"Kıvanç"ın bakirəliyini aldığı azərbaycanlı qız: "Peşman deyiləm"

"Kıvanç"ın bakirəliyini aldığı azərbaycanlı qız: "Peşman deyiləm"BiG.AZ xəbər verir ki, o Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Amma ali məktəbi bitirdiyi üç il ərzində ixtisası üzrə çalışmayıb. Dediyinə görə, əslən Zaqataladan olsa da, Bakıda anadan olub. Məktəb illərindən rəqslə məşğuldur, mütaliə etməyi sevir. Hər halda çəkdiyi yazıçı adları, oxuduğu əsərlərdən gətirdiyi sitatlar bunu deməyimə əsas verir. Dövrü mətbuatda gedən yazılar haqda yetərincə polemika etmək olar bu xanımla. Bütün bunları ona görə sadalayıram ki, qəhrəmanımın haqqında yetərincə fikriniz formalaşsın.

Ayselin bir özəlliyi də var-surətpərəstdir. Yəni hər şeydə vizuallıq axtarandır. Elə gedişatda da başa düşəcəksiniz ki, onun bütün həyatını alt-üst edən bu cəhəti olub. Hərçənd ki, özü "baş verənlər heç vecimə də deyil" söyləyir. Bəlkə də qürur məsələsidir. Necə deyərlər, özünü sındırmaq istəmir. Qalanlarını isə qəhrəmanım özü danışır:
"Birinci kursda oxuyurdum. O vaxt dördüncü kursda oxuyan bir oğlan var idi. İnstituta getdiyim heç bir həftə olmazdı. Onu görəndən sonra dərs oxumağa həvəsim də qalmadı. Bütün günü həmin oğlanı düşünürdüm. O qədər yaraşıqlı idi ki... Heç vaxt belə birini görməmişdim.İndi belə bir türk aktyor var-Kıvanç Tatlıtuğ. İnanın ki, ondan da yaraşıqlı, boy-buxunlu idi. Atası azərbaycanlıdır, anası belarus milliyətindədir".

Söhbətin bu yerində Aysel daha danışmaq istəmədiyini bildirir. Müxtəlif vasitələrlə onu danışdırmağa çalışıram. Alınmır...

... Axır ki, razılaşır. Ən çox utandığı bir məqam var. Deyir ki, həmin insanla tanış olmaq üçün ilk addımı özü atıb:

"Bax, buna görə danışmaq istəmirəm.Çünki bütün günahlar özümdədir. Mən onunla tanış olmaq istədim, aylarla "hə" cavabını gözlədim. Onu sevən o qədər qız var idi ki... Etiraf edirəm - çox surətpərəstəm. Bir insan çox yaraşıqlıdırsa, hətta onun narkoman olmağını da qəbul edərəm. Bu insanın da o qədər zəngin daxili dünyası, savadı yox idi. Mən onun surətinin tələsinə düşdüm. Xeyli müddət sadəcə görüşürdük, danışırdıq. Təxminən altı aydan sonra özüm istədim ki, aramızda hər şey baş versin. Çünki...".

Oğlan ali məktəbi bitirib hərbi xidmətə yollananda Ayselə deyir ki, qayıdandan sonra onunla evlənəcək:

"O əsgərlikdə olanda neçə qohumumuz bizə elçiliyə gəldi. Hamının qarşısında dedim ki, öz sevdiyim var. Əvvəlcə hamı üstümə gəldi, məni danladılar. Sonra fikrimin çox ciddi olduğunu görüb heç nə demədilər. Əsgərlikdən qayıdandan 2012-ci ilin payızına qədər görüşürdük. Günlərin birində mənə gizli nömrədən zəng gəldi. Zəng vuran o idi. Dedi ki, indiyə qədər yaşadıqlarımızı unut, olanların hamısını xoş xatirə kimi xatırla. Elə bildim zarafat edir. Sonra and içdi ki, ciddi deyir. O danışdıqca ağlayırdım, məni sakitləşdirməyə çalışırdı. Təxminən 7-8 aydır ki, nə telefon əlaqəmiz var, nə də görüşmürük".

Aysel yaşadıqlarına görə peşman deyil. Əvvəldə də dediyim kimi bu qürur məsələsi də ola bilər:

"Çox istərdim k, belə bir həyat yoldaşım olsun, ətrafımdakı hər kəsi qısqandırım. Amma... Yaşadığım heç nəyə görə peşman deyiləm. Xəyallarımda olan bir insanla ən gözəl nə varsa, hamısını yaşamışam. Bundan sonra ailə qurmaq fikrim də yoxdur. Çünki kiməsə ərə getsəm də, nə vaxtsa onunla görüşməyimi istəsə, razı olaram. İstəmirəm ki, kiməsə xəyanət edim. Bütün bunların doğru olmadığını başa düşürəm. Nə olubsa, olub. Heç vecimə də deyil". strategiya.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 17149   Tarix: 28 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364