Yeyərək arıqlayın - "SlimFit" lə bir aya 10 kilo arıqla

Yeyərək arıqlayın - "SlimFit" lə bir aya 10 kilo arıqlaArıqlamaq artıq bir çoxları üçün şirin yuxuya çevrilib. Bəzi xanımlar o qədər arıq çəki alırlar ki, arıqlamağı xəyal belə etmirlər. Amma bütün bunlara son vermək sizin əlinizdədir. "SlimFit" sizləri xilas edəcək. Müəyyən imkana sahib olanlar bu xidmətdən istifadə edib, istədikləri çəkiyə sahib ola bilərlər.

Xidmət barədə şirkətin rəhbəri Həsən bəy BiG.AZ-a danışıb:

Yeyərək arıqlayın - "SlimFit" lə bir aya 10 kilo arıqla"SlimFit" nə vaxt Azərbaycana gətirilib?

Son bir il var ki, "SlimFit"i Azərbaycana gətirmişik. "SlimFit"in yaranma tarixi isə illər əvvələ təsadüf edir. Türkiyədə yaranıb. Bu xidmət insanların işini asanlaşdırır, yemək bişirməyə tənbəllik edən, arıqlamaq üçün müəyyən qidaları axtarıb, tapmayan, pəhriz edib, arıqlaya bilməyən, ümumiyyətlə tez və asan yolla arıqlamaq istəyənlər üçün biz varıq. Pəhrizdən qorxanlar "SlimFit"ə üz tutub, sağlam qidalana bilərlər.

Baş ofis amma Türkiyədədir?

"SlimFit" ofisləri Türkiyənin müxtəlif şəhərlərində yerləşir.
Türkiyə və Azərbaycanda yerləşən "SlimFit" ofisləri arasında hansı fərqlər var ?
Qiymət fərqi var. Azərbaycanda bu xidmət daha ucuzdur. Servis, hazırlanma baxımından isə heç bir fərq yoxdu.

Sizə müraciət edən şəxsi individual olaraq yoxlayıb, ona uyğun olan pəhriz proqramı hazırlanır, yoxsa …?

Yeyərək arıqlayın - "SlimFit" lə bir aya 10 kilo arıqlaƏlbəttə ki … Bizə müraciət edən şəxs qan anlizi verir, sonar isə onun orqanizminə uyğun xüsusi pəhriz proqramı tərtib edir. Bizimlə yalnız peşəkarlar çalışır, dietoloqumuz Şəhriyyə xanım hər kəsin qan təhlilinə uyğun pəhriz proqramı hazırlayır.

Bir ay ərzində nə qədər arıqlamaq mümkündür ?

Sağlam şəkildə arıqlamaq istəyənlər üçün 4-6 kilo yalnız piydən arıqlama nəzərdə tutulur. Amma təcrübəmizə əsasən deyə bilərik ki, bir aya 12-14 kilo arıqlayanlar olub.

Yeməklərin hazırlanması maraqlıdır...

Hər bir xəstəyə uyğun günlük bazarlıq olunur. Buzluqda olan məhsullardan istifadə olunmur. Təzə və sağlıqlı qidalar çatdırılır. Xüsusi aşbazlarımız var ki, onlar yeməkləri hazırlayırlar. 6 növ yemək ir qutuda müştəriyə çatdırılır. Yeməklərin üzərində bunu nə vaxt yeyəcəksiniz deyə zaman olur. 3 ana, 3 ara növ yemək olur. İnsan gün ərzində bu yeməklərdən istifadə edir və bir aya istədiyi nəticəni alır.

Bəs insanlar sizinlə bu pəhriz proqramı ərəfəsində nə isə lazım olanda necə əlaqə saxlayırlar?

Çox asan, votsapla həkim dietoloq Şəhriyə xanımla əlaqə saxlayırlar. Gün ərzində xəstə həkimə çəkisini yollayır. Nə isə lazım olanda yazırlar. Bir ay ərzində müayinə, həkim məsləhəti, pəhrizlə bağlı suallara cavab xidmətə daxildir. Elə vaxt olur ki, xəstənin pəhrizi normal davam edir, amma çəkisində dirənmə var. Bu zaman ona detoks menyu yollanılır, yeməkləri dəyişilir.

Sizin vasitənizlə arıqlayan məşhurlar da az deyil…

Məşhurlar ın zamanı olmur ki, xüsusi dietik yeməklər hazırlasınlar və ya nə yeyib, içdiklərinə zamanında nəzarət edə bilsinlər. Biz onların işlərini asanlaşdırıb, yeməklərini zamanında istədikləri məkana çatdıra bilirik. Bu tək məşhurlara yox, bizə müraciət edən hər bir şəxsə aiddir. Aparıcılar Zaur Baxşəliyev, Kamilə Babayeva, aktrisalar Dilarə Əliyeva və Sənubər İsgəndərli və b. bizə müraciət ediblər. Həmin məşhurlar da bir ay ərzində ürəkləri istəyən nəticəni görüblər.

Həsən bəy, necə oldu ki, siz bu xidməti Azərbaycana gətirmək qərarı verdiniz?

