Repetitor yanına getmədən 700 bal toplayan tələbəni TANIYIN - VİDEO

Repetitor yanına getmədən 700 bal toplayan tələbəni TANIYIN - VİDEOFərid Hüseynov: Sualları yazarkən isə yalnız bir sualda tərəddüd elədim...
Repetitor yanına getmədən II ixtisas qrupu üzrə 700 bal topladı. Bu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fərid Hüseynovdur.

BiG.AZ-ın xəbərinə görə, 1999-cu ildə Bakı şəhərində anadan olan Fərid liseydə 5-ci sinifdən təhsil almağa başlayıb.

Onun sözlərinə görə, dərslərini elə birinci sinifdən yaxşı oxuyub. Riyaziyyat isə onun ən sevimli fənni olub: "Bundan başqa, tarix fənni ilə maraqlanıram və əlavə tarixlə bağlı araşdırmalar edirəm. Dövlətlər, xalqlar, qədim cəmiyyətlər haqqında məlumatlar toplayıram. İxtisas olaraq da 2-ci qrupu seçmişəm. Biznes sahəsində gələcəkdə işləmək istəyirəm".

Müsahibimiz deyir ki, biznesmen olmaq onun uşaqlıq arzusudur: "Uşaqlıqdan biznes sahəsinə marağım olub, gələcəkdə biznesmen olmaq istəyirəm. Buna görə ikinci qrupu seçmişəm. Hazırlaşdığım müddətdə məktəbdən kənar heç bir hazırlığa və yaxud müəllim yanına getməmişəm, yalnız öz məktəbimin müəllimləri ilə normal dərs saatlarında hazırlaşmışam. Müəllimlərimin əməyi, əziyyəti nəticəsində bu nəticəni əldə etmişəm".

İmtahanda isə heç bir həyəcan keçirmədiyini deyir: "Həyəcan hissi keçirmədim. Çünki bilirdim ki, həyəcanlanmaq abituriyentin özünü göstərməsində ən böyük maneələrdən biridir. Sualları yazarkən isə yalnız bir sualda tərəddüd elədim və o sualı axıra saxladım. Ondan başqa bütün suallara cavab verdim və axırda o suala qayıtdım. Onu da fikirləşəndən sonra 90 faiz əmin olduğum cavabı yazdım və düz çıxdı. Azərbaycan dili ilə bağlı bir sual idi".

Fərid 700 balı iki əsas səbəbə görə toplamaq istəyib: "Birincisi, bu balı yığmaq mənə gələcəkdə ali təhsil həyatımda və iş karyeramda böyük bir avantaj olaraq kömək edə bilərdi. İkinci və daha əsas səbəbi budur ki, üzərimdə əziyyət çəkən Dəyanət kollektivinə və valideynlərimə onların mənə etdiklərinin əvəzində çox kiçik bir formada da olsa, belə bir təşəkkür eləmək istəyirdim. Şükürlər olsun ki, bu nəticəni əldə etdim. Əslində valideynlərim də, müəllimlərim də məndən bu nəticəni gözləyirdi. Özüm də bu potensialı hiss edirdim ki, belə bir nəticə göstərə bilərəm".

Müsahibimiz deyir ki, dərsdən sonra asudə vaxtlarında bədii ədəbiyyat oxuyub, film izləyib. Onun fikrincə, yüksək nəticə toplamaq istəyən abituriyentlərin mütləq məqsədi olmalıdır: "Yüksək nəticə göstərmək istəyən abituriyentlər, ümumiyyətlə, 700 bal toplamaq üçün 2 amil digər amillərə baxanda əsas rol oynayır. Bunlardan birincisi odur ki, abituriyent öz qarşısına məqsəd qoymalıdır ki, yüksək nəticə göstərmək istəyirəm və bu işin məsuliyyətini dərk etməlidir. İstənilən çətinliyə baxmayaraq, öz məqsədindən imtina etməməlidir. İkinci əsas amil isə imtahana hazırlaşarkən özünə təcrübəli, savadlı, bilikli və ən əsası, səmimi müəllimlər seçməli və onlarla hazırlaşmalıdır imtahana. Əgər bu iki amil yerindədirsə, onlar öz yerini tapacaqlar".

Biznesin idarə edilməsi ixtisasını seçən Fərid Hüseynov ali təhsilini xaricdə almağı düşünür.

Qeyd edək ki, bu il qəbul imtahanlarında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 2 məzunu 700 bal, digərləri isə 600 baldan yuxarı nəticə göstərib./apatv/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2888   Tarix: 27 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26.04.2024 328
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 750
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 580
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 309
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 148
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 327
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 106