Azərbaycanda 27 mindən artıq ad ləğv olunub

Azərbaycanda 27 mindən artıq ad ləğv olunub"Şəxsi adların yazılması forması ilə bağlı bizə müraciət edənlərin sayı artıb. "Şəxsi adların izahlı lüğəti" avqust ayının sonunda çap olunacaq. Bu lüğət demokratik və dil qayda-qanunu prinsipi əsasında hazırlanıb. Lüğət dərc olunandan sonra Ədliyyə Nazirliyi onu 81 qeydiyyat idarəsinə paylayacaq".

BiG.AZ xəbər verir ki, bu sözləri bizimyol.info-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O deyib ki, Terminologiya Komissiyasının tərkibində Adlar və Soyadlar Komissiyası fəaliyyət göstərir: "Hər iki komissiyada obyekt dilçilik məsələsi olduğu üçün birləşdirilib. Belə ki, həmin komissiya Terminologiya Komissiyasının tərkibinə verilib".

S.Sadıqova bildirir ki, müxtəlif bölgələrdə fərqli şəkildə tələffüz olunan şəxsi adları "Şəxsi adların izahı lüğəti"ndə vahid dil ədəbi qayda-qanunu əsasında hazırlayıblar: "Məsələn, bu günə kimi Yusif adı müxtəlif çür deyilib və yazılıb: Yusuf, Yusiv, Yusub. Bəzi dialektlərdə hətta Usuf da deyilib. Yusif qədim sözdür, şərq xalqlarında bu ad geniş yayılıb.

Məsələn, mənim adım Səyalı şəkilində də tələffüz olunur. Onun yazılış forması isə birdir: Sayalı.
Ədliyyə Nazirliyin xətti ilə dərc olunacaq "Şəxsi adların izahı lüğəti"ndə 7 mindən çox ad toplanıb. Bu da son nöqtə deyil. Çünki cəmiyyət inkişaf etdikcə yeni adlar yaranır. Biz qeydiyyatda olan adlar sistemini və şəxsiyyət vəsiqələrində olan adları toplamışıq, izahını, mənasını vermişik. Lüğətdə adın hansı mənşədən olması da qeyd olunub".

S.Sadıqova bildirir ki, sözügedən lüğətdə daha çox qoyulan adlar əks olunub: "Yəni işləklik qazanmış adları dərc etmişik. Valideynlər öz övladına ad seçərkən bu lüğətə baxaraq onun mənasına bilərkdən övladına ad qoya biləcək. Burada adların yazılış qaydaları əks olunub.

Əlbəttə, bu sön nöqtə deyil, yəni ancaq lüğətdə olan adlar qoyulmalı, başqa adlar da qoyulmamalıdır deyə bir prinsip yoxdur. Gözəl adlar qoymaq istəyən qoysun. Məsələn, Sevil, Yaşar adları yox idi, Cəfər Cabbarlı həmin adları gətirdi.

Yaxınlarda da bir vətəndaş müraciət edib, dedi ki, övladının adını İşıqay qoymaq istəyir. Nuray adı var. Bildiyimiz kimi Nur ərəb sözüdür. Qoysun, lap yaxşı, İşıqay işləklik qazanacaqsa, qazansın. Biz şəxsi adlarla bağlı işləri demokratik və dil qayda-qanunu istiqamətdə davam etdiririk".

Terminologiya Komissiyasının sədr müavini vurğuladı ki, 2700-ə yaxın şəxs ad isə ləğv olunub: "Hətta bəzi şəxslər "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na əsasən müraciət edərək adlarını dəyişiblər. Ləğv olunan adlar sırasında Ansambl, Alak, Boran kimi adlar olub".

Qeyd edək ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Prezidentin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2400   Tarix: 23 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089