinə də üstünlük verirlər. Bəzi yeməklər sırf hind kökü daşıyır və Avropaya heç bir aidiyyatı olmur. Onlarda müxtəlif ədviyyatlardan istifadə edilir. Braziliyalıların özünəməxsus içkiləri var. Onlar içkiləri tropik iqlimdə yetişmiş meyvələrdən hazırlayır. Alkoqol içkilərə gəldikdə isə, ən çox pivə sevilir, sonra rom, araq və «kaşasa» (daha çox cecə arağına bənzəyir) və «kaypirinya» adlanan limon kokteyli. Rionun sakinləri birinci növ şərabları da çox sevir: «Muskat», «Serdolik», «Tavrida», «Sersial», «Tokay», «Massandra» və s. Braziliya milli mətbəxinin daha bir özəlliyi ondan ibarətdir ki, şirniyyatın içinə kartof, kəsmik, bişmiş kələm əlavə edilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7497   Tarix: 01 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

30.01.2026 627
.

"YouTube" milyonlarla abunəçisi olan kanalları sildi

"YouTube" süni intellektlə hazırlanmış aşağı keyfiyyətli məzmunla mübarizə çərçivəsində bir neçə məşhur kanalı eyni vaxtda platformadan silib. xəbə verir ki, onlayn video montaj platforması Kapwing-in yeni hesabatı göstərir ki, "Google"a məxsus "YouTube" 2026-cı ilin əvvəlind

31.01.2026 748
.

"Apple" 2026-cı il üçün görünməmiş innovasiyalar vəd etdi

"Apple" 2026-cı ildə bazar üçün yeni məhsul və həllər təqdim etməyi planlaşdırır. -ın "MacRumors"a istinadən məlumatına görə, bu açıqlamanı şirkətin baş direktoru Tim Kuk verib. O bildirib ki, ötən rüb "Apple" üçün uğurlu olub və bu, şirkətin gələcək inkişafına əhəmiyyətl

01.02.2026 522
.

Qış təmizliyində gizli təhlükə: Mütəxəssislər "qətiyyən qarışdırmayın" deyə xəbərdarlıq edir

Təmizliyin təsirini artırmaq istəyərkən evinizi zəhərli qaz laboratoriyasına çevirməyin. xəbər verir ki, bəzi təmizlik vasitələrinin birləşməsi saniyələr içində ölümcül kimyəvi reaksiyaya səbəb ola bilər. Mütəxəssislərin ən çox qorxduğu və xəbərdarlıq etdiyi məqamlar:. Ağardıcı (Xlor) + Turşu: Ölümcü

08.02.2026 301
.

Fransızlar niyə uşaq sahibi olmaq istəmirlər? - Ölüm sayı doğumu keçib

Fransa misli görünməmiş demoqrafik dəyişikliklə üz-üzə qalıb. xarici mediaya istinadla xəbər verir ki, 2025-ci ilin yekunlarında ölkədə ölüm sayı ilk dəfə İkinci Dünya müharibəsindən sonra doğum sayını ötüb. Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) rəsmi illik hesabatına əsasən

01.02.2026 486
.

Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları

ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi

06.02.2026 491
.

Klaviatura ilə işləyənləri gözləyən təhlükə

Barmaqlarda ağrı və uyuşma, ön qollarda zəiflik, çiyinlərdə və boyun nahiyəsində gərginlik təkcə yorğunluğun nəticəsi deyil, eyni zamanda bədənin verdiyi xəbərdarlıq siqnalları da ola bilər. Bu hallar çox vaxt klaviaturanın özündən yox, ondan düzgün istifadə edilməməsindən qaynaqlanır. xəbər verir ki

08.02.2026 184
.

Açar ustası ilə çilingər eyni işi görürlər ?

Açar ustası ilə çilingər anlayışları gündəlik həyatda tez-tez qarışdırılan peşələr sırasında yer alır. İnsanlar qapı açılmadıqda və ya açar itdikdə bu iki termini eyni məna daşıyırmış kimi istifadə edirlər. Halbuki, bu sahələr arasında həm texniki, həm də funksional baxımdan müəyyən fərqlər mövcuddur

28.01.2026 551
.

2026-cı ilin yaz-yay mövsümünün əsas rəngləri açıqlandı

"Vogue" jurnalı 2026-cı ilin yaz-yay mövsümünün əsas rənglərini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə urnalı rəsmi saytı məlumat yayıb. Redaktorlar qeyd ediblər ki, trenddə yumşaq çəhrayı ton olacaq və onu şokolad, haki, boz, qara və qırmızı rənglərlə birləşdirmək olar. Belə kombinlə

26.01.2026 811
.

TOP MP3