Lənkəranskinin qohumu DANIŞDI: "Həkimlər onu səhv salıbmış..."

Lənkəranskinin qohumu DANIŞDI: "Həkimlər onu səhv salıbmış..."İstanbulda qətlə yetirilən nüfuzlu qanuni oğru Rövşən Lənkəranskinin xəstəxanadakı son anları haqda ilginc məlumatlar meydana çıxıb.

Babək Həsənzadə adlı şəxs özünü Lənkəranskinin qohumu kimi təqdim edərək status yazıb:

Onun sözlərinə görə, xəbəri eşidən kimi xəstəxanaya gedib. Babək xəstəxana rəhbərliyinə Rövşənin qohumu olduğunu söyləyib: "Mənə bildirdilər ki, öncə polis əməkdaşlarıyla görüşməli olacam.

Rövşənin vəziyyəti haqda nə həkimə, nə polisə xəbər verilirdi. Xəstəxanaya olunan saysız-hesabsız zənglərə görə telefonlar 2-3 saatlığına bloklanmışdı.

Xarici görünüşüm bir az müasir tərzli olduğu üçün mənim qohumu olduğuna inandılar. Çətin bir prosesdən sonra həkim dedi ki, ciddi bir həyati risk yoxdur. Sevincimi ifadə edə bilmirəm, tez xəbər saldım ki, ölməyib.

Sonra dedilər ki, yanına girə bilərsiz. İçəri girəndə gördüm ki, həkimlər tanımadıqları üçün qarışdırıblar Rövşənlə yanında olan yaxınını səhv salıblar.
Ondan necə olduğunu soruşduqda halsız səslə "Kak brat?" (Qardaş necədir?) deyə məndən soruşdu. Soyuqqanlılığımı itirməməyə çalışdım və tez cavab verdim ki, narahat olma, o da yaxşıdır, amma başqa xəstəxanadadır".

B.Həsənzadə ordan çıxıb həkimlərə içəridə yatanın Rövşən olmadığını, yanlış məlumat verildiyini deyib: "Orda çalışan bir azərbaycanlı həkim bizə dedi ki, Rövşəni başqa xəstəxanaya köçürüblər və yüksək ehtimalla artıq keçinib. O an dizlərimin bağı çözüldü.

Ordakı azərbaycanlı həkimin köməkliyi ilə bir neçə insanla əlaqə qurduq və nəhayət məlumat ala bildik ki, artıq cəsəd ekspertizadadır. Birbaşa hamımız Yenibosnadakı Tibb Mərkəzinə yollandıq.

Vəziyyət artıq daha da aydın idi. Bir-iki saat sonra cənazəylə bərabər ordan ayrılıb Zeynəbiyyə məscidinə getdik. Orada yuyulma və kəfənlənmə proseduru həyata keçiriləndən sonra cənazə namazı qılındı və doğma vətəninə yola saldıq igidimizi"./politika.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 28836   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 151
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 147
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 107
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 163
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 346
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 714
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

26.04.2024 154