İstanbulda olan zaman belə bir xidmətin olduğunu öyrəndik. Qərar verdim ki, bu xidmətdən öz ölkəmdə də olsun. Düzdür bir şirkət var idi hansı ki, bunu Azərbaycanda edirdi, amma səviyyə göz qabağında idi. Hüquqşünas bizə dietoloq kimi təqdim olunmuşdu və pəhriz proqramı yazırdı. Biz Türkiyədə araşdırdıq ən güclü şirkətlə birgə bu xidməti Azərbaycana gətirdik. Türkiyədə həmin şirkətin komandası aşpazları, dietoloqları Azərbaycana gəldi və bir həftə burada təlim keçdilər. Sistemi bizim kollektivə öyrətdilər . Və biz də davam edirik. Avropada, Rusiyada, Türkiyədə fəaliyyət göstərən bu şirkəti Azərbaycanda biz təmsil edirik, biz yaratmışıq. Biz peşəkarıq.

Peşəkarlığınızı necə sübut edirsiniz ?

İşimizin keyfiyyəti və xəstələrimizlə… Dilarə xanım bir aya 12 kilo arıqladı. Zaur bəy bir aya 9 kilo arıqladı. Günel Hümbətova xeyli arıqladı. Öz qardaşım bir aya 14 kilo arıqladı. Məşhur olmayan insanlar bir aya istədiklərindən də artıq çəki itirə bilirlər. Bu çox gözəldir. İnsanları məmnun etmək bizə zövq verir.

"SlimFit"də fəaliyyət göstərən həkim dietoloq Şəhriyə xanım da xidmət barədə BiG.AZ-a danışıb:

Yeyərək arıqlayın - "SlimFit" lə bir aya 10 kilo arıqla"SlimFit - sağlam arıqlamaq proqramı olub, sağlam arıqlamaq xidməti göstərən bir qurumdur. Bu proqram vasitəsilə çox insanlar bir çox xəstəliklərin astanasından geri dönüblər. Bu necə baş verir?

Bəzən insanlar üçün xəstəlik dönəmində pəhriz saxlamaq çətin olur. Çünki onlar orqanizmdə nəyin əksik olduğunu bilmirlər. Əksik olan mineralları nədən ala biləcəklərini haqqında informasiyasız olurlar. Buna görə də bizim professional komandamız bu işin üzərində çalışır. Öncə xəstələri müayinə edirik, daxili orqanizmin hansı vəziyyətdə olmasından xəbərdar oluruq. Nə qədər piy kütləsi, nə qədər əzələ kütləsi olduğunu müəyyən edə bilərik. Mineralların, proteinlərin hansı faizdə dəyişdiyini orqanizim göstəricilərinə uyğun pəhriz proqramları tərtib edirik. Hər kəsə fərqli pəhriz proqramları yazılır. Nəticədə xəstələrimiz sağlam həyat tərzinə qovuşmağı, sağlam qidalanmağı öyrənirlər. Gün ərzində su içmək, səhər yeməyi yemək vərdişi yaranır. Əksər xəstələrimizdən soruşanda , gün ərzində səhər yeməyi yemək vərdişinin olmadığını eşidirik. Səhər yeməyi yemək mütləqdir. Günə səhər yeməyi ilə başlamalıyıq. Ona görə də bizim pəhriz proqramına əməl edən insanlarda səhər yeməyi artıq vərdiş halına çevrilir. Gün ərzində su içmək də vacibdir. Xəstələrimiz su içməyə də adət etdikləri üçün su içməyə davam edirlər. Bir çox qidalar-ərzaqlar haqqında informasiya alırlar. Bəzən xəstələrimizə qida məsləhət görəndə, artıq o qida ilə maraqlanmağa başlayırlar. Xəstələrimiz çox zaman gündəlik qida zamanı istifadə etmədikləri qidalara da rast gəlirlər. Orqanizmlərinə faydalı olan qida-tərəvəzlər haqqında bilgi almış olurlar və beləliklə davamlı olaraq bu sevdikləri ərzağı yeyə bilirlər. Həmin aparatla müayinə etdikdən sonra onlara xüsusi pəhriz proqramı yazırıq. Pəhriz bitdikdən sonra ayın tamamında yenidən xəstədən analiz götürülür və qarşılarında iki nəticə görürlər. Müqayisə etdikdə, öz daxili orqanzimlərinin nə qədər cavanlaşdığını, nə qədər piy itirdiklərinin şahidi olurlar.

Çəkidən əlavə, orqanlarının cavan olduğunu bilirlər. Bunun üçün "SlimFit" ailəsi olaraq hər kəsi köklükdən xilas edirik. Səbəblərini bilərək düzgün arıqlamağa dəvət edirik. "SlimFit" hər kəsə xeyirli, işlərini yüngülləşdirən, sağlam qidalanmaya səslənən bir proqramdı.

"SlimFit" üçün xüsusi pəhriz proqramlarını isə dietoloq Tutu Zenalova yazır. Tutu Zeynalova aparıcılar Zaur Baxşəliyev, Dilarə Əliyeva, aşıq Samirə və bir çox məşhurları arıqladıb.

İnstagram: @theslimfitbaku
Əlaqə nöm: (051 510 17 37) (012 597 17 47) (012 597 17 37)

Yeyərək arıqlayın - "SlimFit" lə bir aya 10 kilo arıqla


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 27130   Tarix: 08 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329