Fransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEO

Fransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOİyunun 26-da futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsinin ikinci gününün ilk oyunu Fransa və İrlandiya yığma komandaları arasında keçirilib.

BiG.AZ azertaca istinadən xəbər verir ki, Lion şəhər stadionunda oynanılan görüşü italiyalı referi Nikola Rizzoli idarə edib.

Azarkeşlər oyunda erkən qolun şahidi olublar. Gözlənildiyinin əksinə olaraq, hesabı Fransa yığması deyil, İrlandiya millisi açıb. İrlandiyalıların hücumunun qarşısını kobudluqla alan fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. İtaliya ilə görüşdə vacib qolu vuraraq İrlandiya yığmasını səkkizdəbir final mərhələsinə çıxaran Robert Breydi komandasını bu dəfə də dəqiq zərbə ilə sevindirib – 1:0. Oyunun birinci hissəsi İrlandiya yığmasının 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, Robert Breydinin qolu Avropa çempionatları tarixində ən erkən ikinci qol olub. Qitə birincilikləri tarixində ən erkən qolu 2004-cü il iyunun 20-də Rusiya millisinin futbolçusu Dmitri Kiriçenko Yunanıstan ilə matçın 67-ci saniyəsində rəqib komandanın qapısına vurub.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan fransızlar matçın 58-ci dəqiqəsində istəklərinə çatıblar. Bakari Sanyanın sağ cinahdan ötürməsindən sonra Antuan Qrizman dəqiq baş zərbəsi ilə oyunda tarazlığı bərpa edib – 1:1.

Üç dəqiqə sonra fransızlar hesabda irəli çıxıblar. Adil Raminin mərkəzdən ötürməsindən sonra Oliver Jiru topu başla Qrizmana göndərərək onu zərbə mövqeyinə çıxarıb. Sonuncu isə topu soyuqqanlılıqla ram etdikdən sonra qapını dəqiq nişan alaraq dublunu rəsmiləşdirib – 2:1.

Matçın 65-ci dəqiqəsində irlandiyalılar meydanda sayca azlıqda qalıblar. Qrizmana qarşı kobud oyuna görə Şeyn Daffi qırmızı vərəqə ilə cəzalandırılıb.

Qalan dəqiqələrdə oyunda hesab dəyişməyib və qarşılaşma Fransa yığmasının qələbəsi ilə başa çatıb.

Beləliklə, İrlandiyanı 2:1 hesabı ilə məğlub edən Fransa millisi dörddəbir finala vəsiqə qazanıb. Fransızlar dörddəbir finalda İngiltərə-İslandiya qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

Fransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEOFransa millisi dörddəbir finala yüksəldi - FOTO-VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 886   Tarix: 26 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 275
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 319
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 554
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 479
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 382
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 608
.

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa

30.03.2024 333
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 376
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 317