"Barışmalıyıq..."-nazir "Sovetski"də tarixi abidələrin sökülməsi haqda

"Barışmalıyıq..."-nazir "Sovetski"də tarixi abidələrin sökülməsi haqda"Çalışırıq ki bütün məsələləri dövlətin qanunları çərçivəsində həll edək".

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakının abadlaşdırılması çərçivəsində "Sovetski" məhəlləsində tarixi abidələrin sökülməsi haqda deyilənlərə münasibət bildirib.

BiG.AZ-ın Report-a istinadən xəbərinə görə, Ə.Qarayev "ASAN radio"nun "QəbuldASAN" verilişinə deyib ki, yalnız Bakıda deyil, bütün dünyada yol hərəkətinin, şəhərin nəqliyyat sisteminin təkminləşdirilməsi, ümumiyyətlə şəhərin abadlaşdırılması prosesində müxtəlif ziddiyətlər olub və bundan sonra da olacaq:

"Biz bununla barışmalıyıq. "Sovetski" məhəlləsində tarixi abidələrin sökülməsi haqda deyilənlərə gəlincə, tarixi abidələrin qorunması ilə bağlı dövlətin 2001-ci ildə tərtib etdiyi siyahı var. Həmin siyahıya bəzi binalar çox tələsik, düşünülməmiş şəkildə daxil edilib. O binaların bəziləri isə həmin dövrdə ümumiyyətlə mövcud olmayıb. Prezident İlham Əliyevin tapşırığı ilə bizdə yeni xidmət yaradıldı, bu xidmət iki il müddətində yeni siyahının tərtib edilməsi ilə məşğul oldu. Biz də əlavə yerlərin o siyahıya daxil edilməsini təmin etdik".

Ə.Qarayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi "Sovetski"də ölkə deyil, yerli əhəmiyyətli olan, artıq istifadə müddəti bitən və işlədilməsi mümkün olmayan binaların sökülməsinə razılıq verib:

"Lakin orada tarixi əhəmiyyətli bir neçə bina müəyyənləşdirilib və onlara toxunulmayacaq. Bəzi binaların həmin siyahıya düşməsinə səbəb olan elementləri nazirliyin mütəxəssisləri tərəfindən binalar sökülməmişdən əvvəl öyrənilir, xüsusi üsulla onların elementləri, xüsusiyyətləri sənədləşdirilir, onlara xüsusi bir yerdə saxlanılır. O elementlərdən ibarət xüsusi bir məkanın düzəldilməsi nəzərdə tutulub və bununla bağlı hazırda layihə işlənilir.

Əgər həmin məkanın düzəldilməsi mümkün olmasa, onda başqa varinat seçiləcək. Yəni söküntü aparılan ərazidə xidməti binalar inşa olunsa həmin elementlər yeni binaların üzərində istifadə olunacaq və orada yazılacaq ki, vaxtilə burada belə bir bina olub, o nə zaman, kim tərəfindən inşa edilib və əhəmiyyəti nədən ibarət olub".

Nazir hesab edir ki, söküntüdən əvvəl həmin ərazidə olan vəziyyətdən həm orada yaşayan insanlar, həm də ərazidən keçənlər əziyyət çəkirdilər:

"Gəlin razılaşaq. Çünki orada nəqliyyatın hərəkətində ciddi problemlər vardı. Mən Bakıda anadan olmuşam, burada böyümüşəm, həmin binaları digər paytaxt sakinlərindən az sevmirəm. Hər bir binanın aqibəti, tarixi əhəmiyyəti və gələcəyi digər paytaxt sakinləri kimi məni də narahat edir. Ona görə də çalışırıq ki bütün məsələləri dövlətin qanunları çərçivəsində həll edək".

O qeyd edib ki, söküntü ərazisində yerləşən Azərbaycan Memarlar İttifaqının binası sökülməyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 702   Tarix: 28 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 752
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 213
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 358
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 301
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104