Bakının bu küçəsini cəmi bir günə dəyişdilər - VİDEO+FOTO

Bakının bu küçəsini cəmi bir günə dəyişdilər - VİDEO+FOTODünən bir sıra saytlarda "20 Yanvar" metrostansiyasının çıxışında taksilərin və sərnişin avtobuslarının qanunsuz fəaliyyəti barədə məqalə yayımlandı.

BiG.AZ bildirir ki, sakinlər qafqazinfo-nun redaksiyasına müraciət edərək həmin ərazidə vəziyyətin biabırçı vəziyyətdə olduğunu qeyd etmişdilər. Bu gün həmin vətəndaşlar təkrar əlaqə saxlayaraq yazı yayımlandıqdan sonra sözügedən ünvanda rəsmi olaraq tədbir görüldüyünü qeyd ediblər.

Əməkdaşlarımız isə bu gün yenidən həmin məkana baş çəkiblər. Artıq mənzərə dünənki kimi deyildi. Stansiyanın ətrafına Daxili İşlər Nazirliyinin işçiləri cəlb olunub. Onlar metronun çıxışında dayanma-durma qaydalarını pozan sürücüləri dərhal ərazidən uzaqlaşdırır, əmrə tabe olmayan şəxslər barədə cərimə protokolu yazılır.
Bakının bu küçəsini cəmi bir günə dəyişdilər - VİDEO+FOTOBakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, məsələ barədə İdarə rəhbərliyi tərəfindən tapşırıq verilib: "Sizin yayımladığınız informasiya barədə mənim tərəfimdən dərhal rəhbərliyə məruzə olundu. Bundan sonra ərazidə nizam-intizamın təmin olunması barədə tədbirlər planı qəbul edildi. Hazırda mən də daxil olmaqla, nazirliyin bir neçə strukturunun əməkdaşları ərazidədir. Yol polisi və Post Patrul Xidmətinin birlikdə 50-yə yaxın əməkdaşı xidmət aparır. "20 Yanvar" dairəsindən "Şamaxinka" kimi tanınan əraziyə kimi hər 100 metrdən bir yol polisi əməkdaşı dayanıb. Biz mütəmadi olaraq bu ərazidə dayanma-durma qaydalarını pozan sürücülər barədə tədbir görürük. Onu deyim ki, bu gün 2 saat ərzində sürücülər barəsində 320 protokol tərtib olunub. Eyni xətanı 3-cü dəfə törədən 4 sürücü var ki, onlar İnzibati Xəta məsuliyyətinə cəlb olunub. Çörək pulu qazanmaq üçün başqalarının yolunu kəsmək heç kəsə bəraət vermir. Çalışacağıq, burada vəziyyət həmişə belə olsun. Amma bunun üçün insanların da şüurunda dəyişiklik olmalıdır".
Bakının bu küçəsini cəmi bir günə dəyişdilər - VİDEO+FOTOQeyd edək ki, artıq ənənəvi olaraq ərazidə dayanan və qanunsuz sərnişin daşıma ilə məşğul olan "Ford" və "Hyundai" markalı avtomobillər oradan tamamilə uzaqlaşdırılıb. Taksi fəaliyyəti ilə məşğul olan minik avtomobillərinin isə dayanmasına yol polisi və Post Patrul əməkdaşları tərəfindən icazə verilmir.




BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1581   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 153
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325