Bakıda klinika rəhbəri tutuldu

Bakıda klinika rəhbəri tutulduBakıda "Lazer Med" klinikasının sahibi olan həkim saxlanılıb.

BiG.AZ xəbər verir ki, bu barədə məlumat verən vəkil Cavid Rzazadə bildirib ki, bu gün Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşları "Lazer Med" klinikasının sahibi Mehparə Məmmədovanı saxlayıblar.

Onun sözlərinə görə, M. Məmmədova ilə birlikdə Daxili İşlər Nazirliyinə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar: "Ötən il 29 dekabr tarixində Mehparə Məmmədova mənə müraciət etdi ki, barəsində Daxili İşlər Nazirliyinə şikayət daxil olub. Biz də müqavilə bağladıq. 30 dekabrdan may ayına qədər bir dəfə dindirmə və üzləşmə olub. Fəyyaz Məmmədov adlı şəxs Mehparə Məmmədovadan şikayət edib. Fəyyaz Məmmədov dələduzluq cinayətinə görə 6 il 6 ay azadlıqdan məhrum edilmiş bir şəxsdir. O, Mehparə xanımın sahibi olduğu və Bakıda 2014-cü ilə qədər fəaliyyət göstərən "Lazer Med" klinikasını almaq istəyib. Bunun üçün Mehparə xanıma 50 min manat beh verib. Lakin sonradan klinikanı ala bilməyib. Sonradan həmin pulu geri tələb edib. Fəyyaz Məmmədov Mingəçevirdə qeydiyyatda olduğu üçün biz də Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişik ki, həmin beh məbləği Mehparə xanımda qalsın. 23 may 2016-da ildə məhkəmə qətnamə çıxardı ki, məbləğ Mehparə xanımda qalsın və dəymiş maddi ziyana görə Fəyyaz Məmmədovdan 4 min manat məbləğində pul tutulsun. Həmin qətnamə çıxanda Fəyyaz Məmmədov Mehparə xanımın axtarışda olması barədə qətnamə olduğunu bildirdi. Biz bundan xəbər tutan kimi Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və müstəntiqə müraciət etdik ki, nə vaxt çağırsalar gələ bilərik. Ötən gün səhər saat 11-dən saat 16-ya qədər Daxili İşlər Nazirliyində olduq. Müstəntiqə zəng etdik ki, axtarış qərarı varsa, biz burdayıq. Sonra görüşməyimizi bu günə saxladılar. Bu gün saat 14-də nazirliyə getdik. Orada 41-ci polis bölməsinin əməkdaşları gəldilər və bizi bölməyə apardılar. Məni bayıra çıxardılar, Mehparə xanımı isə tutdular. Bununla bağlı Ombudsman Aparatının qaynar xəttinə və Baş Prokurorluğun qaynar xəttinə müraciət etdim. Tutulma olanda protokol tərtib olunmalı, mən orada iştirak etməli idim".

Vəkil onu da qeyd edib ki, M. Məmmədova barəsində axtarış qərarı 11 may 2016-c il tarixində çıxarılıb: "Həmin gün işi aparan müstəntiqlə Mehparə xanımın telefon əlaqəsi olub. Bizdə səs yazısı var. Müstəntiq ona axtarışda olması barədə hər hansı məlumat verməyib". (APA)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2056   Tarix: 26 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çilidə qar yağdı - VİDEO

Cənubi Amerika ölkəsi Çilidəqar yağıb. BİG.AZ xəbər verir ki, may ayında havaların belə keçməsi insanlar arasında təəccüblə qarşılanıb. Hadisə zamanı gündəlik həyat iflic olub. Sözügedən görüntüləri təqdim edirik:

10.05.2024 137
.

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. Qaynarinfo xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunu

10.05.2024 4354
.

Ermənistan və Qazaxıstan xarici işlər nazirləri Almatıda görüş keçirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqu

10.05.2024 134
.

Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? İyulun 1-dən saatlıq minimum əməkhaqqına KEÇƏ BİLƏRİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsind

10.05.2024 734
.

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqlar

10.05.2024 373
.

İlham Əliyev: "Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik"

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi". AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı danışıb. "Minsk qrupunu

10.05.2024 127
.

Texasda daşqınlar oldu: 1 uşaq öldü

ABŞ-ın Texas ştatında güclü yağışlar daşqın olub. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 1 uşaq ölüb. Hadisə yerindən olan görüntüləri təqdim edirik:

10.05.2024 146
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153
.

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. "Report"un xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərini

10.05.2024 236