"Uşaqlar qan içində, güclə nəfəs alırdı..."Somalidə ölən müəllimənin əri/FOTOLAR

"Uşaqlar qan içində, güclə nəfəs alırdı..."Somalidə ölən müəllimənin əri/FOTOLARXəbər verdiyimiz kimi, bir neçə ay öncə Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı həlak olub, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır yaralanıb.

BiG.AZ xəbər verir ki, mərhumun həyat yoldaşı Əflatun İsmayılov AzVision.az-la əlaqə saxlayıb, hadisə ilə bağlı fikirlərini bizimlə bölüşüb.

"Mən hələ də İstanbulda xəstəxanadayam. Güllə uşağımın onurğa sütununu dəldiyi üçün hərəkət qabiliyyətini itirib. Bundan sonra ona uzun müddətli müalicələr lazımdır. Nə vaxt Azəbaycana qayıdacağımızı bilmirəm. Hər gün uşağım ağrıdan sızıldayır. Bu, mənim üçün çox ağırdır.

"Uşaqlar qan içində, güclə nəfəs alırdı..."Somalidə ölən müəllimənin əri/FOTOLARHəyat yoldaşımla biz əsl azərbaycanlı ailəsi kimi şərəflə yaşamışıq. Kəmalə məni heç vaxt tək qoymazdı. Hadisədən sonra onunla bağlı mətbuatda bir çox məlumatlar yayılmışdı. Demək istəyirəm ki, biz heç vaxt İraqa getməmişik. Somaliyə isə əvvəlcə mən getmişəm. Yaşayış şəraiti qurduqdan sonra həyat yoldaşım və uşaqlarım yanıma gəlib. Anam bu hadisədən iki həftə əvvəl vətənə qayıtmışdı".

"Uşaqlar qan içində, güclə nəfəs alırdı..."Somalidə ölən müəllimənin əri/FOTOLARHəyat yoldaşının bildirdiyinə görə, Kəmalə İsmayılova Somalidən başqa heç bir yerdə işləməyib, evdar xanım olub.

"Somalidə özəl şirkətdə işlədiyim vaxtda uşaqlar paytaxt Moqadişuda rəsmi qeydiyyatda olan "Kıbla Numa" adlı özəl Türk kollecində təhsil alırdılar. Yanvar ayının əvvəlindən etibarən həmin məktəbdə türk dili müəlliminə ehtiyac oldu. Həyat yoldaşım həmin məktəbdə könüllü olaraq çalışmağa başladı. O, işə başlayandan 3 ay sonra bu faciə baş verdi. Həyat yoldaşım haqqın rəhmətinə qovuşaraq şəhid oldu. O, sırf Allah xatirinə, heç bir maddiyat güdmədən bu işə başlamışdı. Məzlum və saf niyyətli olarak güllə yaralarıyla dünyasını dəyişdi. O, 3 aylıq fəaliyyəti zamanı çox böyük hörmət qazanmışdı. Mətbuatda yayılan @r_ismayilova adlı bir twitter hesabı mərhuməyə aid olmayıb. Sadəcə soyad bənzərliyi var. Kəmalə xanım heç vaxt sosial şəbəkə istfadəçisi olmayıb"-deyə Əflatun İsmayılov söyləyib.

"Uşaqlar qan içində, güclə nəfəs alırdı..."Somalidə ölən müəllimənin əri/FOTOLARO, həyat yoldaşının həlak olduğu terror hadisəsini ürək ağırısı ilə xatırlayıb: "Mən hadisə yerinə gələndə həyat yoldaşım dünyasını dəyişmişdi, uşaqlar qan içində idilər. Onlar güclə nəfəs alırdılar. Bu, dəhşətli hadisədir. Hadisədən 5 dəqiqə sonra ora çatdım. Onları öz əllərimlə maşına qoyub xəstəxanaya çatdırdım".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2233   Tarix: 26 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914