Oğlu İlhaməni səs yazısı ilə şantaj edirdi: "Deyirdi pul verməsən..." - İddia

Oğlu İlhaməni səs yazısı ilə şantaj edirdi: "Deyirdi pul verməsən..." - İddiaMüğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onu məhkəməyə vermək istəyinə münasibət bildirib.

Lent.az-a açıqlama verən Ə.Mirəliyev deyib ki, O.Nadirov barədə ağır ittihamlar irəli sürüb:

"O, məni məhkəməyə verir? Adama deyərlər, niyə? Mən camaatı öldürmüşəm? Sözümün üstündə dururam, İlhaməni həqiqətən də Orxan öldürüb. Bu adam İlhamənin başına min oyun açıb. Deputatlara, iş adamlarına pul atıb. Bəs Orxanın dostu Vüqar və İlhamə xanımın köməkçisi Mehriban Hüseynova niyə indi içəridə yatır? Hamısı Orxanın işləridir. Mehriban İlhaməyə il yarım gözəl qulluq edib. İndi sən məni məhkəməyə verməklə nə demək istəyirsən? Camaata atdığın pulları mən verməliyəm? Açıq deyim, onun heç bir yerdə rəsmi kağızı yoxdur. Hətta Orxanın sürücülük vəsiqəsi də yoxdur. İlhamə xanımın sağlığında buna etibar etmirdi, heç evinə də buraxmırdı. Orxanın doğma anasını, yoldaşını və özünü evdən qovurdu. Mənə də deyirdi ki, Əli, mən ölsəm, bunları məzarımın üstünə buraxma. İndi necə olur ki, sən məni məhkəməyə verirsən?! O boyda sənətkarın ürəyini partladıb, öldürüb, indi də bizi məhkəməylə hədələyir. Belə bir misal var ki, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. İlhamə xanım tək deyil. Onun bacıları, dayısı oğlu, dayısı qızı və bütövlükdə qohumları var. Yəni tənha deyil. Orxanın məni məhkəməyə verməkdə məqsədi odur ki, dilimi-ağzımı yumum. Niyə haqq sözümdən dönməliyəm? Versin məni məhkəməyə. Görüm orada mənim suallarıma, faktlarıma nə cavab verəcək?"

Ə.Mirəliyev daha bir şok iddia ilə çıxış edib. O deyib ki, O.Nadirov dəfələrlə İ.Quliyevanın şantaj edib: "Orxan İlhamə xanımı şantaj edirdi. Sən niyə o boyda sənətkarı şantaj etmisən? Demisən ki, səsini yazmışam, sən mənə pul verməsən, bu səs yazısını yayacam, sənin səs yazını dövlət orqanlarına aparacam. Bəs bu şantaj deyil, nədir? Bütün bunları niyə İlhamə xanıma etmisən? Yazıq xəstə adam idi, mənim qızım neçə illər idi ki, ona baxırdı. Səsyazmaların hamısı bizdə var. Bunu mənə İlhamə xanımın dayısı oğlu Eldar müəllim deyib. Onun sözlərinə görə, İlhamə xanım Orxanın şantajından ehtiyat edirmiş və qorxurmuş".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2021   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949