"Məsələyə dövlət səviyyəsində müdaxilə olundu" - Xalq artistinin adı yenidən erməni QALMAQALINDA

"Məsələyə dövlət səviyyəsində müdaxilə olundu" - Xalq artistinin adı yenidən erməni QALMAQALINDAAygün Kazımovanın Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlndırma mərsimində erməni təxribatının qarşısını alması xəbəri yerli mediada geniş əks səda doğurub.
Lakin musavat.com saytı Aygün Kazımovanın bu açıqlamasının yalan olduğunu iddia edib.
Məsələ ilə əlaqədar BiG.AZ saytına açıqlama verən xalq artisti Aygün Kazımova musavat.com saytında peşəkarlıqdan uzaq və jurnalist adına yaraşmayan, araşdırmağı bacarmayan işçiılərin olduğuna təəssüfləndiyini bildirib:

"Siruşonun "Sarı gəlin" mahnısını oxuyacağını 3 saat əvvəl məşq prosesində bildik. Komanda olaraq böyük şok yaşadıq. Çünki onun "Sarı gəlin" mahnısını oxuyacağı haqda heç yerdə məlumat yox idi. Ermənilər Azərbaycan musiqisini növbəti dəfə beynəlxalq arenada öz adlarına çıxarmaq istəyini son məşq prosesinə kimi gizli saxlamağı bacarmışdı. Vaxtın az olduğundan ilk növbədə təşkilatçı və rejissora etirazımızı bildirdik. Çünki hər dəqiqə bizim üçün böyük müddət idi. Daha sonra dərhal Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və İdman və Gənclər Nazirliyinin əməkdaşına məlumat verdim. Azərbaycandan isə Berlindəki səfirimiz Pərviz Şahbazov məlumatlandırıldı və dərhal mənimlə Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Sara Abbasova əlaqə saxladı. Məsələyə dövlət səviyyəsində müdaxilə olundu. Təəssüf ki, bəzi jurnalist vəsiqəsi daşıyan kəslər belə mənasız yazılar dərc edir".

Aygün Kazımova həmçinin Almaniya səhnəsində çıxışdan imtina edəcəyini belə göz önünə alıb:

"Nazirliyə çıxışdan imtina edəcəyimi dedim. Lakin onlar bunun əleyhinə oldu və mütləq səhnəyə çıxmağımı məsləhət gördü. Məhz bu səbəbdən səhnədə Qarabağımızın adını xüsusi qeyd etdim. Hətta ermənilər "Sarı gəlin" mahnımızı ifa edəcəyi təqdirdə, səhnədə çıxışım üçün başqa mətn hazırlanmışdı. Amma şükür ki, vaxtında erməni təxribatının qarşısı tam olaraq alındı".

A. Kazımova həmçinin mükafat alacaq sənətçilərin hansı mahnı ifa etmələri haqda məlumatın əvvəldən verilmədiyini əlavə etdi:

"Musavat.com saytı yazır ki, ermənilərin tanıtım çarxında "Sarı gəlin" olmayıb. Və guya bu o deməkdir ki, onlar "Sarı gəlin"i ifa etməyəcəkmiş. Əlbəttə ki, əvvəldən bilinsəydi bunun qarşısı alınardı. Məncə bu, erməni hiyləsi idi. Amma təəssüf ki, yerli mediamızda erməni dəyirmanına su tökən qurumlar da fəaliyyət göstərir. Azərbaycanın tanıtım çarxInda mənim "Hayat ona güzel" və "İkinci sen" mahnılarım istifadə olunub. Mən isə "Coffee from Colombia" mahnımı ifa etmişəm. Yəni, tanıtım çarxında müğənnilərin müxtəlif mahnılarından istifadə olunub".

Son olaraq xalq artisti bu işdə dövlət qurumlarımızın təxirəsalınmaz fəaliyyəti üçün onlara minnətdar olduğunu da bildirdi:

"Öz adımdan, bütün komandam adından Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, İdman və Gənclər Nazirliyinə, Azərbaycanın Berlindəki səfirliyinə təşəkkürümü bildirirəm".

Xatırladaq ki, Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasiminin məşq prosesində Aygün Kazımova erməni təmsilçisi Siruşonun Azərbaycan xalq mahnısı "Sarı gəlin" erməni mahnısı təqdim edib, ifa edəcəyini görüb və bu təxribatın qarşısını alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8466   Tarix: 30 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063