H.O.S.T [ Qaraqan ] - Sakit Okean (2011)

H.O.S.T [ Qaraqan ] - Sakit Okean (2011)Lyrics ( Mahnı Sözləri):

Ovcumda gizlədib hamıdan göyqurşağını gətirdim sənə
Saçlarını günəşin saçaqlarını qopardıb taxdım mən dənə-dənə
Gecələr mən alov kimi isitdim biran belə soyuq olmasın dünyan
Mən sənə sevgi, sən mənə saman altından sakit okean...

Dağlardan hasar tikdim ki, külək tufan toxuna bilməsin sənə
Buludlardan xalça toxudum sərdim rahat olsun qoy hər yer sənə
Ağaclardan düzəltdim çəpər gələ bilməsin nə peleng, nə aslan
Mən sənə sevgi, sən mənə saman altından sakit okean...

Vaxt keçdi üstü açıldı ömrü qısa olur hər bir yalanın
Soruşdum varmı qəlbində sevgin, rəhmin, qürurun, vicdanın
Amma gördüm xeyri yoxdu sən tanımırsan nə şahı, nə üsyanı
Mən də saldım samanımın altına yavaş - yavaş qalan üç okeanı...

***

Audio Şəklində Dinləyin:

***

MP3 Formatda Yüklə:

H.O.S.T [ Qaraqan ] - Sakit Okean

Ölçüsü: 3.75 MB


BiG.Az Telegramda izləyin instagramda izləyin
Azəri Mp3   Baxılıb: 12153   Tarix: 20 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş