Ərəb turistlər qışda da BAKIYA GƏLƏCƏK

Ərəb turistlər qışda da BAKIYA GƏLƏCƏKAzərbaycana ərəb turistlər daha çox İraqdan gəlir. BiG.AZ-ın trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Azərbaycana ərəb ölkələri arasında daha çox İraqdan turistlərin gəlməsi İraqdan Azərbaycana birbaşa aviareysin olması ilə izah edilir.
Assosiasiya rəsmisi qeyd edib ki, bu il Azərbaycana Oman, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən də gələn turistlərin sayı çoxalıb: "Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayının çoxalması Fars körfəzi ölkələri üçün sadələşdirilmiş viza rejiminin tətbiq olunması ilə əlaqədardır".

M.Ağakərimov bildirib ki, ərəb turistlərin Azərbaycanda ən çox gəzdikləri məkanlar Bakı şəhəri, regionlardan isə Quba, Qusar, Qəbələ, İsmayıllı və Ağsudur.
Onun sözlərinə görə, ərəb turistlər Azərbaycanda çimərliklərə, əyləncəli proqramlara daha çox maraq göstərirlər: "Azərbaycanda həm Avropa, həm də Asiyanı birləşdirən amillər var ki, bu da ərəb turistləri maraqlandırır. Ölkəmizə gələn ərəblər daha çox Azərbaycanın görməli yerləri ilə tanış olmaq istəyirllər, Dənizkənarı Milli Parkı bəyənirlər. Turistlərin bir çoxu Azərbaycanın təbiətini, tarixi abidələrini, mətbəxini bəyənirlər.Ölkədəki sabitlik də ərəb turistləri Azərbaycana cəlb edən amillərdəndir. Apardığımız təhlillərə görə, ərəb turistlər nəinki yay, hətta qış aylarında da Azərbaycana üz tutacaqlar. Çünki ölkəmizdə qış turizmi üçün böyük şərait var".

M.Ağakərimov qeyd edib ki, Azərbaycana gələn ərəb turistlər ölkəmizdə orta hesabla 1 həftəyə yaxın qalırlar: "Ərəb turistlər ekskursiyalardan da çox istifadə edirlər. Onlar daha çox tarixi yerlərə - Yanardağa, Atəşgaha, həm də regionlara ekskursiyalara gedirlər".
AzTA sədrinin müşaviri rəsmisi həmçinin vurğulayıb ki, ərəb turistlər daha çox Qəbələ, Quba, Qusar və Şahdağda müxtəlif dərəcəli hotellərdə qalırlar: "Onların bir qismi 5, bir qismi isə 2-3 ulduzlu hotellərdə qalır. Əsasən, BƏƏ-dən, Küveytdən gələn turistlər 5 ulduzlu hotelləri seçirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 863   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 727
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 225
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 57
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 401
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 373
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 206
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 400
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 493
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 220