Əli Həsənov: "Aprel döyüşləri davam etsəydi..." (VİDEO)
Vyana danışıqlarında proseslər göstərdi ki, Azərbaycan həmsədr ölkələrlə daha tələblə danışırdı. Bunu etməyə Azərbaycanın haqqı da var. Ermənistan isə sadəcə başqalarının iradəsini araşdırmaqla məşğul idi.
BiG.AZ xəbər verir ki, bunu ANS-in "Hesabat" verilişində Mir Şahinə müsahibəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Onun sözlərinə görə, Vyana görüşündə Ermənistan münaqişənin həllinin onların iradəsindən aslı olmadığını bir daha sübüt etdi. Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin bundan sonra daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacağına inandığını bildirib.
Aprel döyüşlərinə də toxunan preizdentin köməkçisi aprelin 4-də müharibə dayandırılmasaydı, Azərbaycanın işğal edilmiş ərazilərini qısa müddətə - 15-20 günə, bəlkə də 1 aya tam azad edə biləcəyini və buna qadir olduğunu önə çəkib. O, Azərbaycanın bunun üçün yetərincə gücə sahib olduğunu, lakin beynəlxalq aləmin buna imkan vermədiyini əlavə edib.
"BMT Təhlükəsizlik Şurasının, BMT nizamnaməsinin müəyyən tələbləri var ki, biz həmin tələblərə əməl etməliyik. Biz ötən iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü olduq. Beynəlxaq qurumların normaları var ki, bu tipli münaqişələr dinc yolla həll edilməlidir", - deyə Əli Həsənov bildirib.
Daha sonra ölkədə baş verən devalvasiyadan sonrakı iqtisadi vəziyyət haqqında danışan Əli Həsənov devalvasiyanın yaşandığı istənilən ölkədə yükün bir qisminin vətəndaşların üzərinə düşməsinin qaçılmaz olduğunu bildirib.
"Dövlət nə qədər öz çiyinlərini bu proseslərdən gələn problemlərin altına verməyə çalışsa da, istər-istəməz valyuta kursunun oynaması prosesləri əhalinin də gəlirlərinə təsirsiz ötüşmür. Devalvasiyadan sonra yaşanan ən böyük problem isə əhalinin banklara olan kredit borcudur. Bu məsələ ətrafında uzun müddətdir müzakirələr gedir. Düşünürük ki, bu da zaman-zaman aradan qalxacaq. Burada bank sektoru da həddən artıq ciddi gərginlik qarşısında fəaliyyət göstərməyə məcbur olur. Əhali də götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir. Azərbaycan dövləti tədricən bu problemləri aradan qaldıracaq. Bunlarla bağlı işlər gedir", - deyə Əli Həsənov ölkədəki iqtisadi vəziyyəti şərh edərkən söyləyib.
Əli Həsənov ölkənin son gündəmi olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasına dair açıqlama verib. O, Leyla və Arif Yunus, Xədicə İsmayıl və Rauf Mirqədirovun həbsinin Azərbaycanın siyasətinə adiyyəti olmadığını vurğulayıb.
Onların həbsdən azad olunmalarını isə Əli Həsənov belə izah edib: "Cənab Prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları böyük humanistlik nümayiş etdirərək əhv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2542 Tarix: 30 may 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırmızı kitab növlərinə qarşı pozuntular cəzalandırılacaq
"Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilən və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, Qanunvericiliy
15:08 76 Sumqayıtda "Esmanur" bağçasında qalmaqal: valideyn iddiaları cəmiyyəti ayağa qaldırdı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sumqayıt şəhərində yerləşən "Esmanur" uşaq bağçasında baş verən qalmaqal cəmiyyətdə ciddi narahatlıq yaradıb. Valideynlərin iddialarına görə, bağçada uşaqlara qarşı qeyri-etik davranış halları müşahidə olunub və bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayıla
12:26 249 "Heç vaxt pəhriz saxlamıram" - Necə formada qalır?
Xalq artisti Məleykə Əsədova formada qalmasından danışıb. Axşam.az xəbər verir ki, aktrisa "Qonaqcanlı" verilişində heç vaxt pəhriz saxlamadığını bildirib. O qeyd edib ki, tez-tez yemək yeyir:. "Boyum 1, 70, çəkim isə 56 kiloqramdır. Heç vaxt pəhriz saxlamıram. Axşamlar da yeyirəm. Dadl
10:50 245 Aİ Ukraynaya 90 mlrd. avro kredit və Rusiyaya qarşı yeni sanksiyaları rəsmən təsdiqləyib
Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin verilməsini təsdiq edib və Rusiyaya qarşı yeni - 20-ci sanksiyalar paketini qəbul edib. APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta "X" hesabında bildirib. "Aİ-nin Ukraynada ədalətli və davamlı sülh
23.04.2026 251 ABŞ-ın ən böyük çaylarından biri 5 milyon il "yoxa çıxıb" - Alimlər səbəbi açıqladı
Kolorado çayı 11 milyon il əvvəl indiki Kolorado ştatının qərb hissəsində mövcud olub və Böyük Kanyonun formalaşmasında əsas rol oynayıb. Lakin uzun illər ərzində geoloqlar çayın mənşəyi və inkişaf mərhələləri barədə mübahisə ediblər. Qaynarinfo "BBC Wildlife Magazine" nəşrinə istinadən xəbə
23.04.2026 278 "Səmadan düşən tabut"un sirri 127 il sonra açıldı: Həqiqi yaşı nə qədərdir?
1899-cu ildə Baltik dənizi sahilində uçurumun aşınması nəticəsində təsadüfən üzə çıxan taxta tabut yüz ildən çox müddət ərzində alimləri çaş-baş qoymuşdu. Palıd ağacından yonulmuş boş gövdə formasında tabutun içində Velbar mədəniyyətinə aid gənc qadının skeleti və bürünc bilərziklər, həmçinin şüşə v
23.04.2026 347 Tramp İrana son tarix təyin edib? - Ağ Ev AÇIQLADI
Ağ Evin sözçüsü Karolin Livitt ABŞ Prezidenti Donald Trampın İrana razılığa gəlmək üçün bir neçə gün vaxt verdiyinə dair iddiaları təkzib edərək, atəşkəs üçün son tarixi Trampın təyin edəcəyini bildirib. Bizim.Media xəbər verir ki, "Fox News"a danışan Ağ Ev sözçüsü İranla bağlı mövcud vəziyyət
23.04.2026 271 Ağ Ev: Tramp İranla atəşkəs üçün son tarix müəyyən etməyib
ABŞ prezidenti Donald Tramp İranın razılaşma təklifini təqdim etməsi və ya atəşkəsi dayandırması üçün son tarix müəyyən etməyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlərlə görüşündə bildirib. "Bu gün gördüyümüz bəzi məlumatlara baxmayaraq, preziden
23.04.2026 252 Ermənistanın baş naziri yeni çağırış etdi: "Vətən axtarışına son qoyulmalıdır"
Birinci Dünya Müharibəsi zamanı baş verən erməni soyqırımı geosiyasi intriqaların nəticəsi olub. Bu səbəbdən İrəvanın əsas vəzifəsi bu cür faciələrin təkrarlanmamasını təmin etmək, o cümlədən Dağlıq Qarabağ bölgəsi ətrafında yeni münaqişələrdən qaçmaqdır. xəbər verir ki, TASS-ın məlumatına görə, bun
11:05 171