Əbülfəz Elçibəyin vəfatından 11 il ötür

Əbülfəz Elçibəyin vəfatından 11 il ötürBu gün milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 11 il ötür. Elçibəyin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Əbülfəz Elçibəy 70-ci illərdə Azərbaycandakı dissident siyasi fikrin nümayəndələrindən olub. O vaxtın dissidentləri daha çox ədəbiyyat sahəsinin adamları olduqları üçün etirazları da poetik ifadə çərçivəsində qalır və rasional etiraz forması ala bilmirdi. Amma Əbülfəz Elçibəyin başqalarından fərqi onda idi ki, o öz etirazının siyasi sistemdəki və iqtisadiyyatdakı hədəflərini müəyyən edə bilirdi. Tarixçi olması ona imperiyanın mövcudluğunun sosial, iqtisadi və siyasi səbəblərini müəyyənləşdirmək imkanı verirdi.

Əbülfəz Elçibəy bir millətçi və türkçü idi. Amma onun millətçiliyi ifrata varmır və çoxluğun azlıq üzərində hegemonluğunu ehtiva etmirdi. Elə buna görə də 1992-ci ilin 7 iyununda Azərbaycan Respublikasının prezidenti seçilən Əbülfəz Elçibəyin dövlət başçısı kimi ilk fərmanlarından biri milli azlıqların hüquqları və inkişafıyla bağlı idi.

Onun adını Azərbaycanın müstəqillik tarixinə yazan addımlardan biri də Rusiya qoşunlarının ölkəmizdən çıxarılması oldu. Bu, o vaxt baş verirdi ki, postsovet məkanında yaradılan müstəqil ölkələrin böyük əksəriyyəti imperiya qoşunlarından xilas ola bilmirdi. Amma Əbülfəz Elçibəy bunun nə qədər çətin olduğunu anlaya-anlaya rus qoşunlarını ölkədən çıxarmağa və faktiki olaraq, bu qoşunlara məxsus texnikanın Azərbaycanda qalmasına nail oldu. Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması da Əbülfəz Elçibəyin prezidentliyinin çox əhəmiyyətli məqamıydı. Bundan başqa, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi, əsgərlərimizin kiçik miqyasda qələbə sevincini dadması da Əbülfəz Elçibəyin xidmətlərindən idi. Bununla da Elçibəy Azərbaycanın tam müstəqil bir dövlət kimi tanınmasına nail oldu.

Əbülfəz Elçibəyin hakimiyyəti illərində Azərbaycanın ilk milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında ilk dəfə test üsulu tətbiq edilib.

Müharibə fonunda Bakıda hakimiyyət uğrunda gedən mübarizə, 1993-cü ilin iyununda silahlı müqavimətlə müşayiət olundu və Elçibəy paytaxtı tərk etmək məcburiyyətində qaldı. Təxminən dörd il doğulduğu Kələki kəndində yaşayan Əbülfəz Elçibəy 1997-ci ildə geri qayıtdı və yenidən hakimiyyət uğrunda mübarizəyə qatıldı. Amma o, bu dəfə də siyasi fəaliyyətini yarımçıq dayandırmalı oldu. Bu dəfə ona siyasi deyil, səhhətindəki problemlər mane oldu. 2000-ci ildə Əbülfəz Elçibəy müalicə olunmaq üçün Türkiyənin Gülhanə hərbi hospitalına getsə də, avqustun 22-də elə həmin xəstəxanada vəfat edib.

Əbülfəz Elçibəyin vəfatından sonra onun barəsində müxtəlif fikirlər səslənib. Xüsusilə siyasi fəaliyyəti çoxsahəli təhlil edilib. Amma dəyişməyən bir fikir var: millətçiliyi ilə ifrata varmayan tarixçi və türkçü, sadə vətəndaş və qəribə insan…

Allah rəhmət eləsin!

Əbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötürƏbülfəz Elçibəyin vəfatından 11 il ötür


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10138   Tarix: 22 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26.04.2024 1006
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 758
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 476
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 159
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 585
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 640
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 293