"Qorxma, mən səninləyəm-2"- nin çəkilişləri [Video]

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" dövlət kinostudiyası 1981-ci ildə ekranlaşdırılan
"Qorxma mən səninləyəm" bədii filminin ikinci hissəsinin çəkilişlərinə start verib.
Azərbaycan və Rusiya kinemotoqrafçılarının birgə istehsalı olacaq filmin çəkilişləri Bakının Pirallahı,
Şüvəlan, Mərdəkan qəsəbələrində, İçərişəhər və Qax rayonunun İlisu kəndində davam edəcək.
Çəkiliş prosesi 2 ay yarım çəkəcək və təqribən oktyabr ayının sonlarında yekunlaşacaq.
Qeyd edək ki, gələn il ekranlara çıxması planlaşdırılan ikinci filmdə 20 il sonra cərəyan edən hadisələr lentə alınacaq.
Sözügedən ekran əsərinin ssenari müəllifi və rejissoru, əslən bakılı Yuli Qusmandır.
Filmdə SSRİ xalq artisti Lev Durov, respublikanın xalq artisti Polad Bülbüloğlu ilə birlikdə
həmçinin Nuriyyə Əhmədova, Məbud Məhərrəmov, Eldar Qasimov və başqaları rol alıb.
Filminin çəkilişləri hal-hazırda Qax rayonunun İlisu kəndində davam edir.
Çəkiliş qrupu 2 həftə ərzində İlisuda olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4241   Tarix: 21 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390