1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTOLAR
Binəqədi rayonunda 298 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaqların nağıl dünyası" adlı tədbir keçirilib.
BiG.AZ bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin və "Dilbərim" rəqs qrupunun kollektivləri iştirak ediblər.
Öncə tədbiri 298 saylı bağçanın balaca fidanları açaraq onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir "Sülh göyərçinləri" adlı kompozisiya ilə start götürüb.
Sonra qonaqları salamlayan 298 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Əhmədova tədbirin proqramı haqqında məlumat verib.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini V.İsmayılov uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Çıxışlardan sonra Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubu oxunub və il ərzində rayonun bütün tədbirlərində, layihələrində aktiv iştraklarına görə 272, 298 saylı körpələr evi-uşaq bağçalarına və "Dilbərim" rəqs qrupuna Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təşəkkür məktubları təqdim edilib.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırlamış "Uşaqların nağıl dünyası" adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq "Uşaqların nağıl dünyası" adlı tədbir Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyə edilən tortun kəsilməsi ilə yekunlaşıb.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3182 Tarix: 01 iyun 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Prezidenti: "İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik"
"İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində bildirib. Dövlətimizin başçısı vurğulayı
24.06.2026 158 Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə DƏYİŞİKLİKLƏR OLACAQ
"Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır". xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Azərbaycand
24.06.2026 232 Tanınmış siyasətçi və müğənnidən parkda romantik görüntü
Müğənni Keti Perri və Castin Trüdo parkda birlikdə piknik edərkən kameralara tuş gəlib. xəbər verir ki, 41 yaşlı pop ulduzu ilə 54 yaşlı keçmiş siyasətçi ABŞ-ın Santa Barbara şəhərində yerləşən parkda romantik görüş keçirib. Onlar çəmənlikdə sərdikləri örtünün üzərində olduqca rahat və səmimi görüntülənib
24.06.2026 300 Emin Əmrullayevdən təhsil haqqı ilə bağlı qalmaqala dair YENİ AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil xərcləri ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Azərbaycanda bir tələbəyə düşən təhsil xərci inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır və bu amil təhsili
24.06.2026 392 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib
Qırğızıstan Prezidenti Sadır Japarov nəvələrinə smartfonlardan istifadəni qadağan etdiyini bildirib və valideynlərə də bu cür davranmağı tövsiyə edib. xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatında məlumat verilib. Dövlət başçısının sözlərinə görə, təhsil müəssisələrində ölkənin tarixi və adət-ənənələr
24.06.2026 252 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadən xəbər verir ki, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonu Mərdəka
24.06.2026 461 Azərbaycanda "ağ qızıl" əkinləri yeddi dəfədən çox artıb
"Azərbaycanda pambıq əkinləri 7 dəfədən çox artıb". "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarını
24.06.2026 230 İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlamen
24.06.2026 180 Azərbaycanda sığorta aktivləri iki milyard manatı keçib
Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ kapital tələbini iki dəfə üstələyib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib. Onun sözlərinə görə, son iki ildə sığorta haqları 23% artaraq 1.
24.06.2026 195