Tanınmış azərbaycanlı aşığa bu şəxs 53 min "atdı" / FOTOLAR

Tanınmış azərbaycanlı aşığa bu şəxs 53 min "atdı" / FOTOLARAşıq Namiq Hüseynovu (Fərhadoğlu) aldadaraq 53 min manatını mənimsəyiblər.

Bu haqda BiG.AZ-A aşıq Namiqin özü məlumat verib. O, iddia edib ki, dostu vasitəsilə tanıdığı Rəşad adlı şəxsə birgə iş qurmaq məqsədi ilə 53 min manat verib: "Əslən Kəlbəcər rayonundan olan Babayev Rəşad Məzahir oğlu mənim 53 min manatımı mənimsəyib. Uzun illərdir ki, tanıdığım Habil adlı dostum məndən 10 min manat istədi. Bildirdi ki, bir nəfərə (Rəşad Babayevi nəzərdə tutur) pul lazımdır, borc ver, artıqlaması ilə qaytaracaq. Mən də bildirdim ki, adıma ev, maşın keçirsə, ona 10 min verərəm. Xətai rayonunda yerləşən notarius idarəsində Rəşad maşınını mənim adıma keçirdi, 1 həftə sonra pulumu qaytardı, mən də maşını geri qaytardım. Bir müddət sonra 13 min manat istədi, notariusa getdik, növbə olduğu, dostum da tanışına zamin durduğu üçün pul məsələsini aramızda həll etdik. Ondan sonra məndən dəfələrlə pul alıb, qaytardı. Rəşad kompüter şirkətində işləyirdi, dedi mal gətirir, 100 min manatlıq işdir, hamımız pul qoyub iş quraq. Məndən 30 min manat istədi. Mən o zaman da bildirdim ki, evini adıma keçirsə, o pulu taparam. Bu dəfə də dostum Habil Rəşada zamin durdu. Məndə o qədər pul olmadığı üçün dostlarımdan birindən aldım. Rəşad 30 mini qaytarmadan dəfələrlə məndən pul alıb qaytardı. Sonuncu dəfə məndən 3000 manat aldı, beləliklə borcu 53 min oldu. Ondan sonra Rəşad yoxa çıxdı. Sonradan öyrəndim ki, Habilə 53 min, onun əmisi oğlu Aqilə 71 min manat borcu var. Rəşadın işlədiyi şirkətə getdik, orada məlum oldu ki, 34 min manat da onlardan alıb və qaytarmayıb, Rəşadın iş yoldaşları artıq Nərimanov Rayon Prokurorluğuna şikayət ediblər. Prokurorluqdan maraqlandım, dedilər 5 gün əvvəl orada olub. Mən də Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş Mütəşəkkil İdarəyə Rəşadın dələduzluğu barədə şikayət ərizəsi yazdım. Ramil Usubov işi nəzarətə götürüb, Bakı Şəhər Baş Polis İdarəsinə göndərdi, oradan da Nərimanov Rayon Polis İdarəsinə göndərildi. İşə Gülnarə adlı müstəntiq baxırdı, nə vaxt yanına getsəm, deyirdi ki, təzyiqi qalxıb ölür. Gülnarə xanım işə biganə yanaşdığı üçün prokurora ərizə yazıb müstəntiqin dəyişdirilməsini xahiş etdim. Müstəntiqin dəyişdirildiyi deyilsə də, dəyişmədilər. Mənim məsələmə baxan olmadı. Tez-tez gedib bezdirdiyim üçün işi Elçin adlı müstəntiqə verdilər. Rəşadı 15 gün əvvəl polis idarəsinə çağırdılar, xarici maşında, brend geyimdə gəldi, 2 dəqiqə oturub getdi. Yazışmamız var, sübutum var, amma dekabr ayından işə baxmırlar. Aqil ilə Habil Abşeron Rayon Prokurorluğuna şikayət ünvanlandığı üçün mən də işimin ora göndərilməyini istədim. Aprelin 25-də iş göndərilib. Ümid edirəm ki, bu dəfə Rəşadın dələduzluğuna biganə yanaşmayacaqlar".

BiG.AZ olaraq Namiq tərəfindən dələduzluqda ittiham olunan Babayev Rəşad Məzahir oğlu ilə əlaqə saxlamağa cəhd etsək də, mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tanınmış azərbaycanlı aşığa bu şəxs 53 min "atdı" / FOTOLARTanınmış azərbaycanlı aşığa bu şəxs 53 min "atdı" / FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5559   Tarix: 05 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 679
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 548
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1277
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 694
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2218
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1164
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 534
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 829
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 666